Qollarımızı bağlayaraq təpik yumruqla döyürdülər QURTULUŞ DAN QURTULAN VƏTƏNDAŞDAN SENSASİON AÇIQLAMALAR
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qurtuluş Reabilitasiya Mərkəzinə cinayət işi açılması bu qurum haqqında yeni məlumatların ortaya çıxmasına səbəb olub.
Uzun müddət həmin Mərkəzdə işgəncəyə məruz qalan adını anonim saxladığımız bir vətəndaş Gununsesi.info-ya etdiyi müraciətində üzləşdiyi faktlardan bəhs edib.
Hörmətli, redaksiya!
Zərərli vərdişdən əziyyət çəkmiş və Qurtuluş Reabilitasiya Mərkəzi adlı müəssisədə saxlanılmış vətəndaş olaraq bildirirəm ki, prokurorluq orqanlarına da rəsmi şikayət etmişəm.
Məqsədim – həmin mərkəzdə baş verən ağır qanunsuzluqları, zorakılıq və insan ləyaqətini alçaldan halları ictimailəşdirmək, başqa insanların və ailələrin bu təhlükəli səhvə yol verməsinin qarşısını almaqdır.
Qurtuluş Reabilitasiya Mərkəzində hər bir şəxs üçün aylıq 1260 manat ödəniş alınmasına baxmayaraq, real vəziyyət tamamilə qeyri-insani olmuşdur.
Qida təminatı çox bərbad idi: səhər yeməyi nisbətən normal olsa da, günorta və axşam yeməkləri iylənmiş, yeyilməsi mümkün olmayan vəziyyətdə təqdim edilirdi. Şəxsi ehtiyaclar üçün gətirilən 1500 manatlıq bazarlıq zorla əlimdən alınmışdır.
Mərkəzdə fiziki və psixoloji zorakılıq sistemli şəkildə tətbiq olunurdu. Etiraz edən şəxslər döyülür, əlləri və qolları bağlanır, təpik və yumruqlarla cəzalandırılırdı. Şəxsən mənim əllərim və ayaqlarım bağlanaraq döyülmüş, hətta mərkəzdə saxlanılan başqa bir şəxs vasitəsilə döyülməyim təşkil edilmişdir. Bütün bunlar mərkəzdə rəhbərlik edən şəxslərin göstərişi və məlumatı daxilində baş verirdi.
Qurtuluş Reabilitasiya Mərkəzində heç bir həkim, psixoloq və rəsmi tibbi nəzarət mövcud deyil. Bir dəfə intihara cəhd etdiyim halda (zəhərli maddə və şampun qəbul etməklə), təcili tibbi yardım çağırılmamış, əksinə məni otağa salaraq tək buraxmışdılar. Bu hal birbaşa insan həyatına təhlükə yardır.
Daha da ağır fakt ondan ibarətdir ki, mərkəzə ziyarətə gələn qadınlara qarşı nalayiq və əxlaqsız təkliflər edilir, ailələr isə psixoloji təzyiq altında saxlanılırdı. Valideynlər üçün ayrıca yaradılmış iki WhatsApp qrupu (ata və ana üçün ayrı-ayrılıqda) vasitəsilə manipulyasiya aparılır, reallıqdan uzaq məlumatlar ötürülürdü. Etiraz edənlər döyülür və susdurulurdu.
Qurtuluş Reabilitasiya Mərkəzində baş verənlər müalicə deyil, açıq şəkildə işgəncə və azadlıqdan məhrum etmə idi. Mən oradan təsadüf nəticəsində canımı qurtara bildim. Lakin hələ də orada saxlanılan insanların eyni zülmə məruz qalması ehtimalı məni susmağa qoymur.
Qeyd edirəm ki, baş verənlərlə bağlı rəsmi giriş-çıxış tarixləri, sübutlar və hüquq-mühafizə orqanlarına (Sumqayıt şəhəri üzrə) edilmiş rəsmi müraciətlər mövcuddur.
Media nümayəndələrindən xahiş edirəm:
Qurtuluş Reabilitasiya Mərkəzinin fəaliyyəti araşdırılsın
Bu məsələ ictimailəşdirilsin
Aidiyyəti dövlət qurumları təcili tədbir görsün
Ailələr xəbərdar edilsin ki, yaxınlarını bu cür “reabilitasiya mərkəzlərinə” göndərməsinlər
Bu müraciət qisas məqsədi daşımır. Məqsədim yalnız başqa insanların həyatını və ləyaqətini qorumaqdır.
P.S. Redaksiyamıza müraciət edən vətəndaşın səs yazısı və məlumatları mövcuddur.
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Yanvar 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















