Qiymətli metallar bazarı nəzarətə götürülür
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Sahibkarlıq subyektləri və istehlakçılar qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun əyarlanması və damğalanması üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar növbəti addım atılıb.
Bu çərçivədə qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliyin tələblərinə uyğun ekspertizası, diaqnostikası, əyarlanması və damğalanması məqsədilə laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb.
Laboratoriyada göstərilən xidmətlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının idxalçıları, istehsalçıları və istehlakçılarının hüquqlarının qorunmasına, habelə dövlət maraqlarının müdafiəsinə xidmət edir.
İstehsalçılar, idxalçılar, satıcılar, istehlakçılar və digər maraqlı tərəflər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatların qanunvericiliyin tələblərinə uyğun əyarlanması və damğalanması üçün Agentliyin tabeliyindəki İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 271
Tel: (+994 12) 493 47 83 (3189); Mobil: (+994 50) 340 61 31
E-poçt: [email protected]
Rəsmi internet səhifəsi: www.ekspertiza.az
Qeyd edək ki, dövlət əyar nəzarətinin həyata keçirilməsi istiqamətində laboratoriya infrastrukturunun təkmilləşdirilməsi, eləcə də yeni laboratoriyaların qurulması sahəsində Agentlik tərəfindən ardıcıl olaraq işlər davam etdirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 06 May 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















