Icma.az
close
up
RU
Qışda ürəyi yoran 4 SƏBƏB

Qışda ürəyi yoran 4 SƏBƏB

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Soyuq hava infarkt keçirməyə səbəb olur. Odur ki, mütəxəssislər bu havalarda həddindən artıq qalın və ya nazik paltar geyinməməyi, həmçinin yağlı pəhrizdən, yorucu idmandan uzaq durmağı məsləhət görür.

Qışda havaların soyuq keçməsi ilə ürək-damar xəstəlikləri artır. Bunun əsas səbəbi soyuq havanın təsiridir və soyuq havada ürəyin bədənin istilik ehtiyacını ödəmək üçün daha çox işləməsi lazımdır.

Uzman kardioloq Mutlu Güngör bildirib ki, ürəyi qidalandıran tac damarlarının daralması səbəbindən ürək istədiyi qanı, yəni ehtiyacı olan oksigeni ala bilmir və nəticədə ürəkdə qida çatışmazlığı yaranır. Beləliklə, ürək toxumasına gedən qanın miqdarı azalır.

Qış aylarında ürək sağlamlığına mənfi təsir edən amillərdən biri küləkdir. Bunun səbəbi küləyin döş nahiyəmizdə əmələ gələn isti hava təbəqəsini çıxararaq damarların daralmasına səbəb olmasıdır.

Artıq çəki də ürəyin iş yükünü artırır. Bu mənada həddindən artıq ağır və yağlı yeməklər qəbul etməmək, sadə şəkərlərdən uzaq durmaq, toksinlərin atılması üçün kifayət qədər maye içmək çox vacibdir.

Mümkünsə həftədə ən azı 5 gün, yaxud hər gün ən azı 45 dəqiqə, xüsusən də havanın isti və günəşli olduğu vaxtlarda günorta saatlarında sürətli gəzintilər etməyi vərdiş edin. Səhər erkəndən yüksək tempdə gəzinti, əzələ gücləndirici məşqlər və velosiped sürmək kimi ağır idman məsləhət deyil.

Çox qalın və ya nazik paltarlar yerinə nazik, lakin qat-qat paltarlara üstünlük verməlisiniz. Qat-qat geyinmək paltarlar arasında hava təbəqəsi yaradaraq, izolyasiya effekti verir, beləliklə də bədəni soyuqdan daha yaxşı qoruyur. Hava şəraitinə uyğun geyim dəyişməklə özünüzü tərləmə və soyuqdan qoruya bilərsiniz. /Aztibb.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 03:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri