Qırğızıstan Prezidenti: Azərbaycanla formatımızın genişləndirilməsi Mərkəzi Asiya üçün yeni imkanlar açacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanla formatımızın genişləndirilməsi Mərkəzi Asiya üçün yeni imkanlar və geniş üfüqlər açacaq.
APA-nın Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.
“Qırğızıstan Azərbaycan Respublikasının Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzv kimi qoşulması təşəbbüsünü dəstəkləyir. Qardaş Azərbaycanı da əhatə edəcək formatımızın genişləndirilməsi Mərkəzi Asiya üçün, xüsusən də beynəlxalq tranzit, logistika və enerji sahələrində əməkdaşlıq üçün yeni imkanlar və geniş üfüqlər açacaq. Bu gün əminliklə deyə bilərik ki, Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşləri formatı yaradılmışdır”, - deyə Qırğızıstan Prezidenti vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 16 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















