Icma.az
close
up
RU
“Vətəndaş Cəmiyyətinin inkişafında dini mənəvi dəyərlərin rolu” layihəsi çərçivəsində dördüncü tədbir keçirib FOTOLAR

“Vətəndaş Cəmiyyətinin inkişafında dini mənəvi dəyərlərin rolu” layihəsi çərçivəsində dördüncü tədbir keçirib FOTOLAR

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Din və Qadın Hüquqları  İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Astarada “Vətəndaş Cəmiyyətinin inkişafında dini-mənəvi dəyərlərin rolu” layihəsi çərçivəsində dördüncü tədbir keçirib.

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində dördüncü tədbir 29 iyul 2025-ci il də Astara şəhərində “Şindan” hotelin konfrans zalında keçirildi. Tədbirdə əsasən Astara Gənclər evinin könüllü gəncləri, həmçinin cəmiyyətin müxtəlif təbəqəsini təmsil edən nümayəndələr, tələbələr, məzunlardan ibarət 22 nəfər iştirakçı var idi. Tədbiri giriş sözü ilə açan təlimçi Əntiqə Qurbanova tədbirə maliyyə dəstəyi göstərdiyinə görə Azərbaycan Respublikası QHT-lərə Dövlət dəstəyi agentliyinə öz təşəkkürünü bildirdi və layihə haqqında məlumat verərək iştirakçıları tədbir müddətində fəal olmağa dəvət etdi. Layihənin təlimçisi iştirakçılara, Vətəndaş Cəmiyyətinin  inkişafında əsas rolu olan dini-mənəvi dəyərlərimizə aid aşağıdaki mövzular barədə maraqlı məlumatlar verdi:

Mənəvi dəyərlərimiz:dilimiz, mədəniyyətimiz, adət-ənənələrimiz və s. İslam- Mənəvi dəyərin əsasıdır,.İslamın real prinsip və dəyərləri. İslamda qadın haqları. Dini  fanatizm, xurafat və radikal fundamentalizmə qarşı mübarizə yolları. Vətəndaş Cəmiyyəti və milli-mənəvi dəyərlərimiz. Dini tarixi abidələrimiz və Tariximiz.

Tədbir müddətində iştirakçılar çox fəal idilər. Hər çıxış edən iştirakçı rayonun bugünki inkişafı, təhsilin səviyyəsi, Astarada yerləşən Astara Pedoqoji Kollecinin, Astara Gənclər Evinin nümayəndələri ümumilikdə ölkəmizin Cənub bölgəsində olan inkişafdan fəxrlə danışır, öz rayonları, yerli adət-ənənələri haqqında maraqlı məlumatlar verirdilər. Astara rayonunun tarixi, qədimliyini əks etdirən dini-tarixi abidələri haqqında olan çıxışlar iştirakçıları daha çox cəlb etdi. Tədbirdə bizi narahat edən əsas problemlərdən biri, iştirakçılar tərəfindən səsləndirilən belə tədbirlərə bəzi gənclərin hələ də laqeyid qalması, erkən nikah probleminin hələ də mövcud olması idi. Bizi sevindirən hal iştirakçıların fəxrlə istər yerli, istərsə də Beynəxalq səviyyədə şəhərə çox sayda turistlərin gəlməsi haqqında məlumat vermələri idi. Bu isə dini-mənəvi dəyərlərimizin təbliğində özünü biruzə verməsidir. Bununla belə iştirakçıların da etiraf etdiyi kimi, dini fanatizmin, xurafatçılıq, radikalizm meyillərinin olması, mənəvi dəyərlərimizin əsas sütunlarından olan dinimizdən sui-istifadə edilməsi halları, Astarada da var, xüsusən kəndlərdə erkən nikah prolemi yetərincədir. Belə halların aradan qaldırılması üçün, dini-mənəvi dəyərlərimizin qorunub saxlanması, düzgün təbliğinin Vətəndaş Cəmiyyətinin inkişafı üçün əsas rolunu nəzərə alaraq belə tədbirlərin mütəmadi keçirilməsi, cəmiyyətin müxtəlif təbəqələri arasında   maariflənmə işinin aparılmasını vacib hesab edirik.

Tədbir iştirakçıları da bu yöndə tədbirlərin yenidən, daha geniş auditorialarda keçirilməsini təklif edirdilər.

Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat  süfrəsi təşkil edildi.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Avqust 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri