Icma.az
close
up
RU
Hansı xəstəliklərdə Naftalan nefti tətbiq olunur? Fizioterapevtlə müsahibə

Hansı xəstəliklərdə Naftalan nefti tətbiq olunur? Fizioterapevtlə müsahibə

Medicina saytına istinadən Icma.az xəbər verir.


Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Püstəxanım Baharlı müsahibə verib.



Medicina.az həmin müsahibəni təqdim edir:


- Doktor, fizioterapiyanın növləri hansılardır?

- Fizioterapevtik faktorlar təbii və süni olmaqla 2 yerə bölünür. Təbii faktorlar dedikdə, Günəş vannaları, dənizdə çimmək, dəniz ətrafı gəzintilər, iqlim müalicəsi (iqlim terapiyası), təbii duz mağaraları, estetoterapiya, fonoterapya nəzərdə tutulur.

Süni faktorlar xarakterinə görə elektrik cərəyanı ilə müalicə, maqnitoterapiya, optik diapazonlu elektromaqnit dalğaları ilə müalicə, süni dəyişdirilmiş hava mühiti ilə müalicə, franklinizasiya, mexaniki üsullardan istifadə etməklə müalicə, su ilə müalicə, balneoterapiya, termoterapiya, iqlimlə müalicə, sanator-kurort müalicəsi və s. bölmələri mövcuddur.

- Uşaqlarda daha çox hansı şikayətlər əsasında fizioterapevtik müalicələr həyata keçirilir?

- Son illər elm və texnikanın inkişafı ilə əlaqədar olaraq uşaqlarda duruş kifozu, skoliozlar, döş qəfəsinin deformasiyaları, yastı pəncəlik, lordozlarda, eləcə də travmatik zədələnmələr, əzələ sinir, yumşaq toxuma zədələməsi və tənəffüs sistemi xəstəlikləri rast gəlinir. Bundan əlavə, uşaqlarda genetik, irsi xəstəliklər, məsələn əzələ distrofiyaları, spinal, muskulyar atrofiya və nevroloji xəstəliklər müşahidə olunur.

Bu zaman masaj müalicəsi, bədən tərbiyəsi, kalsium fosfor elektroforez, paravertebral əzələlərin stimulyasiyası, üzgüçülük, hovuzda üzmə, maqnitoterapiya, ultrasəs müalicəsi, lazeroterapiya yaş qrupundan asılı olaraq fərdi seçilir. Bu prosedurları uşaqlar ildə 2 dəfə kurs şəklində qəbul edə bilərlər.


- Fizizoterapiya zamanı hansı amillər nəzərə alınmalıdır?

- Fizioterapiya zamanı xəstələrin yaşı, əsas və yanaşı gedən xəstəliklər, yuxu rejimi, həyat fəaliyyəti, iş rejimi nəzərə alınmalıdır. Uşaq, böyük və yaşlıların fizioterapiyaya olan reaksiyaları fərqlidir. Hər yaş qrupunun xüsusi tələbləri və məhdudiyyətləri olur.

Pasiyentin vəziyyəti və xəstəliyin gedişatına uyğun proqram tərtib olunmalıdır. Nevroloji, ortopedik, kardiopulmonar və digər vəziyyətlərə uyğun yanaşmalar tətbiq olunur.

Pasiyent şikayətlərlə müraciət etdikdə terapevtik, kardioloji, nevroloji, revmatoloji, endekronoloq, qastroenteroloq, LOR mütəxəssisləri tərəfindən konsultasiya olunur. Müayinələrin nəticələrinə əsasən hər bir xəstəyə individual müalicə planı hazırlanır.

Fizioterapiya təyin olunarkən, xüsusilə pediatriyada və ahıl yaşlı insanlarda fizioterapiyaya seçici yanaşmaq lazımdır. Dozimetriya yaşa uyğun seçilməlidir.

- Fizioterapiya və reabilitasiya üçün yaş məhdudiyyəti varmı?

- Fizioterapiyada mütləq yaş məhdudiyyəti yoxdur. Xəstənin yaşı, hazırkı vəziyyəti nəzərə alaraq, bu və ya digər prosedurların təyinetmə zamanı dozalanmanı fərdi seçirik. Ahıl yaşlı insanlara fizioterapiya təyin edilərkən, daha çox iqlim, kurort faktorları üstünlük təşkil etməlidir.

Fizioterapiya təyin olunarkən, ilk növbədə xəstələrin ürək-qan-damar sisteminin fəaliyyəti nəzərə alınmalı, kardioloji müayinə olunması vacib hesab olunur.

- Fizioterapiyanın istifadəsində hansısa əks-göstərişlərlə qarşılaşmaq mümkündürmü?

- Fizioterapevtik təyinatlar zamanı ümumi əks-göstərişlərə qanın sistem xəstəlikləri, koxeksiya, hipertoniya, baş-beyin damarlarının kəskin aterosklerozu, ürək-damar xəstəliklərinin dekonpensasiya mərhələsi, qan axma və qan axmaya meylilik, xəstənin ümumi ağır vəziyyəti aiddir. Bundan əlavə, qızdırmalı vəziyyət (bədən temperaturunun 38-dən yüksək olması), tez-tez tutmalarla müşayiət olunan epilepsiyalar, yüksək psixomotor oyanıqlıqlar, vərəmin açıq forması, bəd xassəli şişlər zamanı fizioterapiyanın istifadəsi tövsiyə olunmur.


- Hansı xəstəliklərdə Azərbaycanın unikal milli sərvəti olan Naftalan nefti tətbiq olunur?

- Bildiyiniz kimi, Naftalan şəhəri ərazisində əldə olunan eyni adlı neft yüksək müalicəvi təsirə malikdir. Hazırda dünyanın bir neçə ölkələrində də müalicəvi təsirə malik neft məhsulları əldə olunsa da, yüksək müalicəvi tərkibinə görə Naftalan nefti öz liderliyini qoruyub saxlayır.

Naftalan nefti naften turşuları və naften karbohidrogenləri ilə zəngindir. Zəngin kimyəvi tərkibi sayəsində naftalaoterapiya hiposensibilizasiya, iltihabəleyhinə, ağrıkəsici effekt yaranır, mübadilə-trofiki proseslər stimullaşır, toxumaların fizioloji regenerasiyası tənzimlənir.

Naftalan nefti həm ümumi vanna, həm də lokal yaxma, applikasiya zamanı rafinə olunan, qətransızlaşdırılmış naften karbohidrogenləri, naftomastika (naftalan nefti, parafin, seresin, kamfora) Naftalan yağı məlhəmləri şəklində tətbiq olunur. Əsasən dayaq-hərəkət sistemi, sinir sistemi, dəri xəstəlikləri, ginekoloji, LOR, uroloji xəstəliklərində geniş istifadə olunur.

Naftalan nefti digər fizioterapevtik üsullarla kombinə olunan formada tətbiq olunduqda, daha yüksək və dayanıqlı terapevtik nəticə əldə olunur.


- Uşaq və yeniyetmə yaş qrupunda rast gəlinən skoliozun müalicəsində hansı fizioprosedurlar tövsiyə olunur?

- Skolioz dayaq-hərəkət sistemi xəstəlikləri arasında rast gəlinən patologiyalara aiddir. Eləcə də, yaşlı insanlarda degenerativ proseslər fonunda əmələ gəlir. Skoliozun erkən diaqnostikası və müalicəsi vacibdir, çünki gecikmiş formalarda əməliyyat qaçılmaz olur.

Skoliozun müxtəlif formaları var. Bunlara kongenital, neyromuskulyar, idiopatik formalar aiddir. Kongenital forma anadangəlmə onurğa fəqərəsinin qüsurları ilə əlaqədardır. Neyromuskulyar forma nevroloji xəstəliklər fonunda yaranır.

Skoliozun simptomları inkişaf dərəcəsindən asılı olur. Bu zaman çiyin və çanaq hündürlüyündə olan assimetriya, kürək sümüklərində hündürlük fərqinin qeyri-bərabər vəziyyəti, döş qəfəsində qeyri-simmetrik vəziyyət, bel nahiyəsində çuxur görünməsi aşkar olunur.

Yeni doğulan və 3 yaşa qədər aşkar olunan skoliozlar infantil forma kimi, çox zaman bud-çanaq displaziyası ilə müşayiət olunur.

Yuvenil idiopatik forma 3-10 yaş arası uşaqlarda rast gəlinir. Bu zaman əyrilik artımı digərlərinə nisbətən daha çoxdur. Adolesan skolioz 10-18 yaş arası görülən skoliozdur.

Onurğa sütunu müxtəlif şöbələrində, daha çox döş və bel seqmentlərində əyriliklər müşahidə olunur. Onurğa sütunu deformasiyalarının nə qədər tez aşkar edib, müvafiq prosedurlar tətbiq olunarsa bir çox fəsadların qarşısını almaq mümkündür. İlkin olaraq rentgenoloji müayinələrin aparılması və skoliozun dərəcəsinin təyini vacibdir.

Fizioterapevtik prosedurlar arasında onurğa sütunu deformasiyalarında daha geniş tətbiq olunan müalicəvi bədən tərbiyəsi, əzələ gücləndirilməsi, müalicəvi masaj, elektrostimulyasiya, kalsium, fosfor elektroforezi, hovuzda üzmələr geniş tətbiq olunur. Skoliozun dinamikasının izlənməsi vacibdir. Belə uşaqlar daim həkim nəzarətində olmalı, yanaşı profilaktik tədbirlər aparılmalı, kalsium, fosfor, vitamin D tərkibli vitaminlər, xüsusi qida menyusu tərtib olunmalıdır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 03 Fevral 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see135

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri