Icma.az
close
up
RU
Qəzzanın boşaldılması nə qədər realdır? ƏHD funksionerinin cavabı

Qəzzanın boşaldılması nə qədər realdır? ƏHD funksionerinin cavabı

Icma.az bildirir, Aznews.az-ə əsaslanaraq Qəzzanın boşaldılması nə qədər realdır? ƏHD funksionerinin cavabı.

“İsrailin HƏMAS-ın guya atəşkəsi pozması ilə bağlı açıqlaması əslində bir bəhanədir. Bu, İsrailin atəşkəsin uzun müddət davam etməsində maraqlı olmadığını və Qəzza ilə bağlı yeni addımlar atmağa hazırlaşdığını göstərir. Burada diqqətçəkən məqamlardan biri də bu prosesin Netanyahu-Tramp görüşündən sonraya təsadüf etməsidir. Böyük ehtimalla, Netanyahu Trampdan müəyyən bir razılıq alıb və bu razılığın nəticəsi olaraq Qəzzada fələstinlilərin məcburi köçürülməsi ilə bağlı yeni təhdidlər yaranacaq. Beləliklə, Trampın təklifinin reallaşdırılması üçün praktik mexanizmlərin hazırlanması istiqamətində addımlar atıla bilər və İsrailin hərbi əməliyyatları davam etdirmək ehtimalı getdikcə artır. Lakin yaxın qonşu ölkələr – xüsusilə Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər – bu plana qarşı sərt etirazlarını bildiriblər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Qeyd edək ki, Yaxın Şərqdə gərginlik yenidən artır. İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ın fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salmaq qərarına cavab olaraq İsrail Müdafiə Qüvvələrinə “ən yüksək hazırlıq” vəziyyətinə keçməyi əmr edib. Bu addım, bölgədə hərbi əməliyyatların yenidən alovlanması ehtimalını artırır.

Bununla bağlı siyasi şərhçi qeyd edib ki, Trampın səsləndirdiyi fikrin gerçəkləşməsi üçün praktik mexanizmlər mövcud deyil.

“Çünki söhbət 1,8 milyon insanın zorla öz yurd-yuvasından çıxarılmasından gedir və artıq bu insanları qorxutmaq və ya təzyiqlərlə köçməyə məcbur etmək mümkün deyil. Demək olar ki, hər bir Qəzza ailəsi itki verib və bu da onların mübarizəni davam etdirməsinə səbəb olur. Bu reallıq fonunda fələstinlilərin güc yolu ilə köçürülməsi qeyri-mümkün görünür. Digər tərəfdən, Misir öz təhlükəsizliyini təhdid altında görərək Qəzzadan gələn qaçqınları qəbul etməyəcəyini açıq şəkildə bəyan edib. İordaniya isə Fələstinlə bağlı tarixi ziddiyyətlər səbəbilə qaçqınları qəbul etməyəcəyini qəti şəkildə bildirib. Eyni mövqeni Səudiyyə Ərəbistanı və Qətər də paylaşır”.

Onun fikrincə, bu məsələdə Türkiyə daha prinsipial mövqe sərgiləyir:

"Ankara ən yüksək səviyyədə bəyan edib ki, istər Qəzza, istərsə də Suriyanın ərazi bütövlüyü Türkiyə üçün qırmızı xəttdir. Bu kontekstdə Türkiyə ilə Suriya arasında hərbi sazişin imzalanması ehtimalı yüksəkdir. Əgər belə bir saziş baş tutarsa, Türkiyə rəsmi olaraq Suriyanın ərazi bütövlüyünün qarantına çevriləcək. Bu isə Türkiyə və İsrailin birbaşa qarşı-qarşıya gəlməsi ehtimalını artırır. İsrail üçün Türkiyə ilə açıq qarşıdurmaya girmək arzuolunan bir ssenari deyil və bu, onun siyasətini çətinləşdirən amillərdən biri olacaq. Trampın bu məsələdə oynadığı rola gəldikdə isə, onun Qəzzanın boşaldılması planını tam ciddiyə aldığını düşünmək çətindir. Trampın əsas məqsədi ABŞ-dakı sionist lobbinin dəstəyini qazanmaqdır. Hazırda ABŞ-da daxili siyasi vəziyyət kifayət qədər gərgindir və Tramp böyük təzyiqlərlə üzləşir. O, sionist lobbinin dəstəyini almaqla öz siyasi mövqeyini gücləndirmək niyyətində ola bilər”.

Siyasi şərhçi vurğulayıb ki, ancaq bu planın həyata keçirilməsi üçün İsrailin təkbaşına addım atması mümkün deyil:

“Bunun üçün ABŞ-ın birbaşa hərbi müdaxiləsi lazımdır ki, bu da Trampın maraqlarına uyğun deyil. Çünki Trampın əsas seçki vədlərindən biri ABŞ iqtisadiyyatını gücləndirməkdir və yeni müharibələrə başlamaq bu vədlərə ziddir. Tramp üçün əsas prioritet neft hasilatını artırmaq, enerji daşıyıcılarının qiymətini aşağı salmaq və daxili iqtisadi artımı təmin etməkdir. Əgər ABŞ yenidən müharibələrə sürüklənsə, bu, həm Tramp hökuməti, həm də ölkə üçün ciddi fəlakətlərə yol aça bilər. Digər tərəfdən, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqqında həbs qərarı verməsi onun siyasi mövqeyini zəiflədir. İsrail daxilində də Netanyahunun siyasətinə ciddi etirazlar var, xüsusilə liberal kəsim və müxalifət tərəfindən. Əgər bölgədə gərginlik davam edərsə, bu, İsrail üçün ciddi problemlər yaradacaq və Netanyahu daha çox təzyiq altında qalacaq. Beləliklə, İsrailin bundan sonrakı addımlarının nə dərəcədə uğurlu olacağını söyləmək çətindir. Çünki həm beynəlxalq təzyiqlər, həm də bölgə dövlətlərinin sərt mövqeyi bu planın reallaşmasını çətinləşdirən əsas faktorlardır”.

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır

12 Fevral 2025 08:39see131

Ənvər İbrahim Ərdoğana təşəkkür etdi

12 Fevral 2025 08:27see131

Bu gün hansı bürcün bəxti gətirəcək?

12 Fevral 2025 08:34see128

Şuşa abadlaşdırma ilə əlaqədar 361 min xərclənəcək

12 Fevral 2025 08:27see127

Münahisə etdiyi arvadını belə ÖLDÜRDÜ

12 Fevral 2025 16:50see126

Rus evi nin bağlanması mesajdır? AÇIQLAMA

12 Fevral 2025 14:13see125

Suriya Rusiya və İrandan müsbət siqnallar aldığını açıqlayıb

12 Fevral 2025 15:54see120

ABŞ Energetika Nazirliyi Rusiya neft sənayesinə qarşı sanksiyaların nəticələrini açıqlayıb

12 Fevral 2025 07:54see120

Küçə musiqiçisi reper P.Diddini zorlamaqda ittiham edib

12 Fevral 2025 07:20see120

Fənərbaxça Futbol Akademiyasının inşasına başlanıldı

12 Fevral 2025 16:54see118

Peşə təhsilinin stimullaşdırılması müəyyən güzəştlərin tətbiqi ilə məhdudlaşmamalıdır Deputat

12 Fevral 2025 16:32see117

Türkiyə sakini üç ildən sonra ögey anası ilə görüşmək istədi: Çürümüş cəsədini və sümüklərini tapdı

13 Fevral 2025 04:02see116

Liverpul derbisində 4 qol

13 Fevral 2025 01:35see116

Şvartsenegger oğlunun çılpaq səhnələrinə şərh verib…

12 Fevral 2025 20:07see116

Elon Maskın oğlu Trampla mətbuat konfransında iştirakçılardan birinə sus deyib Video

12 Fevral 2025 18:48see115

“Bağdan”ın tomat pastaları kiflənib Foto

12 Fevral 2025 13:47see115

Rusiya Kiyevi raketlə vurdu: Ölən var

12 Fevral 2025 13:28see115

Qərbin anti Rusiya blokadası yarıldı Slutski

12 Fevral 2025 22:49see114

Avtomobil sənayesində tarixi birləşmə Sərfəli yeni model istehsal ediləcək KONKRET

12 Fevral 2025 09:21see114

Stresi atmaq üçün göbəklərinə sürtürlər

13 Fevral 2025 04:04see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri