Icma.az
close
up
RU
QHT sədri: Azərbaycanda sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımlar dövlətin bu sahəyə diqqətini göstərir AZƏRTAC

QHT sədri: Azərbaycanda sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımlar dövlətin bu sahəyə diqqətini göstərir AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan dövləti sosialyönümlü siyasəti ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun əsas məqsədi məhz Azərbaycan vətəndaşının rifahını təmin etmək, onun sosial problemlərinin həllini ön plana çıxarmaqdır. Dövlətimizin başçısının "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun ehtiyacları, rifahı və təhlükəsizliyi dayanır" fikri ölkədə həyata keçirilən genişmiqyaslı sosial islahatların mahiyyətini və məqsədini dolğun şəkildə ifadə edir. Bu siyasət çərçivəsində qəbul olunan sosial proqramlar və verilən mühüm qərarlar, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi nəticələr verməkdədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, dövlətimizin başçısının fərman və sərəncamları əsasında xüsusilə 2018-2024-cü illər ərzində icra edilən 4 böyük sosial islahat paketi 4 milyondan çox vətəndaşı əhatə edib. Bu sosial islahatların miqyasını nəzərə alsaq, onların icrasına illik əsasda əlavə olaraq 7 milyard manat vəsait ayrılması mühüm əhəmiyyət daşıyır. Həmin sosial paketlər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, gəlirlərinin artırılmasına və ümumilikdə rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir. Xüsusilə vurğulamaq lazımdır ki, istər COVID-19 pandemiyası, istərsə də müharibə dövründə və ya digər maliyyə tutumlu xərclərin artdığı dövrlərdə belə Azərbaycanda sosial xərclər azaldılmayıb, əksinə, artırılıb. Bunun bariz nümunəsi olaraq 5-ci böyük sosial islahat paketi elan edildi. Prezident İlham Əliyevin ötən il dekabrın 23-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam bir daha göstərir ki, dövlət siyasətinin əsas prioriteti vətəndaşların rifahının artırılmasıdır və bu istiqamətdə aparılan sosial islahatlar ardıcıl şəkildə davam etdirilir. Yeni Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, fevralın 1-dən isə əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb.

“Əməkhaqlarının artırılmasında xüsusi məqama diqqət yetirmək vacibdir ki, minimum əməkhaqqının artımı yalnız aşağı maaşlı işçilərə təsir etməklə kifayətlənmir. Bu artım nəticəsində dövlət müəssisələrində çalışan bütün işçilərin əməkhaqqıları Vahid Tarif Cədvəlinə uyğun olaraq artırılır. Bu isə sosial siyasətin ədalət prinsipi əsasında həyata keçirildiyini və hər bir işçinin əməkhaqqının uyğun səviyyədə yüksəldilməsinin təmin olunduğunu göstərən mühüm göstəricidi. Bu artımlarla birgə, 2018-ci ildən bəri minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya isə 3 dəfəyə yaxın artırılıb. Yeni sosial islahat paketində digər sosial ödənişlərin də artırılması nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğinin artırılması üzrə təkliflərini 3 ay ərzində ölkə Prezidentinə təqdim edəcək. Beləliklə, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı və digər sahələri əhatə edən 19 pilləli Vahid Tarif Cədvəlinə əsasən maaşlarda ciddi artımlar tətbiq olunacaq. Nəticədə bu sosial paket ümumilikdə 3 milyon vətəndaşı əhatə edəcək və artımlar üçün illik əsasda əlavə olaraq 1,4 milyard manat vəsait ayrılacaq”, - deyə QHT sədri vurğulayıb.

C.Hüseynzadə qeyd edib ki, Prezident İlham Əliyev bir neçə gün öncə yerli telekanallara verdiyi müsahibəsində jurnalistlərin müxtəlif mövzularda ünvanladıqları suallara cavab verərkən xüsusi olaraq vurğuladı: “İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”. Bu fikirlər dövlətimizin başçısının sosial siyasətə verdiyi yüksək önəmin və bunun ardıcıl şəkildə davam etdirilməsinin göstəricisidir.

Bu yanaşma ölkənin iqtisadi inkişafından doğan imkanların, ilk növbədə, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsi prinsipini əks etdirir. Prezidentin sözləri bir daha göstərir ki, sosial məsələlərin həlli yalnız iqtisadi göstəricilərlə bağlı deyil, eyni zamanda, dövlət siyasətinin əsas prioritetlərindən biridir. İqtisadi artımla paralel olaraq sosial təminatların yüksəldilməsi və əhalinin sosial rifahının davamlı şəkildə yaxşılaşdırılması ölkənin inkişaf modelinin əsasını təşkil edir. Davamlılıq modelindən danışarkən xüsusi olaraq vurğulamaq lazımdır ki, bu modeli dəstəkləyən alətlər və mexanizmlər son 6 il ərzində ardıcıl olaraq formalaşdırılıb. Məsələn, pensiyaların avtomatik indeksləşdirilməsi sistemi mühüm mexanizmlərdən biridir və bu, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının inflyasiyanın mənfi təsirindən qorunmasını təmin edir. Belə yanaşma dövlətin sosial müdafiə siyasətinin dayanıqlığını və vətəndaş rifahının qorunmasında uzunmüddətli perspektivi əsas götürdüyünü göstərir. Başqa bir mühüm məqam isə ondan ibarətdir ki, sosial islahatlar həyata keçirilərkən əhalinin sosial rifahının qorunması və gücləndirilməsi ilə yanaşı, ədalətli yanaşma və bərabər imkanların təmin edilməsi xüsusi olaraq diqqət mərkəzində saxlanılıb. Bu yanaşma, dövlət siyasətində sosial ədalət prinsipinin prioritet olduğunu və hər bir vətəndaşın inkişaf imkanlarına bərabər şəkildə çıxışının təmin edilməsinə xüsusi əhəmiyyət verildiyini bir daha göstərir.

“Hesab edirəm ki, islahatların uğurla həyata keçirilməsində və qazanılan nəticələrin qənaətbəxş olmasında mühüm amillərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən reallaşdırılan rəqəmsal xidmətlər və xüsusilə proaktiv xidmətlərin tətbiqidir. Bu yanaşma sosial təminat sahəsində operativlik və şəffaflığı artırmaqla yanaşı, vətəndaşların hüquqlarının vaxtında, effektiv şəkildə qorunmasını təmin edir. Bu da öz növbəsində sosial müdafiə sisteminin səmərəliliyinin yüksəlməsinə və əhalinin dövlət xidmətlərindən məmnunluğunun artmasına mühüm təsir göstərir”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see353

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see252

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see216

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see200

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see181

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see144

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see140

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see123

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see122

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see121

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see120

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see120

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see119

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see117

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see114

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri