Qoşqar Təhməzli: Naxçıvan Muxtar Respublikasında halal sənayenin inkişafı üçün münbit şərait yaradılıb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Naxçıvan Muxtar Respublikasında halal sənayenin inkişafı üçün münbit şərait yaranacaq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Naxçıvan Muxtar Respublikasında ÜST tərəfindən xəstəlikdən azad zonalar elan olunub.
"Xəstəlikdən azad zonalarda xüsusilə təhlükəli heyvan xəstəliklərindən azad status əldə olunduqdan sonra o ərazilərdə halal sənayenin inkişafı üçün münbit şərait yaranacaq. Fürsətdən istifadə edərək Azərbaycan sahibkarlarını həm Naxçıvan Muxtar Respublikasında, həm də işğaldan azad olunmuş ərazilərdə bu işdə yaxından iştirak etməyə dəvət edirəm".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 07 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















