Icma.az
close
up
RU
Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir POLİTOLOQ FİKRİ

Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir POLİTOLOQ FİKRİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan çoxşaxəli xarici siyasət taktikasını həyata keçirməkdədir. Xüsusilə də Orta Asiya Türk dövlətləri ilə sıx təmaslarını genişləndirməkdədir. Bu əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli formatda aparılır. Bildiyiniz kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində Orta Asiya Türk dövlətləri ilə əməkdaşlıq edir, eyni zamanda MDB məkanında da bu dövlətlərlə sıx əməkdaşlıq həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Politoloq bildirib ki, buna baxmayaraq, Azərbaycan həmin dövlətlərlə ikitərəfli münasibətlər çərçivəsində də yüksək səviyyəli əlaqələr qurmaqdadır: "Bildiyiniz kimi, hər bir Orta Asiya Respublikası ilə, Türk dövlətləri ilə təmaslarını genişləndirməkdədir. Bu, Azərbaycanın Türk dövlətləri birliyinin yaradılması prosesində fəal iştirak etdiyini göstərir.

Azərbaycan və Türkiyə, Türk Dövlətləri Təşkilatının fonunda Turan İttifaqının formalaşması üçün ciddi səylər göstərir. Bu məqsədlə həm siyasi, həm də iqtisadi təmaslarını genişləndirməkdədir. Qeyd etmək lazımdır ki, Orta Asiya respublikalarının hər biri ilə bu təmaslar geniş vüsət almışdır. Bildiyiniz kimi, Özbəkistan, Qazaxıstan kimi ölkələrdən Azərbaycana rəsmi səfərlər həyata keçirilir və eyni zamanda Azərbaycan Prezidenti də bu dövlətlərə səfərlər edir.

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri, eyni zamanda Qırğız xalqının nümayəndəsi kimi onun bu səviyyədə iştirak etməsi, Azərbaycanın həyata keçirdiyi xarici və iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Bu istiqamətdə Azərbaycan fəallığını ardıcıl şəkildə artırır".

Onun sözlərinə görə, xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti andiçmə mərasimində və parlamentdəki çıxışında belə bir fikri səsləndirmişdir: “Bizim evimiz Türk dünyası evidir.” Bu yanaşma əsasında Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda Türk dövlətləri ilə əməkdaşlığını genişləndirməkdədir.

Qırğızıstan ilə Azərbaycan arasında iqtisadi və siyasi münasibətlərin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Orta Asiya Respublikalarının iqtisadi inkişafı, ümumilikdə, Türk Dövlətləri Təşkilatının güclənməsinə yönəlmiş strateji xəttin bir hissəsidir. Bu xalqlar arasında mənəvi, iqtisadi və siyasi inteqrasiyanın dərinləşməsi olduqca vacibdir. Belə inteqrasiya həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı anlaşmanı asanlaşdırır və daha effektiv nəticələrin əldə olunmasına zəmin yaradır. Bu çərçivədə Qazaxıstan Prezidentinin Azərbaycana səfəri iki dövlət arasında münasibətlərin daha da inkişafına yönəlmiş əhəmiyyətli bir addımdır. Bildiyiniz kimi, hazırda Türk dövlətləri arasında ortaq əlifba layihəsi də gündəmdədir ki, bu da mənəvi inteqrasiyanın mühüm göstəricilərindən biridir.

Hesab edirəm ki, bu cür səfərlərin intensivləşdirilməsi, yəni əlaqələrin tez-tez və sistemli şəkildə möhkəmləndirilməsi ümumi əməkdaşlıq üçün müsbət nəticələr verir. Bu proses həm Qırğız xalqının, həm də Azərbaycan xalqının milli maraqlarına tam uyğun gəlir və qarşılıqlı faydaya xidmət edir"- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyul 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri