Icma.az
close
up
RU
Qida tullantısı zibil deyil, resursdur Mütəxəssis

Qida tullantısı zibil deyil, resursdur Mütəxəssis

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qida tullantılarından səmərəli istifadə bir çox ölkələrdə artıq uğurlu biznes sahəsinə çevrilsə də, Azərbaycanda bu istiqamətdə vəziyyət hələ də qənaətbəxş deyil. 

Bəs qida tullantılarından necə səmərəli istifadə etmək olar?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, mövzu həm qida təhlükəsizliyi, həm də davamlılıq baxımından çox aktualdır.

Onun sözlərinə görə, qida tullantılarından səmərəli istifadə bir neçə səviyyədə - məişət, istehsal və biznes səviyyəsində həyata keçirilə bilər:

"Evdə yaranan qida tullantıları əslində xeyli dəyərli resursdur. Qidanın təkrar istifadəsi - artıq qalan yeməklərdən yeni yeməklər hazırlamaq, məsələn, çörək qalıqlarından kreker, tərəvəz qalıqlarından bulyon hazırlamaq və s. Soyuducu idarəçiliyi - “Əvvəl alınanı əvvəl istifadə et” prinsipi (FIFO) tətbiq edilərsə, ərzaq zay olmadan istifadə olunur".

Müsahibimiz vurğuladı ki, istehsal və sənaye səviyyəsində artıq qida tullantıları xammal kimi dəyərləndirilir.

"Biogaz istehsalı - qida tullantılarından metan qazı əldə olunur, bu da enerji kimi istifadə edilə bilər. Heyvan yemi istehsalı - qida sənayesində yararsız, lakin təhlükəsiz tullantılar emal edilərək yemə çevrilir. Biotexnoloji məhsullar - qida tullantılarından fermentlər, probiotiklər, və ya bioetanol kimi məhsullar istehsal olunur. Kozmetika və dərman sənayesi - meyvə qabıqları və dənələrinin tərkibində olan antioksidant və yağlar kosmetik vasitələrdə istifadə edilir.

Qida tullantısı zibil deyil, resursdur. Əsas məsələ onun düzgün ayrılması, toplanması və yenidən istifadə yollarının yaradılmasıdır. Azərbaycanda bu istiqamətdə inkişaf üçün hüquqi baza (məsələn, “qida tullantılarının idarə olunması haqqında” qaydalar), təşviqedici vergi və subsidiyalar, innovativ startapların dəstəklənməsi tələb olunur", - deyə Fərid Səfərov bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri