Icma.az
close
up
RU
Qızımı öldürdülər, onları Allaha tapşırıram Çimnaz Sultanovanın ATASI

Qızımı öldürdülər, onları Allaha tapşırıram Çimnaz Sultanovanın ATASI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mərhum aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov teleqraf.com-un suallarını cavablandırıb.

Redaktor.az həmin müsahibəni təqdim edir:
- Qızınız Çimnaz Sultanova yanvarın 15-də bağırsaq xərçəngindən vəfat etdi. Onun ölüm haqqında şəhadətnaməsini xəstəxanadan götürmüsünüzmü? Həmin sənəddə nə yazılıb?

- Bəli, qızımın ölümü haqqında şəhadətnaməsini xəstəxanadan götürmüşəm. Orada yazılıb ki, qızım guya böyrək çatışmazlığından əziyyət çəkib. Amma ekiprizdə (müalicә başa çatdıqda, yaxud onun müәyyәn mәrhәlәsindә xәstәnin vәziyyәti, xәstәliyin başvermә sәbәblәri vә inkişafı, müalicәnin әsaslandırılması vә nәticәsi haqqında yazılı qәrar, vacib tibbi uçot sәnәdi-red.) qeyd edilir ki, bağırsaq xərçəngindən əziyyət çəkib. Bağırsaqlarında şiş metastaz verib.

Qızımın səhhəti çox pis idi. Hansı xəstəxanaya üz tutduq, qəbul etmədilər. Nəhayət, "Zəfəran” Hospitalına müraciət etdik, sağ olsunlar, qəbul elədilər. O zaman Çimnazın səhhəti çox pisləşmişdi, özündə deyildi. Axşam özü mənə zəng etdi ki, ata, indi yaxşıyam. Amma səhər vəziyyəti pisləşdi.

Qızımı reanimasiyaya yerləşdirmişdilər. Həkim dedi ki, gec gətirmisiniz, vəziyyəti çox ağırdır. Bakı Sağlamlıq Mərkəzindən "Zəfəran" Hospitalına ağır vəziyyətdə aparmışdıq. Mən heç kimin adını çəkmək istəmirəm...

- Qızınızın ölümündə həkimin məsuliyyətsizliyini iddia edirsiniz. Bununla barışmısınızmı?

- Həkimin məsuliyyətsizliyi ilə barışmıram. Qızım birinci dəfə əməliyyat ediləndə həkimdən soruşdum ki, nəticə necə olacaq? Mənə cavab verdi ki, ən azı bir aydan sonra yaraları sağalacaq. Amma 21 gündən sonra qızımı təkrar əməliyyata çağırdılar, xəstəxanaya depozit də qoyduq. Qızımı öldürdülər, sonra ayağa qaldırdılar. 17 saat əməliyyat aparıldı. Yarası sağalmırdı, vəziyyəti pisləşmişdi, on gün reanimasiyada qalmalı oldu.

Mənə bir çox cərrahlar dedilər ki, əməliyyatdan sonra xəstəxanadan tez çıxarılmalı deyildi, iki-üç ay orada qalmalı idi. Yəni əməliyyatından 21 gün sonra xəstəxanadan çıxmalı deyildi.

Az öncə qeyd etdiyim kimi, heç kimin adını çəkmək istəmirəm, Allah onların bəlasını versin! Məni necə çətinliyə saldılar, qızımın ağrılarını gördüm! Özləri də əziyyət çəksinlər. Çimnazın ağrılarını görmək mənə çox böyük stress yaşatdı. Çox əziyyət çəkirdi, ağrıkəsicilər belə təsir etmirdi. Bu haqda danışa bilmirəm (kövrəlir).

- Həkimlərə qarşı rəsmi qurumlar qarşısında hər hansı iddia qaldırmağı düşünürsünüzmü?

- Xeyr, iddia qaldırmaq istəmirəm. 21 gündən sonra ikinci əməliyyat zamanı öz ayağı ilə xəstəxanaya apardım, sonra hərəkəti məhdudlaşdı. Onları Allaha tapşırıram.

- Neçə övladınız var?

- İki qızım, iki nəvəm var. Qızım Çimnazın oğlu Almaniyada yaşayır.

- Çimnaz Sultanovanın oğlu anasının dəfn mərasiminə gəldi?

- Xeyr, anasının dəfn mərasimində iştirak edə bilmədi. İmkan tapsa, 40 mərasiminə gələcək.

- Qızınızın qəbirüstü abidəsi hazırlanırmı?

- Beş-altı aydan sonra qəbirüstü abidəsi hazır olacaq. Mart ayından etibarən qəbirüstü abidəsi üçün hazırlıq başlayacaq.

- Çimnaz Sultanovanın ən böyük arzusu nə idi?

- Mənə deyirdi ki, ata, səhhətim düzəlsin, Almaniyaya gedək. Arzusu Almaniyaya köçmək, orada müalicə almaq idi.

- Siz də Almaniyada yaşayırsınız?

- Xeyr, mən Bakıdayam. Qızımın keçmiş həyat yoldaşı və oğlu orada yaşayırlar.

- Çimnaz Sultanova xəstəliyini bu müddət ərzində necə gizlətdi? Bunun səbəbi nə idi?

- Düzdü, xəstəliyini hamıdan gizlədirdi. Mənə tapşırmışdı ki, ata, xahiş edirəm, xəstəliyim haqqında nə anam, nə də bacım xəbər tutsun. Həmişə özünü gülərüzlü və problemini heç kimə bildirdirmirdi.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Yanvar 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri