Icma.az
close
up
RU
Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ Saxta məmulatlar bazara necə AYAQ AÇIR?

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ Saxta məmulatlar bazara necə AYAQ AÇIR?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi qızılın qiyməti durmadan bahalaşır. Beləki, son bir il ərzində qızılın bir qramının qiyməti 59 dollardan 86 dollara qədər yüksəlib. Birjalarda qızılın  bahalaşması bu gün də davam edir. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,08% və ya 2,1 dollar artaraq 2,634.00 ABŞ dollarına bərabər olub.
Proqnozlara görə, belə vəziyyətdə bir troya unsiya qızılın dəyəri 3000 dolları ötə bilər. Beləcə qızılın bir qramı 100 dollar civarında satılar.
 

MÖVZU İLƏ BAĞLI:
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”


Təbii ki, qızılın qiymətinin bahalaşması işbazları hərəkətə gətirib.  Xüsusilə də, bazara aşağı keyfiyyətli qızıl məmulatlarının daxil olması ilə bağlı iddialar mövcuddur.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, qiymətlərin bahalaşması fonunda belə halların baş verməsi gözləniləndir:
“Təbii ki, belə hallarla rastlaşan alıcı ilk növbədə hüquq-mühafizə orqanlarına müraciət etməlidirr. Çünki belə hallarda cinayət tərkibi var. Bu sırf dələduzluqdur. 
Nəzərə alaq ki, hər məmulatın üzərində əyar var. Əgər alınan qızıl məmulatı həmin əyara cavab vermirsə, bu artıq fırıldaqçılıqdır. Qızılın keyfiyyətini yoxlamaq üçün bir sıra ünvanlarda, o cümlədən “Şərq bazarı”nda kifayət qədər imkanlar var. Burada yoxlanış zamanı müəyyən etmək olar ki, məmulat üzərində göstərilən əyara uyğundur, yoxsa aşağı keyfiyyətdədir. 
Burada bir həssas məqam da var.
Ola bilsin ki, alıcı satıcı ilə razılığa gələrək, münasib qiymətə və daha aşağı əyara malik məmulat əldə edir. Belə hallar da ola bilər. Bu vəziyyətdə qiymət daha əlçatan olur. Amma keyfiyyət aşağı düşür. Bununla belə, yuxarı əyar adı ilə müştəriyə aşağı keyfiyyətli məmulat satılırsa, bu sırf cinayət tərkibli hadisədir. Aidiyyatı orqanlar buna reaksiya verir və zəruri tədbir görülür”.
Alınan qızıl məmulatı bu və digər səbəb görə geri qaytarıla bilərmi?
Suala Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov aydınlıq gətirdi. Bizim.Media-ya açıqlamasında o, qızıl bazarında xaosun yaşandığını bildirib:
“Çünki qızıl bazarına xüsusi nəzarət yoxdur. Bildiyimiz kimi 2019-cu ildə ölkəmizdə fəaliyyət göstərən Əyar Palatası ləğv  edildi. Son 5 ildə qızıl bazarına heç bir dövlət qurumu nəzarət etmir. Ona görə də bu sahədə xaos hökm sürür. Keyfiyyətsiz məmulatlar asanlıqla bazara yol tapır. Aldanan istehlakçınınsa etiraz etmək hüququ yoxdur. Çünki qızıl məmulatları Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən geri qaytarılmayan mallar siyahısındadır. 
Qızılı aldın, yarım saat sonra onu heç cür geri qaytara bilməzsən. Çünki indiki qaydalar qızıl satanların birbaşa marağına xidmət edir. Təsadüfi deyil ki, qızılın qiymətindəki son artım ən çox işbazların işinə yarayıb. Onlar asanlıqla aşağı keyfiyyəti qızılı istədikləri qiymətə realizə edə bilirlər”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Yanvar 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri