Icma.az
close
up
RU
Qidaların üzərindəki E” kodlar orqanizmi məhv edir?

Qidaların üzərindəki E” kodlar orqanizmi məhv edir?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Marketlərdə satılan bir çox qida məhsulunun üzərində “E” kodları, “aroma”, “stabilizator”, “rəngləndirici”, “konservant” və digər əlavələrin adlarına rast gəlinir.

Qeyd edək ki, qida əlavələrinin “E” hərfi ilə işarələnməsi bütün qida məhsulları paketlərində 1996-cı ildən tətbiq olunur. Bu işarələrin nə demək olduğu isə əksər istehlakçılar üçün tam aydın deyil.

Bəzi hallarda bu maddələr məhsulun dadını, görünüşünü və saxlanma müddətini qorumaq üçün istifadə olunur, lakin onların hamısının eyni dərəcədə təhlükəsiz olduğu da söylənilə bilməz.

Bəs qida məhsullarının etiketindəki “E” kodları düzgün oxumaq, eləcə də nəyə diqqət yetirmək istehlakçı üçün vacibdir?

Mövzu ilə bağlı danışan qida eksperti Fərid Səfərov “Cebheinfo.az”-a bildirib ki, qida məhsullarının etiketində “E” kodları, “aroma”, “stabilizator”, “emulqator”, “konservant”, “rəngləndirici” və digər ifadələrin qeyd olunması həmin məhsulun tərkibində müəyyən qida əlavələrinin istifadə edildiyini göstərir:

“Qida məhsullarının etiketindəki “E” kodunun olması avtomatik olaraq həmin maddənin zərərli olduğu anlamına gəlmir. “E kodları qida əlavələrinin identifikasiya nömrələridir və təsdiqlənmiş əlavələr müəyyən texnoloji məqsədlərlə, müəyyən edilmiş şərtlər və miqdarlarda istifadə olunur.

Məsələn, qida məhsullarının tərkibinə “E 200 - 299” - konservantları əlavə olunur. Məhz bu konservantlar məhsulun mikrobioloji xarab olmasının qarşısını almaq və saxlanma müddətini uzatmaq üçün istifadə edilir.

Qida məhsullarına, eyni zamanda bu qrupa uyğun (sorbin turşusu) “E 200”, (natrium sorbat) “E 201”, (kalium sorbat) “E 202”, (benzo turşusu) “E 210”, (natrium benzoat) “E 211” kimi əlavələr də qatılır.

Eləcə də qida məhsulların tərkibindəki “E 300”, “E 306” və “E 309” antioksidantlar isə yağların və digər komponentlərin oksidləşməsini ləngidir, məhsulun dad, qoxu və keyfiyyətinin daha uzun müddət qorunmasına kömək edir.

Bununla yanaşı qida məhsullarının etiketində olan bu - “E 100 - 199” kodu isə qırmızı və sarı boya maddələridir. Rəngləndiricilər məhsulun rəngini yaratmaq, bərpa etmək və ya daha cəlbedici görünüş vermək məqsədilə istifadə olunur.

Hazırda qida məhsullarının etiketində - (kurkumin) “E 100”, (riboflavin) “E 101”, karmin “E 120”, bəzi sintetik rəngləndiricilərdən isə “E 102”, “E 110” və “E 129” kimi yazılı kodlara da rast gəlinir.

Bildirm ki, burada xüsusilə həssas (allergik xəstəliklər) insanlarda müəyyən rəngləndiricilərə qarşı fərdi reaksiyaların mümkün olduğunu nəzərə almaq lazımdır”.

Onun sözlərinə görə, “E” kodlarına daxil olan digər “E 322 (lesitin), “E 471” (yağ turşularının mono və diqliseridləri) kimi emulqator qida əlavələri normal şəraitdə bir-biri ilə yaxşı qarışmayan komponentlərin, yəni yağ və suyun daha sabit qarışıq yaratmasına kömək edir:

“Emulqatorlar xüsusilə şokolad, marqarin, mayonez, krem, çörək, bulka və digər emal olunmuş məhsullarda istifadə oluna bilər.

“E 407” (karagenan) stabilizator (tənzimləyici) və “E 415” (ksantan saqqızı) qatılaşdırıcısı isə məhsulun strukturunu və konsistensiyasını qoruyur, fazaların ayrılmasının qarşısını almağa kömək edir.

Məhz qatılaşdırıcılar məhsulun özlülüyünü və konsistensiyasını artırmaq üçün istifadə olunur. Bura həmçinin, “E 400”, “E 406” (agar), “E 410” (keçiboynuzu saqqızı), “E 412” (quar saqqızı), “E 415” ksantan saqqızı və “E 499” kimi qatqılar da daxil edilə bilər.

“E 330” (limon turşusu), “E 331” (natrium sitratlar), “E 338” “fosfor turşusu” kimi turşuluq tənzimləyicilər isə məhsulun dadını, pH səviyyəsini və bəzi hallarda mikrobioloji sabitliyini tənzimləmək üçün istifadə edilir.

Eyni zamanda, “E 600 - 699” dad gücləndiriciləri isə məhsulun öz dad və ətir xüsusiyyətlərini daha qabarıq hiss etdirmək üçün istifadə edilir.
“E 950” (asesulfam-K), “E 951” (aspartam), “E 954” (saxarin), “E 955” “sukraloza” kimi şirinləşdirici maddələr şəkərin əvəzinə və ya onun miqdarını azaltmaq məqsədilə istifadə edilə bilər. 

Xüsusilə aspartam (qida və içkilərdə şəkər əvəzedicisi kimi istifadə olunan süni şirinləşdiricidir) üçün fenilketonuriyası (PKU olaraq da bilinən fenilketonuriya, bədəndə fenilalanin kimi tanınan amin turşusunun yığılması ilə nəticələnən nadir irsi xəstəlikdir) olan şəxslər baxımından xüsusi xəbərdarlıq vacibdir.

Buna görə müəyyən xəstəliyi və ya fərdi həssaslığı olan şəxslər etiket məlumatlarını daha diqqətlə oxumalıdırlar”.

O bildirib ki, burada vacib məqam odur ki, “E” kodlarını bütövlükdə “zərərli maddələr siyahısı” kimi təqdim etmək elmi baxımdan düzgün deyil: 

“Məsələn, “E 300” askorbin turşusu, yəni C vitamini, “E 322” (lesitin) kimi maddələr də qida əlavəsi kimi istifadə olunduqda “E” kodu ilə göstərilə bilər.
Eyni zamanda, bəzi əlavələr müəyyən həssas insanlarda arzuolunmaz reaksiyalara səbəb ola bilər və onların təhlükəsizliyi istifadə miqdarı, qəbul tezliyi və fərdi xüsusiyyətlər nəzərə alınmaqla qiymətləndirilməlidir.

İstehlakçı məhsul alarkən yalnız “E” koduna fokuslanmamalıdır. İlk növbədə məhsulun tərkib siyahısına, şəkər, duz və doymuş yağların miqdarına, enerji vəqida dəyərinə, son istifadə tarixinə və saxlanma şərtlərinə diqqət yetirmək lazımdır.

Tərkib siyahısında çoxsaylı əlavələrin olması məhsulun yüksək dərəcədə emal olunmuş ola biləcəyini göstərə bilər. Lakin bu faktın özü həmin məhsulun avtomatik olaraq təhlükəli olduğunu sübut etmir.

Xüsusilə uşaqlar üçün məhsul seçərkən daha sadə tərkibli, yüksək miqdarda əlavə şəkər və duz ehtiva etməyən məhsullara üstünlük vermək məqsədəuyğundur.

Astma və allergiya tənəffüs yollarının xroniki iltihabi xəstəlikləri, yəni müəyyən maddələrə qarşı həssaslığı olan şəxslər isə konkret əlavələrin adlarını və “E” kodlarını bilməli və etiketdə həmin maddələrin olub-olmadığını yoxlamalıdırlar.

Yəni istehlakçı üçün əsas prinsip “E kodu gördüm – deməli zərərlidir” yox, “Bu maddə nədir, hansı məqsədlə istifadə olunub, hansı miqdardadır və mən bu məhsulu nə qədər tez-tez qəbul edirəm?” suallarını verməkdir”.

Mütəxəssis qeyd edib ki, sağlam qidalanma baxımından əsas diqqət isə ümumi rasionun keyfiyyətinə və yüksək dərəcədə emal olunmuş məhsulların həddindən artıq və müntəzəm istehlak edilməməsinə yönəldilməlidir.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: qida Fərid Səfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Oktyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri