Qəzzada döyüşlər bitmək üzrədir Netanyahu
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada döyüşlərin yaxın vaxtlarda bitə biləcəyini söyləyib.
Bu barədə o, “Sky News”a müsahibəsində bildirib.
O vurğulayıb ki, HƏMAS razılaşmaya getsə belə, İsrail yerdə qalan terrorçuları məhv etmək və ölkənin təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirəcək.
“Hər bir halda bunu edəcəyik. HƏMAS-ı orada saxlamaq məsələsi heç vaxt olmayıb. ABŞ Prezidenti Donald Tramp bunu ən yaxşı formada deyib: HƏMAS Qəzzadan yox olmalıdır”, - Netanyahu qeyd edib.
O əlavə edib ki, HƏMAS üzvləri silahlarını yerə qoysa və ən azı 20-si sağ olan qalan 50 girovu da azad etsə, müharibə bu gün başa çata bilər.
"Cebheinfo.az"

Qəzzada döyüşlər bitmək üzrədir Netanyahu
21 Avqust 2025 20:35
İsrailin antiraketləri bitmək üzrədir “WSJ”
18 İyun 2025 14:34
Qəzzada razılaşma əldə olunmaq üzrədir Tramp
26 Sentyabr 2025 23:24
Juninyonun “Sevilya”ya transferi bitmək üzrədir
29 Dekabr 2024 11:01
Deputat: “Minsk qrupunun ömrü bitmək üzrədir”
27 Avqust 2025 13:09

