Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Qəzza ilə bağlı yeni vəziyyət: Regionun xəritəsi belə dəyişəcək Türkiyə detalı

Qəzza ilə bağlı yeni vəziyyət: Regionun xəritəsi belə dəyişəcək Türkiyə detalı

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində Qəzza zolağı ilə bağlı atəşkəsin imzalanması ilin ən mühüm siyasi hadisələrindən biri kimi qiymətləndirilir.

Bununla belə, bir çox ekspert sözügedən sazişin davamlılığı və regionda sülhə töhfəsi baxımından elə də nikbin fikirlər səsləndirmir. Hətta İsrailin Qəzzada gec-tez yenidən əməliyyatlara başlayacağı iddia edilir.

Misirdə imzalanan saziş uzunömürlü sabitliyi təmin edəcəkmi? Yaxın Şərqdə sülhün əldə olunması bölgədaxili və ümumi geosiyasi proseslərə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, bölgədə sülhün bərqərar edilməsi bütün dünya üçün mühüm geosiyasi dönüş nöqtəsi ola bilər:

“Tərəflər arasında uzunmüddətli sabitlik təmin olunarsa, bu, ilk növbədə regionda təhlükəsizlik, iqtisadi inkişaf və diplomatik əməkdaşlıq baxımından yeni imkanlar yaradacaq. Müharibələrin və silahlı toqquşmaların dayandırılması Yaxın Şərqdə insan tələfatının, o cümlədən qaçqın axınlarının azalmasına, sosial sabitliyin bərpasına təkan verəcək.

Sülh şəraitinin formalaşması Yaxın Şərqin iqtisadi xəritəsini də dəyişə bilər. Region ölkələri arasında ticarət əlaqələrinin genişlənməsi, infrastruktur və enerji layihələrinin bərpası, yeni nəqliyyat marşrutlarının açılması bölgədə inteqrasiyanı gücləndirəcək. Qəzza zolağının və İordan çayının qərb sahilinin yenidən qurulması üçün beynəlxalq sərmayə və yardım axını başlayacaq ki, bu da bölgənin iqtisadi dirçəlişinə təkan verəcək. Belə bir şəraitdə Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələrin diplomatik və iqtisadi çəkisi də artacaq.”


Vüqar Zifəroğlu

Ekspert hesab edir ki, qlobal miqyasda Yaxın Şərqdə sülhün təmin olunması enerji bazarlarına sabitlik gətirəcək, neft və qaz qiymətlərində dalğalanmalar azalacaq, dəniz və quru nəqliyyat marşrutlarının təhlükəsizliyi artacaq:

“Bu, Avropa və Asiya regionlarının iqtisadiyyatına da müsbət təsir göstərəcək. Həmçinin, sülh prosesi beynəlxalq hüququn və çoxtərəfli diplomatiyanın gücləndiyini nümayiş etdirərək, digər münaqişə bölgələrində də dialoqa əsaslanan həll modellərinə nümunə ola bilər.

Misirdə Qəzza zolağında imzalanan atəşkəs sazişi bu istiqamətdə mühüm addım kimi qiymətləndirilir. Saziş tərəflər arasında düşmənçiliyin dayandırılması, humanitar yardımların çatdırılması və danışıqların davam etdirilməsi üçün əsas mexanizm rolunu oynayır. Lakin sazişin uzunömürlülüyü bir sıra amillərdən asılı olacaq. Əgər tərəflər siyasi iradə göstərər, beynəlxalq vasitəçilər monitorinq mexanizmlərini gücləndirər və razılaşmanın icrasını təmin edərlərsə, bu saziş dayanıqlı sülhə çevrilə bilər.

Bununla belə, etimadsızlıq, daxili siyasi təzyiqlər və bəzi qrupların müqavimətinin sazişin davamlılığını çətinləşdirməsi mümkündür. Qəzzanın idarəçiliyi, silahlı qüvvələrin statusu və yenidənqurma prosesi hələ də açıq qalan məsələlərdəndir. Bu baxımdan, sazişin uğuru həm regional dövlətlərin, həm də beynəlxalq təşkilatların birgə səylərindən asılı olacaq. Əgər tərəflər bu fürsəti dəyərləndirə bilsələr, Yaxın Şərqdə real sülhün əsası qoyula və bu proses dünyanın hazırkı siyasi düzəninə sabitlik və yeni diplomatik dinamika gətirə bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see178

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see177

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri