Icma.az
close
up
RU
Qlobal arenada iqtisadi və siyasi turbulentlik, neft qiymətlərinin bazarda dəyişkən hərəkətinə səbəb olur

Qlobal arenada iqtisadi və siyasi turbulentlik, neft qiymətlərinin bazarda dəyişkən hərəkətinə səbəb olur

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın başlatdığı ticarət müharibəsinin enerji tələbatına mənfi təsiri ilə bağlı narahatlıqlara görə neftin qiyməti aşağı düşüb. Həmçinin investorlar İranın nüvə proqramı ilə bağlı Vaşinqton və Tehran arasında davam edən danışıqları diqqətlə izləyirlər. Belə ki, Brent markalı neft 1,6%-də ucuzlaşaraq barreli 66,89 dollara düşüb. ABŞ xam neftinin qiyməti isə 64 dollardan aşağı düşüb. Bu həftə ABŞ prezidenti Donald Trampın ticarət siyasətlərinin ABŞ iqtisadiyyatına təsirini göstərən məlumatların bazarlarda əsas trend müəyyən edəcəyi gözlənilir.Neft hansı həddə qədər enə bilər? ABŞ- İran danışıqları, ABŞ -Çin duellosu hansı iqtisadi vəziyyəti vəd edir? Dünya qlobal iqtisadi böhrana hazırdırmı?

İqtisadçı İlham Şaban Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda bazarlarda neft qiymətləri dəyişkəndir, çünki iqtisadi və siyasi turbulentlik kifayət qədər yüksəkdir.

İlham Şaban

“Heç kəs gözləmirdi ki, Tramp birdən-birə ticarət müharibələrini alovlandırdı. Baxın, aprel ayının 2-də London birjası bağlananda Brent markalı neftin qiyməti 74 dollar 95 sentə satılmışdı. Son partiyası ancaq aprelin 9-da artıq 61 dollar 13 sentə qədər eniş eniş etmişdi. Hesab edin ki, 75 - dən 61-ə qədər gəlib qiymət yuvarlandı, sonradan 69 dollara qədər artdı və indi 67 dolların altında ticarət edilir. Bazar iştirakçılarının, yəni bazarın reaksiyası nəticəsində bu qiymət bu şəkildə aşağı düşüb”-deyə İlham Şaban qeyd edib.

İlham Şaban bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzərində işlər gedir. İqtisadçı hesab edir ki, 2022-ci ildə neftin qiymətinin artımının əsas səbəblərindən biri Rusiya-Ukrayna müharibəsidir.

"Risklər qiymətə əlavə edildiyindən o yüksək qiymət idi. İndi o risk aradan qaldırılacaqsa, həmin opsiya qiymət hissəsi, risklərdə nəzərə alınır, o aşağı düşməlidir”-deyə İlham Şaban əlavə edib.

Digər tərəfdən dünyadakı iqtisadi vəziyyətlərin də nəzərə alınmalı olduğunu qeyd edən iqtisadçı vurğulayıb ki, Ümumdünya Ticarət Təşkilatının hesablarına əsasən, əgər praktikada Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti dünyanın digər ölkələrinə qarşı ticarət sanksiyalarını qüvvədə saxlasa və onun əsasında ticarət edilsə, bu ilin ikinci yarısından başlayaraq, dünya üzrə qarşılıqlı ticarət yeddi faiz azalacaq.

Dünya üzrə qarşılıqlı ticarətin azalması nə deməkdir?

İlham Şaban bildirib ki, bunun içərisində böyük hissəsi sənaye məhsuludur, çünki sənaye məhsulu daha çox enerji istehlak edən sahədir: “Enerjiyə tələbat azalacaq və bunun nəticəsində qiymət aşağı düşəcək”.

“ABŞ İrana qarşı sanksiyaları daha da gücləndiriləcək, yoxsa yumşaldacaq, onu bir Allah bilir. Nə Donald Tramp bilir, hazırda, nə də Əli Xamenei bilir. Danışıqlar 2015-ci ildə də yeddili İranla bağlı atəşfəşanlıqla bağlı belə razılığa da gəldilər. Ancaq ondan sonra, yəni o əldə edilən razılıq faktiki olaraq işləmədi və bu da yenidən İranın dünya bazarından izalə edilməsinə, daha doğrusu, limitlənməsinə və onun neftinin çıxarılmasına gətirib çıxartdı. İndi necə olacaq, bilmirik”-deyən iqtisadçı vurğulayıb ki, bazardakı qiymətin dəyişmələri situativdir.

“Hazırkı dönəmdə iki ay, üç ay, bir illik proqnoz vermək mənasızdır. Çünki səhər tezdən satılan neftin qiyməti ilə axşam satılan neftin qiyməti arasında 5-6 dollar fərq ola bilir İlham Şaban bildirir ki, Trampın bir sözü, kiminsə bomba atması, İsraildə baş verən hərhansı bir hadisə və bu kimi hadisələr həddən artıq çoxdur. Bu səbəbdən də, bazar iştirakçıları XXI əsrdə ən gərgin anlarını hazırda yaşayırlar. Çünki bilmirlər ki, bu gün istehsal etdiyi nefti sabah neçəyə satacaq”-deyən İlham Şaban bildirib ki, istehsalçı da, istehlakçı da o zaman özünü komfort hiss edir ki, birincisi neftin orta qiymətini hesablayır, özünü kökləyir, əhval ruhiyyəsini və maddi imkanlarını nəzərə alır, digər tərəfdən də onun heç olmasa ortamüddətli dövrdə davam edəcəyinə əmin olur.

“Qısamüddətli aşağı enmə-artma ümumi mənzərəni dəyişmir. Bax, bu zaman komfort olur. Tutaq ki, siz bilirsiniz ki, çörəyin orta qiyməti 60 qəpikdir. Ancaq bir də var ki, gedəsiniz, bir gün onu bir manatdan alasınız, sonra 70 qəpik, sonra 80 qəpik və o biri gün 50 qəpikdən. Yəni ümumi bazar ab-havası bu gün belə forma alıb”-deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri