Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Quancouda Çin Azərbaycan investisiya və ticarət əməkdaşlığına dair forum baş tutub

Quancouda Çin Azərbaycan investisiya və ticarət əməkdaşlığına dair forum baş tutub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 may, AZƏRTAC

Çinin Quandon əyalətinin Quancou şəhərində Çin-Azərbaycan investisiya və ticarət əməkdaşlığına həsr olunmuş forum keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Şirkətlərə dəstək, xarici bazarlara çıxış” devizi altında təşkil olunan Çin (Quandon Əyaləti) - Azərbaycan İnvestisiya və Ticarət Əməkdaşlığı Forumu Azərbaycanın Çində ticarət nümayəndəsinin aparatı və Çinin aidiyyəti qurumlarının dəstəyi ilə baş tutub. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın biznes və investisiya mühitinin Quandonda tanıdılması, bu əyalətdən Azərbaycana investisiyaların cəlb olunması, habelə “Made in Azerbaijan” məhsullarının Çinin Quandon əyalətinə ixracının artırılması imkanlarının müzakirəsi olub.

Forumda dövlət qurumlarının, biznes assosiasiyalarının, ixrac və investisiya fəaliyyəti ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Çində ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin işgüzar mühiti haqqında məlumat verib. O, Azərbaycanın Çin ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına xüsusi önəm verdiyini vurğulayıb, ölkəmizin regionda mühüm nəqliyyat-logistika qovşağı kimi rolundan, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, xarici investorlar üçün yaradılan əlverişli şəraitdən danışıb. Bildirilib ki, Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı bağlantı nöqtəsi olmaqla yanaşı, sabit biznes mühiti və geniş investisiya imkanları ilə seçilir.

Quandon Əyaləti Sənaye və Kommersiya Federasiyasının baş katibi Quan Sianmin Azərbaycanla iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialın mövcud olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, tranzit imkanları, regional bazarlara çıxış üstünlükləri və investisiya mühiti Çin şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır.

Forumda Azərbaycanda investorlar üçün tətbiq olunan imtiyaz və güzəştlər haqqında təqdimat keçirilib.

Pekində fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin operatoru olan “Sino-Foreign Economic Cooperation (Beijing) Science & Trade Co., Ltd.” şirkətinin baş direktoru Van Veyvey Çindəki Azərbaycan ticarət evlərinin fəaliyyəti, ölkəmizin keyfiyyətli qida və içki məhsullarının Çin bazarında satış kanallarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə iştirakçı şirkətlərin nümayəndələrinin Azərbaycanın işgüzar mühiti, güzəşt mexanizmləri, logistika marşrutları və Çin bazarında Azərbaycan məhsullarının təşviqi ilə bağlı sualları cavablandırılıb.

Forum çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında potensial əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri