Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Qız uşaqları 6 aylığına qədər mütləq şəkildə USM dən keçirilməlidirlər Fizioterapevtlə MÜSAHİBƏ

Qız uşaqları 6 aylığına qədər mütləq şəkildə USM dən keçirilməlidirlər Fizioterapevtlə MÜSAHİBƏ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni doğulan körpələrin sağlam böyüməsi hər bir valideynin ən böyük arzusudur. Körpənin sağlam inkişafı dedikdə, təkcə qidalanma və immun sistemi yox, həm də onun sümük-əzələ sisteminin düzgün formalaşması xüsusi əhəmiyyət daşıyır.

Redaktor.az ilə fizioterapevt Afaq Salamova ilə bu mövzuda müsahibəni təqdim edir:

- Yeni doğulmuş uşaqlarda sümük-əzələ sisteminin sağlam inkişafı üçün valideynlər ilk aylardan nələrə diqqət etməlidirlər?

- Yeni doğulmuş körpələrdə sümük-əzələ sisteminin düzgün şəkildə inkişaf etməsi üçün bir neçə vacib faktora diqqət yetirilməlidir. Bu amillər arasında ilk növbədə bədənin simmetrikliyi, əzələ tonusu və hərəkət qabiliyyətlərinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, körpənin yatdığı vəziyyət də valideynlər tərəfindən diqqətlə izlənilməlidir. Hətta pəncələrin duruşu belə gözdən qaçmamalıdır. Məsələn, əgər uşaqda əyri boyunluq (tortikollis) müşahidə olunursa, uşaq yatarkən başını yalnız bir tərəfə doğru çevirərək yatacaq. Bu hal uzunmüddətli müşahidə tələb edir.  Diz və ayaqda da deformasiyalar gedə bilər. Bunun üçün xüsusilə qız uşaqları 6 aylığına qədər mütləq şəkildə ultrasəs müayinəsindən keçirilməlidirlər.

İlk diqqət olunası məsələ simmetriklikdir. Bəzən ayaq ölçülərində fərqlər olur, bir ayaq digərindən uzun ola bilir. Bu isə gələcəkdə çanaq və onurğa sütununda əyriliklərə, oynaqlarda problemlərin yaranmasına səbəb ola bilər. Körpənin büküşlərinə baxaraq ayaqların simmetrikliyini yoxlamaq mümkündür. Belə ki, diz büküşləri bir-birinə bərabər olmalıdır.

Əzələ tonusu da simmetrik inkişaf qədər vacibdir. Körpələrdə bu tonus əsasən büküşlərdə özünü göstərir. Adətən yeni doğulmuşların əlləri və ayaqları bükülü vəziyyətdə olur. Bu səbəbdən əzələ kütləsinin inkişafı üçün uyğun fiziki aktivliklərə üstünlük verilməlidir. Əlbəttə bu aktivlikləri seçərkən yaşı və neçə aylıq olması nəzərə alınmalıdır.

Həmçinin hərəkət vərdişləri də valideynlərin müşahidə etməli olduğu mühüm göstəricilərdəndir. Körpənin başını saxlamaq qabiliyyəti, çevrilməsi, iməkləməsi kimi bacarıqlar diqqətlə izlənilməlidir. Bu hərəkətlərdəki ləngimələr boyun əyriliyi və ya kəllə-beyin sümüklərində deformasiyalara səbəb ola bilər.

Diqqət yetirilməsi vacib olan digər bir məsələ isə pəncə inkişafıdır. Uşaqlarda pəncə doğulduqda düz olur, lakin zaman keçdikcə, inkişaf etdikcə müəyyən əyriliklər meydana çıxa bilər. Körpənin yerimə tərzi bu əyriliklərin əlaməti ola bilər. Məsələn, pəncənin üstündə yerimə və ya pəncəni içəri doğru atma bu hallara nümunədir.

Valideynlər uşağın yaşına uyğun fiziki aktivlikləri seçərək onun sümük-əzələ sisteminin sağlam şəkildə inkişafına töhfə verməlidirlər. Aktivlik həm əyləncəli, həm də faydalı ola bilər. Bu həm körpənin sağlamlığı üçün, həm də ailənin gələcək narahatlıqlarının qarşısını almaq baxımından olduqca əhəmiyyətlidir.

- Körpənin vaxtından əvvəl oturdulması və ya yeridilməyə məcbur edilməsi gələcəkdə hansı risklər yarada bilər?

Uşaqlarda onurğanın əyrilikləri mərhələli şəkildə formalaşır. Körpənin 3-cü ayında boyun lardozu yaranır və yavaş-yavaş başını saxlamağa başlayır. 6-cı ayında isə döş kifozu inkişaf edir, uşaq sərbəst şəkildə oturmağa başlayır. 9-cu ayda isə artıq bel lardozu formalaşır və bu mərhələdə uşaq ayağa qalxaraq yeriməyə başlayır.

Bu inkişaf mərhələləri təbii şəkildə və vaxtında baş verməlidir. Körpəni vaxtından əvvəl başını dik tutmağa və ya ayağa qalxmağa məcbur etmək düzgün deyil. Bu, onurğada deformasiyalara və gələcəkdə qamət pozğunluqlarına səbəb ola bilər. Buna görə də, valideynlər bu mərhələlərdə tələsməməli, körpənin inkişafına, təbiiliyinə uyğun şəkildə yanaşmalıdırlar.

- Valideynlər hansı əlamətlərə görə həkimə və ya fizioterapevtə müraciət etməlidirlər?

- Son illərdə uşaqlarda, xüsusilə də körpə yaş dövründə onurğa və dayaq-hərəkət sistemində rast gəlinən pozuntular daha çox müşahidə olunmağa başlayıb. Valideynlərin bəzən adi saydığı əlamətlər, əslində ciddi bir problemin xəbərçisi ola bilər. Məsələn, əgər körpə tez-tez başını ora-bura sürtür, narahat yatırsa, ənsəsində tərləmə varsa, bu hallar çox vaxt D vitamini çatışmazlığının ilkin əlamətləri kimi qiymətləndirilir. Belə vəziyyətlərdə vaxt itirmədən pediatra müraciət etmək vacibdir. Əgər bu mərhələdə diqqətsizlik edilərsə, problem dərinləşə bilər.

Zamanla uşaqda döş qəfəsində deformasiyalar, addımlarda qeyri-bərabərlik, ayaq üstündə düzgün durmama, pəncə ilə yerimə kimi hallar da özünü göstərə bilər. Bütün bunlar dayaq-hərəkət sistemində formalaşan pozğunluqların əlaməti kimi dəyərləndirilməlidir. Bu halda valideyn fizieoterapevtə mütləq şəkildə müraciət etməlidir. Əks halda bu düzəlməyən problemə çevrilə bilər.

Valideynlər bu incə, amma önəmli detallara biganə qalmamalı, körpənin hər davranışına, hər addımına diqqətlə yanaşmalıdır. Axı sağlam gələcək, ilk baxışda adi görünən, lakin dərin məna daşıyan əlamətlərin vaxtında qiymətləndirilməsindən keçir.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyul 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri