Icma.az
close
up
RU
Qəzzada zorakılıq və beynəlxalq hüquq: İsrailin addımları necə qiymətləndirilir?

Qəzzada zorakılıq və beynəlxalq hüquq: İsrailin addımları necə qiymətləndirilir?

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail ordusu Hizbullah mövqelərinə endirdiyi hava zərbələrindən sonra İsrail-Livan sərhədində hərbi gərginlik artıb. Livan hakimiyyəti baş verənləri ölkənin suverenliyinə açıq müdaxilə kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti bu məsələyə münasibət bildirməyə çağırır.

Mövcud vəziyyət fonunda İsrail-Livan sərhədində eskalasiyanın hansı regional güclərin maraqlarına xidmət etdiyi və bu prosesin genişmiqyaslı münaqişəyə çevrilmə ehtimalı sual doğurur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, əgər İsrail ABŞ-nin siyasi və hərbi dəstəyini almasaydı, onların Yaxın Şərqdə bu qədər aqressiv siyasət həyata keçirməsi mümkün olmazdı. Onun sözlərinə görə, Vaşinqtonun verdiyi açıq dəstək İsrailin regional siyasətində həlledici rol oynayır.

Müsahibimiz qeyd edib ki, müxtəlif qlobal lobbi dairələri tərəfindən formalaşdırılan strategiya mövcuddur: 

"İsrail isə bu strategiyanı icra edən əsas aktorlardan biri kimi çıxış edir. Bunda məqsəd Yaxın Şərqdə “Böyük İsrail” ideyasını reallaşdırmaqdır və İsraildə hakimiyyətə hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq bu xətt davam etdirilir".

Azad Məsiyev: Rusiyaya tətbiq olunan sanksiyalar İsrailə də olunmalıdır

O bildirib ki, İsrail öz ərazisini Fələstin torpaqları hesabına genişləndirib və bununla yanaşı, Suriya, Livan və digər qonşu ölkələrin ərazilərinə dair iddialar mütəmadi olaraq gündəmə gətirilir. Politoloqun sözlərinə görə, təxminən bir neçə ay əvvəl İsrailin hazırkı baş naziri “vəd olunmuş torpaqlar” ifadəsini açıq şəkildə işlədərək bu məqsədlərin gizlədilmədiyini nümayiş etdirib.

Həmsöhbətimizin dediyinə görə, ABŞ İsrailə hərbi, siyasi və diplomatik vasitələrlə dəstək verir: 

"Nəticədə Təl-Əviv nə beynəlxalq hüquqa, nə də humanitar normalara riayət edir. ABŞ-də siyasi hakimiyyətə gəlmək üçün güclü lobbi dəstəyinin həlledici rolu var və bu dəstəyin qarşılığında İsrailə siyasi öhdəliklər götürülür".

Politoloq əlavə edib ki, İsrail təkcə Fələstin torpaqlarını deyil, regionun digər ölkələrinin ərazilərini də hədəfə alır. Onun sözlərinə görə, Suriyadakı yüksəkliklərin ələ keçirilməsi, Fələstin torpaqlarının işğalı və Qəzzada baş verən hadisələr bunun açıq sübutudur:

"İsrail hərbi əməliyyatlarını bəzən özünümüdafiə, bəzən isə terrorla mübarizə adı altında əsaslandıraraq qonşu əraziləri işğal edir. Onlar digər qonşu dövlətləri də hərbi güclə hədələyir və bu, beynəlxalq hüquqa ziddir. Politoloqun fikrincə, baş verənlər müasir dünya siyasətində beynəlxalq hüququn deyil, güc amilinin həlledici rol oynadığını göstərir".

Müsahibimiz bildirib ki, ABŞ prezidenti Donald Tramp özünü sülh tərəfdarı kimi təqdim etsə də, İsrailin addımlarına faktiki olaraq göz yumur və bu siyasəti dəstəkləyir. Mütəxəssis qeyd edib ki, Qəzzada mülki əhaliyə qarşı kütləvi zorakılıq həyata keçirilir, insanlar öldürülür və yerli sakinlər öz doğma torpaqlarından didərgin salınır. Artıq açıq şəkildə bəyan olunur ki, Qəzzada yaşayan əhali köçürülür. Bu isə heç bir beynəlxalq normaya uyğun gəlmir:

"İsrail eyni zamanda digər qonşu dövlətlərin ərazilərinə də iddia edir və hərbi güc tətbiq etməklə bu siyasəti davam etdirir. Onun fikrincə, bu proseslər göstərir ki, müasir dünya siyasəti beynəlxalq hüquqla deyil, gücün qanunu ilə tənzimlənir. ABŞ İsrailə hərbi və siyasi dəstək verməklə bu siyasətin birbaşa himayədarına çevrilib. Qəzzada baş verən hadisələrdə Tramp administrasiyasının da məsuliyyəti var. ABŞ bu dövləti Yaxın Şərqdə ərəb dünyasına qarşı təzyiq aləti kimi istifadə edir və Vaşinqtonun siyasətinə qarşı çıxan dövlətlər İsrail vasitəsilə təhdid olunur. Bu isə regionda xaosu daha da dərinləşdirir".

Azad Məsiyevin fikrincə, hər bir dövlətin və xalqın özünü müdafiə etmək hüququ var və İsrailin aqressiyasına qarşı çıxan qüvvələrin mövqeyi də bu çərçivədə dəyərləndirilməlidir.

O hesab edir ki, əgər beynəlxalq ictimaiyyət İsrailin bu siyasətinin qarşısını almaq istəyirsə, Rusiyaya tətbiq edilən sanksiyalara bənzər addımlar İsrailə qarşı da atılmalıdır. Onun sözlərinə görə, İsrail siyasi və iqtisadi baxımdan təcrid olunmadığı müddətdə aqressiv xəttini davam etdirəcək.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Dekabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri