Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

QHT lər Prezidentin uzaqgörən siyasətini dəstəkləyir və milli birlik mesajı verirlər ŞƏRH

QHT lər Prezidentin uzaqgörən siyasətini dəstəkləyir və milli birlik mesajı verirlər ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 12 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin dövlətimizin güclənməsi və xalqımızın rifahı naminə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti Azərbaycanın milli ruhunu və beynəlxalq nüfuzunu yeni səviyyəyə yüksəldib. Dövlətimizin başçısının uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə elə bir inam və güc formalaşıb ki, bu, doğrudan da müasir tariximizdə böyük və unudulmaz bir səhifə kimi qalacaq. Azərbaycan xalqı hər zaman öz Prezidentinin ətrafında sıx birləşərək, onun müəyyənləşdirdiyi inkişaf və ədalət yolunu dəstəkləyir. Prezident İlham Əliyev həyata keçirdiyi tədbirlərlə, xüsusilə də torpaqlarımızın işğaldan azad olunması və xalqımızın milli qürurunun bərpa edilməsi istiqamətində atdığı addımlarla böyük tarixi missiyanı yerinə yetirib. Bu, Azərbaycan xalqının birliyini, dövlətimizin əzmini və Liderimizin qətiyyətini bir daha parlaq şəkildə nümayiş etdirib. Prezidentimizin bu fəaliyyəti sülhün bərqərar olunmasına, genişmiqyaslı quruculuq işlərinin aparılmasına və beynəlxalq aləmdə Azərbaycanın nüfuzlu və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bütün bunlar xalqımızda böyük ruh yüksəkliyi və gələcəyə dərin inam yaradıb. Bu gün ölkəmizdə aparılan islahatlar, həyata keçirilən sosial-iqtisadi layihələr və dövlət siyasətinin ardıcıl icrası da həmin inamın və liderimizin uzaqgörən strategiyasının bariz təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə söyləyib.

Azərbaycanın qlobal tədbirlərə uğurlu ev sahibliyi barədə danışan İ.Rizazadə bildirib ki, bu yaxınlarda bir ili tamam olan COP29 tədbiri müasir tariximizin mühüm hadisələrindən biri idi. Həmin tədbir çərçivəsində yerli və beynəlxalq vətəndaş cəmiyyəti institutları üçün geniş imkanlar yaradıldı, fikir və təcrübə mübadiləsinə şərait təmin olundu. Bu, Azərbaycanın ekoloji siyasətinin uğurlu icrasının və diplomatik nüfuzunun artmasının bariz göstəricisidir. Eyni zamanda, Qlobal Cənub Platformasının məhz Bakıda yaradılması prosesində qeyri-hökumət təşkilatları əsas və fəal rol oynadılar. Həmin platformanın fəaliyyətində QHT-lər fəal iştirak edir, artıq beynəlxalq müstəvidə də mühüm görüşlər və tədbirlər həyata keçirilir. Bu fakt Azərbaycanın vətəndaş cəmiyyətinin regional və qlobal səviyyədə artan nüfuzunun göstəricisidir.

O qeyd edib ki, əvvəllər QHT-lər üçün belə imkanlar və geniş fəaliyyət mühiti mövcud deyildi, lakin bu gün vəziyyət tamamilə dəyişib. Artıq Azərbaycan qeyri-hökumət təşkilatları öz gücünü göstərir, həm ölkə daxilində, həm də beynəlxalq arenada fəal şəkildə təmsil olunurlar. Bu, Prezidentimizin QHT sektoruna göstərdiyi diqqət və dəstəyin nəticəsidir. Biz, QHT-lər olaraq, görürük ki, qeyri-hökumət təşkilatlarının inkişafı üçün dövlət səviyyəsində çox geniş şərait yaradılıb. Bu gün QHT-lər həm ölkə daxilində mühüm sosial və ictimai layihələr həyata keçirir, həm də beynəlxalq səviyyədə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Bu, həm də vətəndaş cəmiyyətinin dövlət siyasəti ilə vəhdətinin göstəricisidir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən əməkdaşlıq forumunda qeyri-hökumət təşkilatları adından Azərbaycan Prezidentinə ünvanlanan müraciətə toxunan İ.Rizazadə deyib ki, həmin müraciətdə bütün QHT-lər dövlətimizin başçısının apardığı siyasəti, haqq-ədalət naminə gördüyü işləri tam dəstəklədiklərini və alqışladıqlarını bildiriblər. Bu təşəbbüs bir daha göstərdi ki, vətəndaş cəmiyyəti ölkə rəhbərinin siyasi kursuna və ədalət prinsiplərinə sadiqdir. 30 ilə yaxın işğal altında olan torpaqlarımız artıq azad edilib. Biz QHT nümayəndələri kimi dəfələrlə həmin ərazilərə səfər edib, tikinti və bərpa işlərini öz gözlərimizlə görmüşük. Yolların salınması, köçkünlər üçün evlərin tikilməsi, infrastrukturun yaradılması inanılmaz sürətlə həyata keçirilir və bu, xalqımızın birliyini, dövlətimizin qüdrətini nümayiş etdirir”, - deyə QHT sədri əlavə edib.

Oktyabrın 20-də keçirilən qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunun əhəmiyyətini vurğulayan İradə Rizazadə diqqətə çatdırıb ki, aktual mövzular üzrə müzakirələrin aparıldığı bu tədbirin ən təsirli məqamı məkanın Xankəndi olması idi. Bu hadisə Azərbaycanın tarixi Qələbəsinin və ərazi bütövlüyünün bərpasının rəmzi kimi yadda qaldı. Bu, tarixi ədalətin qələbəsidir və biz Prezidentimizin siyasətini hər zaman dəstəkləyirik. Qarabağın azadlığı Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və Liderimizin qətiyyətinin təzahürüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see273

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see257

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see233

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see211

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see197

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see177

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see161

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see153

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see153

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see149

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see131

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see131

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri