Icma.az
close
up
RU
QMİ sədri Astana Qurultayında iştirakı çərçivəsində bir sıra görüşlər keçirib

QMİ sədri Astana Qurultayında iştirakı çərçivəsində bir sıra görüşlər keçirib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Astana, 18 sentyabr, AZƏRTAC

Qazaxıstan Respublikasına səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Moskva və bütün Rusiyanın Patriarxı Kirillin təşəbbüsü ilə keçirilən görüşdə Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında ənənəvi dini-mənəvi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Qazaxıstan Respublikasının informasiya və mədəniyyət naziri Aida Balayeva ilə görüş zamanı qardaş ölkələrimiz arasında dini-mədəni əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimizin dinlərarası dialoq prosesində fəal iştirakının perspektivlərindən danışılıb. Həmçinin, Astana qurultaylarının və Bakının ev sahibliyi etdiyi dinlər və sivilizasiyalararası dialoq və əməkdaşlığa dair beynəlxalq forum və təşəbbüslərdə müştərək iştirakın davamlılığının vacibliyi vurğulanıb.

Şeyxülislam A.Paşazadə Astana Qurultayının hər zamankı kimi yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə Qazaxıstan dövlətinə, onun rəhbərliyinə, məsul şəxslərə dərin minnətdarlığını ifadə edib və bunu qardaş Qazaxıstanın daha bir uğuru kimi dəyərləndirib.

Müsəlman Ağsaqqallar Şurasının Baş Katibi Məhəmməd Əbdüssəlam ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin üzvü olduğu bu mötəbər qurumun qarşıdakı planlarından danışılıb. Azərbaycanın malik olduğu nümunəvi məzhəblərarası anlaşma modelinin dünya miqyasında islamdaxili dialoq üçün nümunə əhəmiyyəti xüsusi vurğulanıb və bu modelin təşviqi istiqamətində səylər müzakirə edilib.

Vatikanın Dinlərarası Dikasteriyasının Prefekti Kardinal Corc Ceykob Kuvakad ilə görüşdə Azərbaycan - Müqəddəs Taxt Tac arasında münasibətlərin, həmçinin Qafqaz Müsəlmanları İdarəsi ilə Vatikan arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Bu münasibətlərin ənənəvi olaraq davam etdirilməsinin və beynəlxalq dinlərarası əməkdaşlıq müstəvisində davamlı olaraq inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, qarşıdakı planlar müzakirə edilib.

Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayı işini davam etdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri