Qırğızıstan və Özbəkistan Çinlə dəmir yolunun tikintisinə dair müqavilə imzaladı
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Qırğızıstan baş nazirinin müavini Bakıt Torobayev Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün kredit müqaviləsinin imzalanma mərasimində iştirak edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Saziş Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu Şirkəti MMC (birgə layihə şirkəti) ilə Çin İnkişaf Bankı və Çin banklarının sindikatı arasında bağlanıb.
Dəmir yolu layihəsinin ümumi dəyəri 4,7 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğin yarısı, təxminən 2,3 milyard dolları, Çin tərəfindən üç ölkə tərəfindən yaradılan birgə layihə şirkətinə 35 illik kredit şəklində veriləcək.
Məbləğ birbaşa şirkət tərəfindən ödəniləcək. Qalan 2,3 milyard dollar şirkətin nizamnamə kapitalına üç ölkə tərəfindən aşağıdakı faiz nisbətində əlavə olunacaq:
Çin (51 faiz), Qırğızıstan və Özbəkistan (hər biri 24,5 faiz).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 16 Dekabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















