Icma.az
close
up
RU
QHT Vətəndaş cəmiyyətinin inkişafında dini mənəvi dəyərlərin rolu layihəsinin icrasına başlayıb

QHT Vətəndaş cəmiyyətinin inkişafında dini mənəvi dəyərlərin rolu layihəsinin icrasına başlayıb

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Din və Qadın Hüquqları İctimai Birliyi Cənub bölgəsində dini-mənəvi dəyərlərin təbliği və vətəndaş cəmiyyəti quruculuğunda rolunun artırılması məqsədilə “Vətəndaş cəmiyyətinin inkişafında dini-mənəvi dəyərlərin rolu” adlı layihəni həyata keçirir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur və 3 ay müddətində davam edəcək. Layihə çərçivəsində Astara, Cəlilabad, Yardımlı, Masallı və Lənkəran rayonlarında seminar və təlimlər təşkil ediləcək. Ümumilikdə 100 nəfərin – yerli icra hakimiyyəti, dini icmalar, QHT və KİV nümayəndələri də daxil olmaqla – iştirakı nəzərdə tutulur.

Seminar-treninqlər mövzu üzrə ekspertlərin iştirakı ilə interaktiv müzakirə və kiçik qruplarda iş formatında keçiriləcək. Tədbirlərdə iştirakçılar İslamın mənəvi dəyərlər sistemi, qadın haqları, dini radikalizmə qarşı mübarizə, erkən nikahın fəsadları və dindən sui-istifadənin qarşısının alınması kimi mövzular barədə məlumatlandırılacaqlar. Təlimlər zamanı iştirakçılar 4 kiçik qrupa bölünəcək, hər qrupa 3 sual veriləcək, qruplar birlikdə işləyərək təqdimatlarla çıxış edəcəklər. Təlimçilər qrup işlərini yekunlaşdıracaq və iştirakçıların suallarını cavablandıracaqlar. Tədbirlərdə iştirakçılar üçün çay fasiləsi də təşkil olunacaq.

Layihənin nəticələri aşağıdakı kimi gözlənilir:

Fərqli mədəni və dini dünyagörüşə malik insanlar, xüsusən qadınlar və gənclər maarifləndiriləcək;

100 nəfər iştirakçı dini-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində biliklərini artıracaq;

İştirakçılar diqqəti qaldırılan problemlərə yönələcək, öz rəylərini bildirəcək və təkliflər verəcəklər;

Dini-mənəvi dəyərlərin qorunması sahəsində mövcud problemlər ictimailəşəcək;

Problemlərin yaranma səbəbləri və aradan qaldırılması yolları barədə əhalinin məlumatlılığı artırılacaq;

Təlim iştirakçıları bir-birini yaxından tanıyaraq qarşılıqlı inam və müsbət atmosfer yaradacaqlar;

Təlimlərdən bəhrələnən şəxslər öz yaxın ətraflarında, xüsusilə qadınlar və gənclər arasında maarifləndirici işlər aparacaq, ölkədə güclü vətəndaş cəmiyyətinin formalaşmasına töhfə verəcəklər;

Problemlə bağlı sahəyə cavabdeh dövlət qurumları, ictimaiyyət və KİV-in diqqəti cəlb olunacaq.

Din və Qadın Hüquqları İctimai Birliyi layihə vasitəsilə Cənub bölgəsində dini dəyərlərin yanlış yozulmasına qarşı preventiv maarifləndirmə aparmaq və sağlam ictimai mühitin formalaşmasına dəstək verməyi qarşıya məqsəd qoyur.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyun 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri