Icma.az
close
up
RU
Qlobal müharibə yaxınlaşır...

Qlobal müharibə yaxınlaşır...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

NATO müharibə deyir, Rusiya isə təmkinlə susur...

Ukraynanın ABŞ-ın icazəsi və “ATACMS” raketləri ilə Bryanska hücumu müharibənin gedişini daha da intensivləşdirdi. Bu hücumlara cavab olaraq Rusiyanın Dneprdəki sənaye müəssisəsinə “Oreşnik” ballistik raketi ilə zərbə endirməsi, nüvə doktrinasını yeniləməsi müharibənin qlobal müstəviyə keçid təhlükəsi formalaşdırır. Artıq Avropanın bəzi dövlətlərinin də Kiyevə onların silahlarından istifadə etməklə hücuma başlamasına razılıq verməsi münaqişənin mahiyyəti qədər coğrafiyasına, sərhədlərinə də təsir göstərə bilər. hətta hərbi ekspertlər baş verənləri NATO-nun aktiv şəkildə müharibəyə qoşulması kimi izah edir.

NATO-da “hücum” mesajı...

Bu da səbəbsiz deyil. NATO cəbhəsindən yayılan xəbərlər bu mənada perspektivin heç də xoş olmadığını göstərir. Blokun hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer Brüsseldə keçiridyi mətbuat konfransında NATO-nu münaqişə vəziyyətində Rusiyaya qarşı qabaqlayıcı zərbələr endirməyə çağırıb. Bauer deyib ki, alyans ölkələri ilə silahlı münaqişə baş verəcəyi təqdirdə, Rusiya ərazisinə qabaqlayıcı yüksək dəqiqlikli zərbələr” endirilməsi müzakirə edilməlidir. O, NATO-nun müdafiə alyansı kimi mahiyyətinə münasibətini dəyişməsini müsbət adlandırıb. O, “oturub hücum gözləmək” əvəzinə, vaxtında cavab verilməsinə tərədar olduğunu deyib. “Gözləmək yox, Rusiyanın hücumuna qarşılıq olaraq buraxılış qurğularını vurmaq daha ağıllı hərəkətdir. Bizə hücum etmək üçün istifadə olunan sistemləri sıradan çıxaracaq dəqiq zərbələrin kombinasiyası işlənilməlidir və biz ilk növbədə zərbə endirməliyik”, - deyə komitə rəhbəri bildirib. Bauerin sözlərinə görə, NATO hazırki vəziyyətdə tükənmiş silah ehtiyatlarını yenidən doldurmalı, hava hücumundan müdafiə və dəqiq zərbə sistemlərinə sərmayə qoymalıdır.

Rusiya döyüşmək istəmir...

Vurğulanmalıdır ki, Rusiya tərəfi dəfələrlə NATO ilə döyüşmək planlarının olmadığını bildirib. Prezident Vladimir Putin şəxsən alyansla toqquşmaq istəmədiyindən danışıb - o bildirib ki, Rusiyanın NATO ölkələri ilə döyüşmək üçün nə bir səbəbi, nə geosiyasi, nə iqtisadi, nə siyasi marağı yoxdur. Rusiyanın nüvə doktrinasını yeniləməsinə gəldikdə isə, Kreml bu addımı da Co Baydenin Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etmə icazəsindən sonra atıb.

NATO əsgərləri Rusiyada vuruldu...

Yayılan xəbərlərə görə, NATO geyimində olan bir neçə hərbçi rusiyalı hərbçilər tərəfindən vurulub. RİA Novosti bununla bağlı məlumat yayıb.  Məlumatda bildirilir ki, “Axmat” xüsusi təyinatlı dəstəsinin “Aida” qrupunun pilotsuz uçuş aparatının ekipajı Kursk vilayətinin Sudjanski rayonundakı meşə plantasiyasında NATO geyimində olan bir qrup hərbçini məhv edib. “Aida” qrupunun kəşfiyyatı PUA-dan istifadə edərək Sudjanski rayonundakı meşə zolaqlarından birində bir qrup yaraqlının hərəkətini aşkar edib. PUA operatoru agentliyin müxbirinə bildirib ki, rus qırıcıları silahlıların NATO geyimində meşə plantasiyasına qaçdığını görüblər. Xatırladaq ki, hazırda gərgin döyüşlərin getdiyi Kursk vilayətinə Ukrayna avqustun əvvəlində daxil olub.

Qlobal müharibə kimə sərf edir?

Qərbli siyasi ekspertlər indiki halda, NATO-nun Rusiya ilə açıq döyüşə girmə perspektivinin pozitiv nəticələr vəd etməyəcəyindən şübhələnirlər. Xüsusilə, bəzi Qərbi Avropa dövlətlərinin, eləcə də ABŞ-ın müttəfiq ölkələrinin Rusiya ilə münasibətlərində yeni ştrixlərin yaranması, əlaqələrin bərpası yönündə mesajların səslənməsi, hətta telefon danışıqlarının edilməsi birbaşa müharibə təmasını istisna edir. Bildirilir ki, NATO-nun Rusiya ilə açıq müharibəyə girməsi üçün BMT TŞ üzvü olan ölkələrin əksəriyyətinin razılığı, ən azı neytrallığını qoruması ilə bağlı rəyi olmalıdır. Bunun olmadığı təqdirdə NATO-nun Rusiyaya açıq döyüş “təklifi” Qərb üçün müsbət heç nə vəd etmir. Bu gün dünya iqtisadiyatının və hərbi gücünün mühüm hissəsini təşkil edən “qarşı tərəf” NATO üçün asan hədəf deyil...

NATO-nun Rusiya ilə açıq müharibəyə girməsi üçün BMT TŞ üzvü olan ölkələrin əksəriyyətinin razılığı, ən azı neytrallığını qoruması ilə bağlı rəyi olmalıdır. Bunun olmadğı təqdirdə NATO-nun Rusiyaya açıq döyüş “təklifi” Qərb üçün müsbət heç nə vəd etmir.

S.İSMAYILZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri