Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

“Qızıl kitab”a adı yazılan orqan ifaçısı: Heç kəs pərdəarxasını bilmir... Müsahibə

“Qızıl kitab”a adı yazılan orqan ifaçısı: Heç kəs pərdəarxasını bilmir... Müsahibə

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Prezident təqaüdçüsü və Beynəlxalq müsabiqələr laureatı, Norveç Musiqi Akademiyasının və London Kral Musiqi Kollecinin məzunu, orqanist Nigar Qəhrəmanova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Nigar xanım, dekabrın 4-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında - Kirxada orqan musiqisi axşamı keçirildi. Konsertdə Qara Qarayev adına Kamera Orkestrinin müşayiəti ilə tanınmış əcnəbi və yerli bəstəkarların əsərlərini ifa etdiniz. Vətəndə ilk konsertiniz necə keçdi?

- Mənə görə çox gözəl... Musiqiləri sevərək ifa etdim. Məni tanıyan və sosial mediadan izləyən insanların konsertə gəlməsini görməyim həvəsimi, istəyimi daha da artırırdı. Sevinirəm ki, konsertə dövlət qurumlarından dəvət etdiyim mötəbər şəxslər də təşrif buyurmuşdular. Ümid edirəm, bu cür konsertləri yenidən təşkil edə və orqan musiqisi ilə Kirxanı tamaşaçı ilə doldura bilərik.

- Konsertinizin reklam çarxlarında “11 ildən sonra ilk konsert” ifadəsi vurğulanırdı. Yəqin ki, bu, vətənə 11 ildən sonra ilk gəlişiniz deyildi?

- Yox, vətənə arada gəlib getmişəm. Amma bu illər ərzində özümü konsert verməyə tam hazır hiss etmirdim. Azərbaycandan gedəndə özümə bir söz vermişdim.

- Nə söz?..

- O vaxt müəllimlərimə, dostlarıma, məni tanıyanlara vida konserti təşkil etdim və söz verdim ki, təhsilimi yekunlaşdırıb ayaqlarım üzərində tam durana qədər Bakıda konsertlə çıxış etməyəcəm. Çox istəyirdim ki, qayıdışım möhtəşəm olsun, özümü musiqi ictimaiyyətinə püxtələşmiş sənətçi kimi təqdim edə bilim.

- Konsertin maliyyəsini özünüz qarşıladınızmı?

- Bütün yükü tək öz üzərinə götürsəydim, konserti belə yüksək səviyyədə təşkil edə bilməzdim. Çünki konsert çox böyük maliyyə tələb edir. Güman ki, yalnız solo orqan ifası ilə məhdudlaşardım... Bu, həm maddiyyatla bağlıdır, həm də...

Bilirsiniz, Azərbaycanda, eləcə də dünyada orkestrlərin çoxu orqanla işbirliyi qurmaq istəmir. Dirijorun orqanı izləməyi, orqan səsinin orkestr səsinə balanslaşdırması mürəkkəb prosesdir. Azərbaycanda ifa olunan əsərlər sadə və həmişə bilinən əsərlərdir. Heç kim yeni çətinlik istəmir.

Bakı Musiqi Akademiyasında oxuyanda Fərəh xanım Əliyeva mənə dərs deyən müəllimlərimdən biri olub. O, buradakı ilk konsertimdə də iştirak etmişdi və demək olar ki, məni uşaqlıqdan tanıyır. Anam Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdürü Fərəh xanım Əliyevanın qəbulunda oldu və xahiş etdi ki, konsertimin baş tutması üçün bizə köməklik göstərsin.

Fərəh xanım anamın xahişini yerinə yetirdi və əmri Mədəniyyət Nazirliyinə, onlar da öz növbəsində Dövlət Filarmoniyasına göndərdilər. Mən bu konsertin reallaşmasında əməyi keçən hər kəsə təşəkkür edirəm.

Bu dəstəyin həm maddi, həm də mənəvi tərəfi var. Artıq bilirəm ki, ölkəmdəki insanlar məni yaddan çıxarmayıblar və 11 ildən sonra vətənimdə xoş qarşılanıram.

Sadəcə təəssüf edirəm ki, mənim xaricə getməyimə böyük yardım göstərən Azad Rəhimov (keçmiş gənclər və idman naziri- red.) dünyasını dəyişib. Çünki məhz onun sayəsində mən xaricdə təhsil ala bildim. O ərəfələrdə Norveçin Grieg Akademiyasına qəbul olsam da mənə dedilər ki, təhsil almaq üçün hesabımda müəyyən məbləğ olmalıdır. Mənimsə pulum yox idi, amma o zaman həyatımda çox qəribə hadisə baş verdi, cəsarətlənib bir addım atdım.

Qalib gəldiyim “Mən Azərbaycanlıyam” televiziya layihəsinin qala gecəsində Azad Rəhimova yaxınlaşdım və ona özüm barədə məlumat verdim. Bildirdim ki, Norveçdə təhsil almağım üçün hesabımda 15 min manat olmalıdır. Yeri cənnət olsun, Azad müəllim göstəriş verdi və onun şəxsi hesabından həmin məbləğ göndərildi. Və beləcə xaricdə təhsilim başladı.

Grieg Akademiyasından sonra Norveç Musiqi Akademiyası, ardınca ifaçılıq sənəti üzrə dünyada 1 nömrəli konservatoriya olan Londondakı Kraliyyət Musiqi Kollecində orqan ifaçılığı üzrə magistr təhsili aldım.

"Kosmonavt olmaq istəyirdim, o hadisə həyatımda çevriliş etdi"

- Nigar xanım, musiqiyə fortepiano çalmaqla başlamısınız. Amma orqanın cazibəsinə qapılıb pianonu yarıda qoydunuz... Sirri nədir?

- Anam deyirdi ki, iki yaşından bəri oxumağa başlamışam, yəni danışa bilmir, amma televiziyada eşitdiyim mahnıları zümzümə edirəmmiş. Onda anam hiss edib ki, ürəyində qalan piano arzusunu mənim vasitəmlə həyata keçirə biləcək.

Altı yaşımda məni Sumqayıtda musiqi məktəbinə yazdırdı. Bir ildən sonra Bakıdakı İncəsənət Gimnaziyasına keçdim.

- Sözünüzü kəsəcəm, həmsöhbət olduğum musiqiçilərdən belə qənaətə gəlmişəm ki, piano dərsləri bir çox uşağın kabusudur. Sizdə vəziyyət necə idi?

- Professional mərhələyə yetişənə qədər uşağı disiplinə öyrəşdirmək hər valideynin, uşaqda həvəs yaratmaq hər müəllimin, üstəlik, o disiplinə, o nizama uymaq hər uşağın işi deyil. Bununla bağlı mənim də çox mübarizəm olub.

- Ananızla, yoxsa müəlliminizlə?

- Hər ikisiylə. Mən kosmonavt olmaq istəyirdim. Düşünürdüm ki, göyə uça bilməsəm də, göyə uçanları idarə edə bilən biri olacam. Dərslərimi yaxşı oxumuşam. Hətta 9-cu sinifə qədər fənn olimpiadalarında fəal iştirak edirdim. Məndə təbiət elmlərinə həvəsi atam yaratmışdı - o özü də mühəndisdir, anam isə məni musiqiyə yönləndirirdi.

Bir mərhələdən sonra gündə 5-6 saat piano çalmaqla dərsi çatdıra bilmədim. O səbəbdən getdikcə musiqidən asılı hala düşdüm.

12 yaşımda Prezident təqaüdünə layiq görülüb, adım gənc istedadların “Qızıl kitabı”na yazıldı. Anam dedi ki, bunun daha geri dönüşü yoxdur. Əgər sən buna nail olmusansa, deməli, konservatoriyanı oxumaq şərtdir, oxu, diplomu gətir, sonra azadsan.

2010-cu ildə məni "World in Need" xeyriyyə təşkilatı tərəfindən Böyük Britaniyaya dəvət etdilər. Orada iki şəhərdə pianist və vokalist kimi Azərbaycanın 1-ci Qarabağ müharibəsindən sonra qaçqın və didərgin düşmüş insanlara yardım məqsədilə təşkil olunan solo konsertlər verdim. İlk dəfə o zaman kilsədə orqan alətini gördüm və məni onun qarşısına əyləşdirib İohan Sebastyan Baxın “Toqqata və Fuqası”nı üzdən ifa etməyimi istədilər.

O hadisə mənim həyatımda çevriliş etdi, musiqiyə olan biganəliyimi, incikliyimi aradan qaldırdı. Başa düşdüm ki, əgər məni musiqiyə bağlayan nəsə varsa, o da orqandır.

Bir gün yuxudan oyandım və qərarımı anama dedim, çünki yuxuda İngiltərədə çaldığım orqan səsini eşitmişdim, bu, bir çağırış idi.

"Heç bir çətinlik məni qərarımdan döndərmədi"

- Qərarınız sərt qarşılandı?

- Anam da, müəllimlərim də ilk vaxtlar məni başa düşmədilər. Adətən bizdə orqan üzrə təhsil alanlar fortepiano ifaçılığına qəbul ola bilməyib, diplom almaq istəyənlər olur. Üstəlik, beynəlxalq müsabiqə laureatı olduğum üçün fortepiano ixtisasına imtahan vermədən konservatoriyaya daxil ola bilərdim. Bu şansımı orqan ifaçılığı ixtisasını seçməklə istifadə etdim. Heç bir çətinlik məni qərarımdan döndərmədi.

- O uşaq Nigara boylananda nə düşünürsünüz? Balaca qızı bu günlərə xüsusi istedadımı, yoxsa anasının təkidlərimi gətirdi?

- Özümə heç vaxt istedadlı deməmişəm, bunu kənar insanlar deyiblər. Amma etiraf edirəm ki, bunu eşitmək məni üzüb. Çünki heç kim pərdə arxasında olanları bilmir. Mənim çəkdiyim əzab-əziyyətləri, yuxusuz gecələri, nə qədər ağladığımı, cəzalandırıldığımı bilmirlər. Mən konsertə çıxıb əsəri çalmaq üçün nə qədər danlanmışam. Fikirləşirdim ki, niyə insanlar mənim gözlərimdəki hayqırışı, kədəri görə bilmirlər?

- Sanki sizə təqdim olunan musiqi həyatında yalnız orqanla təskinlik tapmısınız...

- İnanın, orqanı tapana qədər mən üsyankar ruhda idim. Orqan mənim özümüifadə vasitəmə çevrildi. Ruhumun çılğınlığına, fantaziyamın genişliyinə, praktiki zəkama tab gətirəcək və onu ifadə edə biləcək yeganə alət oldu.

Orqanda ifa edəndə həqiqətən ruhum göylərə uçur və istəyirəm ki, məni dinləyənləri də göylərə uçuram, kosmik fəzaya aparam.

- Bəs, orqan ifaçılığı sizi maddi baxımdan təmin edirmi?

- Azərbaycanda orqan üçün tələbat və bazar yoxdur. Bunu bildiyim üçün xaricə getməyi qarşıma məqsəd qoymuşdum: həm özümü təkmilləşdirim, həm də bu sənətlə dolana bilim. Orqanistin işinin yüksək qiymətləndirildiyi Avropa ölkələrində yetərincə tələbat var. Çətin alət olduğuna görə çox insan orqanda ifa etməyi bacarmır.

Üstəlik, əgər o ölkədə bunun təhsilini almısansa, iş tapmaq daha asan olur. Ona görə mən o riski gözə aldım. İkinci kursda Bakı Musiqi Akademiyasını yarımçıq qoyub getdim və Norveçdə təhsilimi sıfırdan başladım.

- Niyə sıfırdan? Axı burda da orqan üzrə təhsil almısınız...

- Azərbaycan orqan ifaçılıq sənəti, Avropa ölkələrində isə kilsə musiqisi kafedrasına daxildir.

- Orqan hansısa orkestdə yer alırmı?

- Bəzi simfoniyalarda, konsertlərdə, xüsusi tərkibli simfoniyalarda istifadə olunur. O baxımdan gündəlik həyatda orqanistin işləyə biləcəyi yer kilsədir.

- Yəni bu sənətin var olması üçün kilsə şərtdir.

- Əsasən orqanlar kilsədə olur. Bəzi böyük şəhərlərdəki filarmoniyaların səhnələrində konsert orqanları qoyulur, məşhur orqanistlər orda konsertlər verirlər. Amma, məsələn, əgər Oslo şəhərində 50 orqanist varsa, onun biri konsert salonunun orqanisti vəzifəsində çalışa bilir, digərləri kilsə orqanistləri olacaqlar.

- Kilsədə gününüz necə keçir?

- Mənim kilsədə vəzifəmin adı musiqi direktorudur. Orqan ifa etməklə yanaşı kilsənin mədəni tədbirlərinin, konsertlərinin təşkilini həyata keçirirəm. Mən orqanda çalmaqla yanaşı mahnı da oxuyuram. İlk çalıb oxuduğum musiqi “Sarı gəlin” olub. Bu sahədə də özümü təkmilləşdirməyə meylliyəm. O baxımdan özümü CantORganistA (oxuyan organist) kimi təqdim edirəm.

- Kilsənin bəlli repertuarı olur, yoxsa?..

- Əsas odur ki, yaxşı ifa edəsən və çox gurultu olmasın. Orqan üçün yazılmayan, amma insanların tanıdığı və sevdiyi musiqiləri də orqana gətirə bilirik. Repertuar fantaziyaya bağlıdır, hətta kino musiqisi də ifa etmək mümkündür.

Mən xalq musiqilərini ifa etməyi çox sevirəm. Orqanda Azərbaycan muğamları çox yaxşı səslənir və maraqla qarşılanır.

"Yarışda o, həyatda isə mən qazandım"

Müsahibənin sonuna yaxınlaşırıq. Yan masada əyləşən Nigar xanımın həyat yoldaşı Naim bəy bizim yanımıza gəlir. Marağımı saxlaya bilmirəm.

- Necə tanış olmusunuz?

- Naimlə vaxtilə sevimli sənətkarımız Ramiz Novruzun aparıcılığında təqdim olunan “Mən Azərbaycanlıyam” bilik yarışmasında tanış olmuşam. Mən Bakı Musiqi Akademiyasının təmsilçisi idim, Naim isə Qərb Universitetindən gəlmişdi. Orda rəqib idik və mənə qalib gəlmişdi, amma həyatda mən onu qazandım...

Naim deyir, mənimlə işləmək çətindir, çünki xırdalıqlara qədər hər şeyə fikir verirəm. Hər mərhələdə yanımda olduğuna görə ona çox təşəkkür edirəm.

Foto: Elnur Muxtar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Dekabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri