Icma.az
close
up
RU
ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrini yerləşdirməyi planlaşdırır

ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrini yerləşdirməyi planlaşdırır

Icma.az, Operativ MM saytına istinadən bildirir.

ABŞ hakimiyyəti Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi və bu məqsədlə anklav daxilində beynəlxalq kontingent yaradılması planı üzərində işləməyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi Ağ Evin iki yüksək vəzifəli rəsmisinə istinadən yayıb.

Agentliyin məlumatına görə, ABŞ artıq İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər və Azərbaycanla anklavda yerləşdiriləcək beynəlxalq qüvvələrin formalaşdırılması istiqamətində danışıqlar aparır. Qəzza bölgəsində yerləşdirilən 200 ABŞ hərbçisi isə gələcəkdə bu qüvvələrin yerləşdirilməsinə “koordinasiya və nəzarət” funksiyasını yerinə yetirəcək.

Mənbələr bildiriblər ki, hazırda İsrail Müdafiə Qüvvələri ilə HƏMAS silahlı birləşmələri arasında gərginlik yüksək olaraq qalır. Vaşinqton ümid edir ki, əvvəlcə bölgədə sabitliyin bərpasına nail olunduqdan sonra beynəlxalq qüvvələrin Qəzzaya daxil olması mümkün olacaq.

Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev ABŞ prezidentinin Qəzza zolağında münaqişənin həllinə yönəlmiş “hərtərəfli planını” açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və orada müvəqqəti xarici idarəetmənin yaradılması, həmçinin beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur.

Daha sonra, oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS nümayəndələrinin Misirdəki danışıqlardan sonra sülh planının birinci mərhələsi üzrə razılıq əldə etdiklərini bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see336

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see298

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see281

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see279

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see277

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see274

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see261

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see248

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see248

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see244

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see237

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see234

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see232

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see231

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see225

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see220

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see220

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see190

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see187

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri