Qızıl və gümüşdə şok yüksəliş Qiymətlər yenə tarixi rekord qırdı
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya maliyyə bazarlarında ciddi gərginlik yaşanır. Qlobal iqtisadi və siyasi risklərin kəskin artması fonunda qızıl və gümüşün qiymətləri bu gün yeni tarixi rekord səviyyələrə yüksəlib.
Bakupost.az "Bloomberg"ə istinadən xəbər verir ki, qızılın bir unsiyası 4 663–4 690 dollar ətrafında ticarət olunaraq indiyədək görünməmiş maksimuma çatıb. Gümüşün qiyməti isə rekord həddi aşaraq 94 dollar səviyyəsini görüb.
Bazarları silkələyən əsas səbəb ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı sərt və qeyri-adi addımları, eləcə də ABŞ-Avropa münasibətlərində sürətlə dərinləşən ticarət müharibəsi təhlükəsidir. Tramp Qrenlandiyanın ABŞ tərəfindən alınmasına qarşı çıxan Avropa ölkələrinə açıq mesaj verərək, Avropadan idxal olunan məhsullara fevralın 1-dən etibarən 10% gömrük rüsumu tətbiq ediləcəyini, iyun ayından isə bu rüsumun 25%-ə qədər artırılacağını açıqlayıb.
Bu bəyanat bazarlarda panika effektini gücləndirib. İnvestorlar riskli aktivlərdən sürətlə çıxaraq qızıl və gümüş kimi “təhlükəsiz liman”lara yönəlib. Nəticədə ABŞ dolları zəifləyib, səhm bazarlarında isə satış dalğası başlayıb. Asiya və Avropa indeksləri itkilərlə üzləşib.
Analitiklər bildirir ki, qızıl və gümüşdəki bu kəskin yüksəliş təkcə tarif təhdidləri ilə məhdudlaşmır. Dolların sürətlə zəifləməsi, gözlənilən faiz endirimləri və artan geosiyasi risklər qiymətli metallara tələbi daha da gücləndirir. Bəzi proqnozlara görə, mövcud gərginlik davam edərsə, qızılın qiyməti 5 000 dollara qədər yüksələ bilər.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Yanvar 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















