Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Qlobal geosiyasi balans artıq Pekində müəyyən olunur” ANALİTİK

“Qlobal geosiyasi balans artıq Pekində müəyyən olunur” ANALİTİK

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“ABŞ və Çin qarşıdurmadan yayınmağa çalışır, amma rəqabət davam edir”

ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük rəsmi səfəri və Pekində Çin lideri Si Cinpinlə keçirdiyi görüş dünya siyasətinin əsas gündəm mövzularından birinə çevrilib. Uzun fasilədən sonra baş tutan bu təmas yalnız Vaşinqton-Pekin münasibətlərinin gələcəyi baxımından deyil, həm də qlobal geosiyasi balansın formalaşması nöqteyi-nəzərindən xüsusi əhəmiyyət daşıyır.

Tərəflər arasında aparılan danışıqlarda ticarət və iqtisadi əməkdaşlıqla yanaşı, Tayvan məsələsi, enerji təhlükəsizliyi, beynəlxalq ticarət marşrutları və gözlənilən ABŞ-İran qarşıdurması kimi strateji mövzuların əsas müzakirə predmetinə çevrildiyi bildirilib. Analitiklərin fikrincə, Vaşinqton və Pekin arasında yaranan yeni dialoq formatı qarşıdakı dövrdə dünya siyasətinin istiqamətinə birbaşa təsir göstərə bilər.

Trampın Çinə səfərini şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a açıqlamasında bu gün artıq bir çox qlobal geosiyasi məsələlərin taleyinin məhz Pekində həll olunduğunu bildirib. O, qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Çin səfəri qurulan yeni dünya nizamında Çinin önəmini daha da aktuallaşdırır:

“Bu arqumenti gücləndirən amil yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinin də Çinə reallaşacaq səfəridir. Artıq Putin səfərin detallarının dəqiqləşdiyi, tezliklə baş tutacağını da dedi. Deməli, yeni dünya düzəninin müzakirə yeri Çindir. Trampın səfəri ilk növbədə ABŞ–Çin münasibətlərində yeni balans axtarışının göstəricisi kimi qiymətləndirilə bilər. Səfər həm iqtisadi, həm geosiyasi, həm də təhlükəsizlik məsələləri baxımından olduqca kritik bir dövrə təsadüf edir. ABŞ və Çin arasında son illərdə artan ticarət müharibəsi, texnologiya rəqabəti və Tayvan məsələsi fonunda bu görüş tərəflərin tam qarşıdurmadan yayınmağa çalışdığını göstərir.  Bu səfərin əsas mesajlarından biri odur ki, Vaşinqton və Pekin bir-birini strateji rəqib hesab etsə də, tam iqtisadi ayrılmanın hər iki tərəf üçün ciddi risklər yaratdığını anlayır. Trampın nümayəndə heyətində texnologiya və biznes liderlərinin, xüsusilə süni intellekt və yüksək texnologiya sektorundan olan şəxslərin iştirak etməsi iqtisadi gündəliyin ön planda olduğunu göstərir”.  

Politoloqun fikrincə, görüş zamanı diqqət çəkən digər mühüm məqam İran məsələsidir:

“Hazırda Yaxın Şərqdəki gərginlik fonunda ABŞ Çinin Tehran üzərində təsir imkanlarından istifadə etmək istəyir. Çin isə həm enerji təhlükəsizliyi, həm də regional nüfuzu baxımından İranla münasibətlərini qorumağa çalışır. Bu səbəbdən Trampın Pekinə səfəri yalnız ikitərəfli münasibətlər deyil, həm də qlobal təhlükəsizlik arxitekturası ilə bağlıdır. Siyasi baxımdan Tramp bu səfərlə özünü “qlobal razılaşmalar əldə edən lider” kimi təqdim etməyə çalışır. ABŞ daxilində inflyasiya, xarici siyasətdə isə İran böhranı səbəbindən təzyiq altında olan Tramp üçün Çinlə mümkün iqtisadi anlaşmalar daxili auditoriyaya da hesablanıb.Çin tərəfi isə Trampa yüksək səviyyəli protokol nümayiş etdirərək diplomatik mesaj verdi. Bu, Pekinin ABŞ-la münasibətləri tam gərginlik xəttinə keçirmək istəmədiyini göstərir. Lakin bütün bu müsbət görüntülərə baxmayaraq, Tayvan, texnologiya embarqoları və geosiyasi nüfuz uğrunda rəqabət kimi fundamental problemlərin qısa müddətdə həll olunacağı real görünmür”. Ş. Həsənova sonda bu səfəri “qarşıdurmanın idarə olunması” cəhdi kimi xarakterizə edib. O, qeyd edib ki, tərəflər rəqabəti davam etdirəcək, amma bu rəqabətin nəzarətdən çıxmasının qarşısını almağa çalışacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri