Qibləsi dəyişən siyasətçinin “namazı” qəbul olarmı? FOTO
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gültəkin Hacıbəylinin əsas problemi təkcə uduzması deyil. Problem ondadır ki, o, niyə uduzduğunu anlamır. Halbuki siyasətdə uduzmaq faciə deyil — qibləni itirmək faciədir.
Axı hər kəs bilir:
qiblə düzgün tapılmayınca qılınan namaz da, edilən dua da bihudədir.
Bir gün qiblə Avropa dəyərləridir — Brüsselə səcdə.
Ertəsi gün qiblə türkçülükdür — Ankaraya üz tutma.
Sonra Milli Şura adı ilə qiblə Moskvaya dönür.
Bir gün Azərbaycan deyirsən, bir gün Ramiz “papa”nın kölgəsində dayanırsan.
Nəticə?
Nə Əli sənindir, nə Vəli.
Nə ad qalır, nə aş.
Bunun adı siyasət deyil — qibləsiz ibadətdir.
Ən gülməlisi isə yaddaş məsələsidir.
2016-cı ildə Azadlıq radiosuna müsahibə verib deyirsən:
“Sayın Ərdoğan avtoritardır.”
Sonra illər keçir, sən özün bunu unudursan və elə zənn edirsən ki,
dərin dövlət də balıq yaddaşlıdır.
Bir baxırsan, eyni Ərdoğana sevgi izhar edirsən, mədəd umursan.
Sanki arxiv yoxdur.
Sanki internet ölmüşdür.
Sanki siyasət kollektiv amneziya ilə idarə olunur.
Bu yerdə sual artıq ritorik deyil, xalq dilindədir:
“Gültəkin, sən balıq yaddaşlımısan?”
Bəs Avropa Məhkəməsi?
Hə, o da ərizəni qəbul etmədi.
Niyə?
Çünki Avropa Məhkəməsi siyasətlə yox, sistem ardıcıllığı ilə işləyir.
Orada da bilirlər ki, bugün bir qapını döyüb, sabah o qapıya söyən adama
nə hüquqi, nə siyasi etibar verilir.
Vladimir İliç Lenin demişkən (burada sitat yerinə oturur):
siyasi fahişəlik heç kimə hörmət qazandırmır.
Bu, təkcə Gültəkin Hacıbəylinin problemi deyil.
Bu, vaxtilə eyni səhvi edən Arif Məmmədovun da hekayəsidir.
Bir vaxtlar tribunalar, diplomatik salonlar…
Bu gün isə taksi sükanı arxasında Avropadan şikayət.
Deməli problem Qərbdə deyil.
Problem Qərbi oxuya bilməməkdədir.
Çünki Qərb dəyər sistemi deyil — maraq mexanizmidir.
Dəyərlər orada vitrin üçündür,
hesab isə həmişə arxa otaqda aparılır.
Siyasətdə ən ağır cəza həbs deyil.
Ən ağır cəza — ciddiyə alınmamaqdır.
Qibləsi hər gün dəyişən siyasətçi isə
nə dua edə bilir,
nə də bir gün dualarının qəbul olunmasına inanır.
Rəsmiyyə Şərifova
KONKRET.az
Baxış sayı:88
Bu xəbər 19 Dekabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















