Icma.az
close
up
RU
Quba gəncləri arasında səyyar intellekt marafonu layihəsi keçirilir

Quba gəncləri arasında səyyar intellekt marafonu layihəsi keçirilir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsinədə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Şəhərdən kəndə-səyyar intellekt marafonu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Quba rayonunun 8 müxtəlif kənd və qəsəbə zonasında yeniyetmə və gənlərin iştirakı ilə intellektual oyunların keçirilməsini nəzərdə tutan layihənin tədbiri Quba rayonu Vəlvələ kənd tam orta məktəbində təşkil edilib. Yarışda Quba rayonunun Vəlvələ, Paşaoba, Bərqov, Asparasti, Zərqava, Mirzəqışlaq, İsnovqışlaq və Xaroşa kəndlərində yaşayan və təhsil alan yeniyetmə və gənclər iştirak edib.

Rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd Azərbaycan coğrafiyasının, flora və faunasının, tarixinin, ədəbiyyatının, mədəniyyət və incəsənətinin, tarixi şəxsiyyətlərinin, mədəniyyət və incəsənət xadimlərinin təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin  olunmasıdır.

Tədbirdə çıxış edən Quba rayon Vəlvələ kənd Çingiz Mursalov adına tam orta məktəbin direktoru İsmayıl Fərzəliyev bu yarışın yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yükəldilməsində, Vətənimizin təbliğində böyük əhəmiyyəti olduğunu qeyd edərək təşkilatçılara belə tədbirlərin təşkil edilməsinə görə minnətdarlığını bildirib.

Seçim turunun yekununda İsnovqışlaq kəndini təmsil edən “Zirvə” komandası birinci, Mirzəqışlaq kəndini təmsil edən “Zəka” komandası ikinci, Bərqov kəndinin “Qarabağ” adlı komandası isə üçüncü yeri tutub. Yarışın əsasnaməsinə uyğun olaraq ilk iki yeri tutan komandalar final mərhələsində iştirak etmək haqqı qazanıb. Yekunda qalib və mükafatçılar diplom, medal və kubokla təltif olunublar. 

Layihə çərçivəsində növbəti turnir Quba rayonu Zərdabi qəsəbəsində keçiriləcəkdir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see181

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see178

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see165

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see150

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see150

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see142

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see132

Dəhşətli qəzada ölən “KamAZ”ın sürücüsünün Fotosu

07 Sentyabr 2025 10:32see131

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see129

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see129

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see123

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see123

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see121

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see121

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see120

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see119

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see119

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see114

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri