Icma.az
close
up
RU
Qızılca təhlükəsi yenə qalır!

Qızılca təhlükəsi yenə qalır!

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ÜST və UNICEF-dən mühüm xəbərdarlıq...

Bir çoxları qızılcanı keçmişdə qalmış, artıq təhlükə yaratmayan bir xəstəlik kimi düşünür. Halbuki qızılca bu gün də dünyada ən yoluxucu virus xəstəliklərindən biri olaraq qalır.

Qızılca hava-damcı yolu ilə yayılan kəskin virus infeksiyasıdır. Xəstə insan öskürəndə və ya asqıranda virus havaya yayılır və otaqda saatlarla aktiv qala bilər. Yoluxuculuq səviyyəsi o qədər yüksəkdir ki, peyvənd olunmamış şəxslərin böyük əksəriyyəti virusla təmasdan sonra xəstələnir.

Əlamətləri necə başlayır?

Qızılca adətən yüksək hərarət, halsızlıq, quru öskürək, burun axması və gözlərin qızarması ilə başlayır. Bir neçə gündən sonra ağız boşluğunda xırda ağ ləkələr (Koplik ləkələri) görünə bilər. Daha sonra isə üzdən başlayaraq bütün bədənə yayılan xarakterik qırmızı səpkilər əmələ gəlir.

Yeni epidemiya təhlükəsi qalmaqdadır...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionundakı 53 ölkədən aldığı ilkin məlumatlara görə, 2025-ci ildə Avropa və Mərkəzi Asiyada qızılca xəstəliyinə yoluxma hallarının sayı 2024-cü illə müqayisədə xeyli azalıb. Lakin Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, yeni epidemiya təhlükəsi qalmaqdadır.

2025-ci ildə regionda 33 min 998 qızılca xəstəliyi qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 75 faiz azdır. Bu azalma həm xüsusi tədbirlərin həyata keçirilməsi, həm də həssas şəxslərin sayının tədricən azalması ilə əlaqədardır. Çünki peyvənd nisbəti aşağı olan ərazilərdə bir çox insan artıq infeksiyaya yoluxmuşdu.

ÜST-nin regional direktoru Hans Klyuge qeyd edib ki, son üç ildə regionda 200 mindən çox insan qızılca xəstəliyinə yoluxub. Ümidverici tendensiyalara baxmayaraq, 2025-ci il rəqəmləri hələ də 2000-ci ildən bəri əksər illərdə müşahidə olunan göstəriciləri üstələyir. Bəzi ölkələrdə yoluxma hallarının sayı 2024-cü ildəki ilə müqayisədə daha çox olub. Qızılca halları 2026-cı ildə də qeydə alınmağa davam edəcək. Lakin bu halların çoxunun qarşısını daha geniş yayılmış immunizasiya və sürətli epidemiya reaksiyası ilə almaq olar.

Qızılca uzun illər boyu Azərbaycanda ən geniş yayılmış yoluxucu xəstəliklərdən biri olub. Xüsusilə, peyvəndləmə proqramlarının geniş tətbiqindən əvvəl demək olar ki, hər ailə bu xəstəliklə qarşılaşırdı. Son onilliklərdə peyvənd sayəsində yoluxma halları kəskin azalsa da, qızılca tamamilə aradan qalxmayıb və müəyyən dövrlərdə yenidən artım müşahidə oluna bilər. Bu isə onu göstərir ki, təhlükə hələ də qalmaqdadır.

Xəstəliyin 15-17-ci günlərində...

V.Cavadzadə qeyd edib ki, sağlam bir insanın yoluxmuş şəxsin istifadə etdiyi dəsmal, paltar, boşqab, bıçaq və ya oyuncaq kimi əşyalara toxunması böyük riskdir: “Sağlam insan da bu əşyalara toxunduqdan sonra əllərini sabunlamadan ağzına, burnuna və ya gözünə qoyarsa, yoluxa bilər. Qızılca virusu sağlam insana çatdıqda, insanın boğazı ilə burnunun qovuşduğu hissəyə daxil olur və bölgədəki limfa düyünlərinə çatır.

Oradan qan dövranı sistemi vasitəsilə bütün bədənə yayılır. Müxtəlif orqanlarda hüceyrə sistemlərinə daxil olaraq çoxalmağa davam edir. Xəstəliyin 15-17-ci günlərində viral və immun sisteminin reaksiyası virusun çoxalmasını dayandırır və xəstəlik nəzarət altına alınır.

Simptomlar hansılardır?

Mövzu barədə “Yeni Azərbaycan”a danışan infeksionist-həkim Vüqar Cavadzadə bildirib ki, xəstəliyin ilk əlamətləri qızılca virusu insana keçdikdən təxminən 8-12 gün sonra görünür. Onun sözlərinə görə, bu simptomlar çox vaxt sadə yuxarı tənəffüs yollarının infeksiyasına bənzəyir: “Burun axması, öskürək, asqırma, halsızlıq, yorğunluq, yüksək hərarət, boğaz ağrısı, ağızda, diş ətlərinin ətrafında, yanaqların içərisində xırda boz rəngli ləkələr olur. 1-3-cü günlərdə işığa qarşı həssaslıq kimi əlamətlər arasında görülən xəstəliyin 4-8-ci günlərində hərarət 39-41 dərəcə arasında dəyişir.

Qulaq və boyun arxasında bir töküntü başlayır. Bu səpkilər əvvəlcə üzə, gövdəyə, sonra isə qol və ayaqlara yayılır. Qızılcada səpgi qırmızı və qəhvəyi rəngdədir, düz formada və dəri səthində yüngül şişkinlik olur. Bütün bədənə yayılan səpgilər təxminən 4 gün davam edir. Daha sonra, yüngül bir solma ilə, baş nahiyəsindən aşağı solur və yox olur. Səpkilərin yox olması ilə insanın hərarəti də aşağı düşür. Ancaq xəstəliyin səbəb olduğu öskürək təxminən 10 gün davam edir”.

Xüsusilə 1 yaşa qədər uşaqlar...

İnfeksionist qeyd edib ki, 5 gündən çox davam edən yüksək hərarət qızılca səbəbiylə pnevmoniya və ya otitis kimi müxtəlif ağırlaşmaların inkişaf etdiyini göstərə bilər: “Qızılca hallarında təxminən 30 faizdə bir və ya daha çox ağırlaşma inkişaf edir. Xüsusilə 1 yaşa qədər uşaqlarda və peyvənd olunmamış böyüklərdə ağırlaşma riski xeyli yüksəkdir. Qızılca, həmçinin ishal, korluq və beyin iltihabı kimi xəstəliklərə yol aça bilər”.

Qızılcanın qarşısını almaq olarmı?

İnfeksionist vurğulayıb ki, qızılcadan qorunmağın ən təhlükəsiz və təsirli yolu peyvənd olunmaqdır: “Qızılca peyvəndinin birinci dozasından sonra qorunma dərəcəsi 93 faizə, ikinci dozadan sonra isə 97 faizə yüksəlir. Qızılca xəstəliyinin yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxsin sosial təcrid olunması və sağlam insanlardan uzaq durması tövsiyə olunur. Qızılca üçün ən böyük risk faktoru peyvənd olunmamaqdır. Eyni zamanda, qızılca xəstəliyinin yayıldığı ölkələrə səyahət etmək tövsiyə edilmir.

Peyvənd nə vaxt edilməlidir?

Həkim bildirib ki, qızılcadan qorunmağın ən təsirli yolu hesab edilən peyvənd uşaqlıq dövründə müntəzəm olaraq aparılır: “2 dozada verilən qızılca peyvəndi uşaq 9 aylıq olanda vurulur. İkinci doza 4-6 yaş arasında tətbiq olunur. Bu vaxtdan əvvəl peyvəndin ikinci dozası tövsiyə edilməsə də, uşağın bu yaş aralığından əvvəl qızılca riski olan bölgələrə səyahət etməsi lazımdırsa, ikinci doza daha əvvəl verilə bilər. Əvvəllər peyvənd olunmamış, immuniteti olmayan və ya peyvənd olunacağına əmin olmayan insanlar da qızılca peyvəndini 2 dozada ala bilərlər”.

Digər müalicə üsulları...

İnfeksionistin sözlərinə görə, qızılcanın profilaktik müalicəsi olsa da, xəstəliyin qəti bir müalicə üsulu yoxdur: “Bununla belə həkim xəstəliyə görə qızdırmanı idarə etmək üçün bəzi dərmanlar təyin edə bilər. Vitamin A əlavəsi də xəstəliklə əlaqəli simptomların şiddətini azaltmaqda təsirli olur. Buna görə də, həkim xəstənin mövcud vəziyyətinə uyğun olaraq müxtəlif dərmanların istifadəsini tövsiyə edə bilər”.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see376

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see291

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see257

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see249

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see246

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see231

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see204

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see204

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see197

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see186

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see175

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see168

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see167

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see162

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see162

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see159

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see154

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see146

Ukrayna parlamentinə Baş nazirin istefa ərizəsi daxil olub

13 İyul 2026 23:17see146

Bakı klubundan ayrılan braziliyalı bölgə komandasına qoşulmağa yaxındır

14 İyul 2026 01:50see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri