Qohumunu güllələyərək öldürən şəxsdən xəbər var
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən Sərvan Hacıyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsnin hökmü ilə S.Hacıyev 11 il azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Qeyd: Bərdə Rayon Polis Şöbəsinə ötən il yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi və qohumu İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilmiş İ.Hüseynov ölüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb.
Kamal Məmmədov


