Icma.az
close
up
RU
Qrenlandiya 99 illiyə Amerikaya verilə bilər AÇIQLAMA

Qrenlandiya 99 illiyə Amerikaya verilə bilər AÇIQLAMA

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

 “NATO rəhbəri Mark Rutte ilə Qrenlandiya ilə bağlı gələcək razılaşma üçün "çərçivə" hazırlayırıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Davosda Qrenlandiyanın taleyindən danışarkən deyib.

ABŞ lideri bildirib ki, NATO-nun baş katibi Mark Rutte ilə məhsuldar görüşdən sonra Qrenlandiya ilə bağlı gələcək razılaşma üçün təməl qoyulub.

Rutte isə Trampın açıqlamasını təkzib edib. O, öz növbəsində Qrenlandiyanın suverenliyi məsələsinin respublikaçı liderlə müzakirə olunmadığını bildirib.

Siyasi şərhçi Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Amerika “Qrenlandiya mənə verilməlidir!” deyərək, “iki ayağını bir başmağa dirəyib”:

“Məncə, Qrenlandiyanın yuridiskiyası Danimarkada qalmaqla 50 və 99 illiyə Amerikaya verilə bilər. NATO-nun da ciddi etiraz etmək potensialı və imkanı yoxdur. NATO dövlətlərinin ABŞ-dən asılılığı çox böyükdür. Bu da onların “əl-qolunu bağlayır”. Onlar ABŞ-nin üzərinə gedə bilmirlər”.

Müsahibimiz qeyd edib ki, bundan başqa,  Çin və Rusiya da Qrenlandiyada möhkəmlənməyə başlayıblar. Onun sözlərinə görə, Qrenlandiya staretji nöqtədir. Bunu ABŞ də, Rusiya və Çin də yaxşı anlayır. Böyük dövlətlər Qrenlandiyanı boş buraxmaq istəmirlər. Bu, açıq müşahidə olunur.

Samir Hümbətov: Böyük dövlətlər Qrenlandiyanı boş buraxmaq istəmirlər

S.Hümbətovun fikrincə, ABŞ də düşünür, bir halda ki, NATO-da sözü eşidilir, imkanları genişdir, nə üçün Çin və Rusiya bura nüfuz etməlidir?! Gələcək strateji yol olaraq, Qrenlandiya daha çox qabarıq görünür:

“Olduqca strateji əhəmiyyətə malikdir. Təbii sərvətlərin zənginliyi və yerləşdiyi region baxımdan strateji mövqeyə malikdir. Bu mənada düşünürəm ki, Amerika nələrsə etməyə çalışacaq”.

NATO rəhbərinin Trampın fikirlərini təkzib etdiyini deyən Samir Hümbətov hesab edir ki, amma bu da son deyil. Dediyinə görə, Tramp avropalı siyasətçilərdən fərqli olraq, “kartları açıq oynayır”:.

“Bu mənada hesab edirəm ki, Trampın düşüncəsi daha real görünür”.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Yanvar 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri