Icma.az
close
up
RU
“Səyyar Gənclər Xidməti” Quba gəncləri üçün yeni imkanlar yaradıb

“Səyyar Gənclər Xidməti” Quba gəncləri üçün yeni imkanlar yaradıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

“Suveren dövlət, vətənpərvər gənclik” devizi ilə öz işini uğurla davam etdirən “Səyyar Gənclər Xidməti” layihəsi oktyabrın 20-24-də Quba gəncləri üçün yeni imkanlar yaradıb.

Gənclər Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə Quba gənclərinin dövlət dəstək mexanizmləri barədə məlumatlılığını artırmaqla yanaşı, onların liderlik bacarıqlarını, yaradıcılıq potensialını və vətəndaş məsuliyyətini gücləndirməyə xidmət edib.

Qubada təşkil olunan layihənin açılış mərasimində çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək bu cür layihələrin regionlarda yaşayan gənclərin inteqrasiyasına, dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə və şəxsi inkişafına verdiyi töhfəni yüksək qiymətləndiriblər.

Layihənin 5 günlük proqramı müddətində Quba rayonunun gəncləri “Rəqəmsal düşüncə”, “Təhsil və karyera”, “Yaradıcı gənclik”, “Vətənpərvər gənclik”, “Suveren gənclər” və “Əyləncə” adlı zonalarda keçirilən interaktiv və təcrübəyə əsaslanan müxtəlif fəaliyyətlərdə aktiv iştirak ediblər. Hər zonada təşkil olunan interaktiv fəaliyyətlər, intellektual yarışlar və master-klaslar gənclərin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmağa və komanda bacarıqlarını gücləndirməyə imkan yaradıb. Layihə boyunca iştirakçılar sağlam həyat tərzinin təşviqi, narkomaniyaya qarşı mübarizə, rəqəmsal savadlılığın artırılması, innovativ düşüncə tərzinin formalaşdırılması, eləcə də təhsil və karyera planlaması istiqamətində maarifləndirici sessiyalarda biliklərini zənginləşdiriblər. Bununla yanaşı, təlimçilər ilə dialoq şəklində keçirilən sessiyalar gənclərə onları maraqlandıran suallar üzrə ətraflı məlumat almağa və müvafiq sahələrdə praktiki biliklərini dərinləşdirməyə şərait yaradıb. Layihə çərçivəsində təşkil edilən fəaliyyətlər sırasında Vətən müharibəsi iştirakçıları ilə keçirilən görüşlər gənclər üçün xüsusi əhəmiyyət kəsb edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə avqustun 5-dən icra olunan Səyyar Gənclər Xidməti bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Balakən və Şəki rayonlarında uğurla həyat keçirilib. Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində həyata keçirilən bu layihə ölkə gəncləri arasında dövlət suverenliyi və müstəqillik kimi fundamental anlayışların daha dərindən mənimsənilməsinə, tarixi Zəfərimizin mahiyyətinin yeni nəslə aşılanmasına, eləcə də mövcud gənclər siyasətinə uyğun olaraq gənclərin intellektual potensialının inkişafına xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri