Icma.az
close
up
RU
Qış qapımızı kəsdirib...

Qış qapımızı kəsdirib...

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabah xəzan fəsli yerini soyuq aylara verəcək

İlin 4 fəslinin hər biri özünəməxsus gözəlliyi, rəngi, insanlara bəxş etdiyi əhvali-ruhiyyə ilə digərindən fərqlənir. Aylardan bəri birgə dünyamızı bölüşdüyümüz payızı yola salıb, qışı qarşılayırıq. Qarlı-şaxtalı qışın da, qızılı yarpaqlarla torpağı bəzəyən yağışlı-çiskinli payızın da, şirin meyvələrlə süfrələri bəzəyən yayın da, təbiəti min rəngə çalan al-əlvan naxışlı baharın da öz cazibəsi var.

Qış ilin ən soyuq və sərt fəslidir. Onu gözəlləşdirən və fərqləndirən əsas xüsusiyyəti qar yağışıdır. Qış səssiz addımlarla gəlir, təbiətin üzərinə ağ bir sükut salır. Dağlar ağ libasa bürünür, yarpaqsız ağaclar qollarını səmaya uzadıb bu ağırlığı qəbul edir. Soyuq külək köhnə nağılları pıçıldayır, gecələr ulduzlar daha parlaq yanır, buz tutmuş çaylar isə zamanın donmuş aynası kimi səssiz dayanır. Hər addımda qar xışıltısı eşidilir – bu, qışın öz dilidir, səbir və gözləmənin mahnısıdır.

Azərbaycanda və dünyanın bir çox yerində qış fəsli hər kəs üçün fərqli hisslər, xatirələr və təəssüratlarla yadda qalır. Bu fəsil həm təbiətin, həm də insan həyatının ayrılmaz bir hissəsidir. Onun gətirdiyi soyuq, sükut və təravət bir tərəfdən çətinlik, digər tərəfdən isə insanları bir araya gətirir, düşünməyə, yenidən dəyərləndirməyə, təbiətlə harmoniyada yaşamağa sövq edir. Ölkəmizin də iqlim şəraiti, ənənə və mədəniyyəti bu fəsli daha da rəngarəng və maraqlı edir. Qış ağ örtüyü ilə təbiəti duvaqlı gəlinə bənzədən, yeri, göyü, təbiəti donduran, həm də bütün bu xüsusiyyətləri ilə sevilən fəsildir. Təbiətin bu ağ libası insan ruhuna saflıq və rahatlıq gətirir.

Bu fəsil təbiətin dincəlməsidir: Torpaq istirahət edir, baharın gəlişinə güc toplayır. Ağaclar yarpaqlarını tökür, torpaq isə ağ örpəyə bürünür. Qarın ağ örtüyü təbiəti duvaqlı gəlinə bənzədir. Ağacların budaqlarında yığılan qar, çayların buzla örtülən səthi qışa xüsusi gözəllik qatır.

Qış insan ruhunu isindirir. İsti ocaq başında deyilən sözlər daha mənalı, sükutu isə daha dərin olur. Soyuq havalarda insanlar toplaşır, səmimi söhbətlər edirlər. Qaz və ya odun sobasının alovu qış gecələrinə xüsusi rahatlıq və xoş ab-hava qatır.

Havaların soyumasını uşaqlıq illərimizdə səbirsizliklə gözləyərdik. Əvvəlcədən görülən hazırlıq işləri-odun tədarükü, paltar və ərzaq ehtiyatı-qışın sərtliyinə qarşı sanki bir qalxan idi. Analar övladlarına isti əlcəklər, corablar, köynəklər toxuyardı. Qız-gəlinlər müxtəlif şirniyyatlar bişirər, süfrəyə pürrəngi çay gətirərdilər. Yay meyvələrinin qış üçün hazırlanan mürəbbələri süfrələri xüsusi bəzəyərdi.

O zaman biz qış gecələrini başqa cür keçirərdik. Kənddə işığın kəsilməsi çıraq gecələrinə çevrilərdi: Qohum-qonşular bir evə yığılıb maraqlı söhbətlər edərdi. Yenicə yumurtadan çıxmış cücələrin, qaz balalarının şirin civiltisinə qulaq asmaqla, isti sobanın közərən işığında kitab oxuyardıq.

“Bu gecə qarrayacaq” ümidi ilə yuxudan tez-tez oyanıb həyət-bacaya boylanardıq. Elə ki, qar dənəciklərini gördük, sevinər, sevincli qışqırığımızdan mışıl-mışıl yatanları da oyadardıq.

Buz bağlamış yollarla, üstündə sürüşdüyümüz su kanalları ilə məktəbə gedərkən Xeyrə və Minayə xalanın sübh tezdən qaladığı daş kömür sobasında qızınardıq. Dərs fasiləsi arası qar topasından adam düzəldib bəzəyərdik.

Şaxtadan üşümüş əllərimizin gizilti ilə istidə donunun açılmasının da özünəməxsus ləzzəti var idi. Soyuqdan qızarmış yanaqlar sanki qırmızı turpu xatırladırdı, bu – qışın həsrəti idi. Papaqlar, şərflər, əlcəklər, rezin uzunboğaz çəkmələr dolablardan çıxardı. Elə ki, məktəbdən qayıtdıq, bir tikə çörək yeyər-yeməz həyətə düşər, nə yorulmaq, nə üşümək bilərdik. Bizi evə çağırardılar. Ata-anamız, baba-nənəmiz “ay bala, evə gəlin”, – deyə dəfələrlə səsləsələr də, gecəni də qarın bəyazında oynayardıq... Əlcəklərimiz, pal-paltarımız, su çəkən çəkmələrin içərisində corablarımız tamamilə su olardı. “Ey, niyə qoymursunuz oynayaq”, – deyib könülsüz evə gedərdik. Gedən kimi də pal-paltarımızı, əlcək-çəkmələrimizi sobanın kənarına düzərdik ki, dərs oxuyana, yemək yeyənədək qurusun, yenə həyətə qaçaq.

Yıxılardıq, qalxardıq... Uşaqlarla zarafatımız bəzən dalaşmaqla nəticələnərdi. Ürəyimiz dözmürdü, tez də barışardıq. Qarı ovxalayıb yeyərdik, əlimiz çatan yerlərdən buzları qoparıb sorardıq. Xəstələnərdik də. İstiliyimiz yüksələrdi, lakin sağalan kimi vaxtı fövtə verməzdik. Həmin andaca əyin-başımızı geyinib qaçardıq bəyazlara doğru. İndi o bəyazlar bəyaz da xatirələrə çevrilib. Həmin xatirələr o qədər tərtəmiz, ülvidir ki, xatırladıqca insana mənəvi zövq verir. Çünki heç bir qüvvə, təsir o bəyazlığa xələl gətirə bilməzdi. Bu səbəbdən də qış bizim ən gözəl uşaqlığımız, unudulmaz xatirələrimizdir.

Sözsüz ki, qış fəsli orqanizmin gücünün də sınağa çəkildiyi dövrdür. Şaxtalı soyuq hava immuniteti zəiflədir, xəstəliklərin yayılmasına zəmin yaradır. Tibb mütəxəssislərinin tövsiyələrinə görə, düzgün qidalanma, isti geyim, fiziki aktivlik, təmiz hava və vitaminli məhsulların qəbulu çox vacibdir. Körpə məsum uşaqların və ahıl insanların bədən müqavimətini artırması, infeksiyalardan qorunması, gigiyenik qaydalara ciddi əməl eməsi olduqca vacib hesab edilir. Soyuqda uzun müddət qalmaq isə donma və hipoterniya kimi riskləri artırır.

Təbiət qar gözləməklə qışa xoş gəldin deməyə hazırlaşır. Odur ki, diqqətlər ölkə sinoptiklərinə yönəlib. Proqnozlara görə, gələn il yanvar və fevral aylarının sonlarında paytaxta qar yağacaq. Bu fəsil gah yağışlı, gah qarlı, gah şaxtalı, gah da küləkli qonağımız olacaq. Bu qışın füsunkarlığını, gözəl bir qışın ağ nağılının ləzzətini yaşamaq gərək...

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, dekabrın 21-i Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayır. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Gəlişi və ağ örpəyi ilə qıs fəsli ölkəmizə paklıq, firavanlıq gətirsin!

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri