Icma.az
close
up
RU
Ürəyi xəstə olanların NƏZƏRİNƏ: qışda 5 vacib şeyi edin

Ürəyi xəstə olanların NƏZƏRİNƏ: qışda 5 vacib şeyi edin

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qış aylarında ürək daha böyük yüklə işləyir, buna görə də soyuq hava və mövsümi kəskinləşmələr ciddi risk yarada bilər.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, mütəxəssislər ürək xəstəlikləri olan insanların qışda sağlamlıqlarını qorumaq üçün əməl etməli olduqları beş əsas vərdişi açıqlayıblar.

Soyuq hava ürəyə necə təsir edir?

İşemik ürək xəstəliyi olan insanlar üçün aşağı temperatur ürək işemiyası epizodlarını yarada bilər. Bu zaman ürək əzələsi kifayət qədər oksigen almır. Nəticədə stenokardiya tutmaları və ya hətta infarkt riski yarana bilər. Ürək çatışmazlığı olan şəxslərdə ətraf mühit temperaturunun sürətlə enməsi simptomların qəfil ağırlaşmasına səbəb ola bilər.

Bu, xəstəxanaya yerləşdirilmə riskini və hətta ölüm ehtimalını artıra bilər. Aşağı temperatur qan damarlarının daralmasına səbəb olur. Bu, bədənin daxili temperaturunu qorumaq üçün istilik itkisini azaltmağa kömək edir. Lakin damarlar daraldıqda qan təzyiqi yüksəlir və ürək qanı daralmış damarlar vasitəsilə pompalamaq üçün daha çox işləməli olur.

Soyuq havada nələrə diqqət etmək lazımdır

Ürək xəstəlikləri olan insanların qış aylarında sağlamlığa mümkün zərəri minimuma endirmək üçün riayət etməli olduqları 5 tövsiyə:

Çöldə qalma müddətini məhdudlaşdırın

Hava çox soyuq olduqda açıq havada qalma müddətini azaldın. Çölə çıxarkən bir neçə qat isti geyinin, mütləq papaq, əlcək, qalın corab və isti ayaqqabı geyinin.

Özünüzü həddindən artıq yormayın

Qar təmizləmək ürək xəstəliyi olan insanlarda kəskin ürək çatışmazlığını yarada bilər. Bu, stenokardiya, infarkt, ürək çatışmazlığı və hətta qəfil ölüm riski ilə nəticələnə bilər. Əgər qar təmizləməli olursunuzsa, bunu yerə az qar yağanda edin. Kiçik kürəkdən istifadə edin və qarı qaldırmaq əvəzinə itələyin. Yaş qarı heç vaxt təmizləməyin, çünki o çox ağır olur.

Həddindən artıq isinməyin

İsti geyim və fiziki aktivlik bəzən orqanizmin həddindən artıq isinməsinə səbəb ola bilər. Bu zaman qan damarları qəfil genişlənir və ürək xəstəlikləri olan insanlarda hipotoniya, yəni aşağı qan təzyiqi yarana bilər.

Qrip peyvəndi etdirin

Qış mövsümündə aşağı rütubət və qapalı məkanların isidilməsi qripə yoluxma riskini artırır. Qrip ürək xəstəlikləri olan insanlar üçün xüsusilə təhlükəli ola bilər.

Alkoqoldan uzaq durun

Çölə çıxmazdan əvvəl alkoqol qəbul etməyin. Alkoqol dəridəki qan damarlarını genişləndirir və istilik hissi yaradır, lakin əslində həyati vacib orqanlardan istiliyin uzaqlaşmasına səbəb olur.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Dekabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri