Icma.az
close
up
RU
Qubada “I Am Jazzman” caz düşərgəsi başa çatıb

Qubada “I Am Jazzman” caz düşərgəsi başa çatıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Qubada sentyabrın 7-dən 12-dək növbəti “I Am Jazzman” caz düşərgəsi (“Jazz Camp”) keçirilib.

Düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi və “Baku Jazz Festival”ın təşkilatçılığı ilə keçirilir. Bu, məktəblilər və tələbələr də daxil olmaqla, caz musiqisi həvəskarlarını bir araya toplayan dördüncü düşərgədir. İlk üç düşərgə Qax, Qazax və Lənkəranda böyük uğurla keçirilib.

AZƏRTAC xəbər verir ki, düşərgənin proqramına caz dərsləri ilə yanaşı, idman məşğələləri, seminar və ustad dərsləri, intellektual və idman oyunları daxil edilib. Caz düşərgəsinin müəllimləri arasında Azərbaycan estradasının ağsaqqalı Qasım Xəlilov, həmçinin Diana Hacıyeva (vokal üzrə ustad dərsləri), Nurlan Hüseynzadə və Əli Nəsib (instrumental ifaçılar üçün dərslər) olublar. İştirakçılar ənənəyə uyğun olaraq, düşərgənin keçirildiyi şəhərin sakinləri üçün təşkil olunmuş konsert proqramı hazırlayıblar. Konsertdə 16 kompozisiya səslənib, habelə proqramda düşərgənin bütün musiqiçiləri iştirak ediblər.

“I Am Jazzman” caz düşərgəsinin direktoru Leyla Əfəndiyeva qeyd edib ki, düşərgənin məqsədi caz musiqisini gənclər arasında populyarlaşdırmaqdır. O, cazın Azərbaycanın regionlarında inkişafının çox vacib olduğunu vurğulayıb.

Direktor əlavə edib: “Belə layihələrin təşkili öz bəhrəsini verir. Son illər biz maraqlı prosesi müşahidə edirik. Azərbaycanın bölgələrindən olan gənclər caz müsabiqəsinin qalibi və onun fəal iştirakçıları olurlar. Məsələn, 2023-cü ildə “I am Jazzman” müsabiqəsində İsmayıllıdan olan pianoçu birinci yeri tutub, 2025-ci ildə bu uğuru Ucardan olan iştirakçı əldə edib. Qazaxda, Lənkəranda, Gəncədə istedadlı musiqiçilər meydana çıxıblar. Caz düşərgələri yerli sakinlərdə intellektual musiqiyə marağın yaranmasına kömək edir. Dünən Qubada keçirilən konsertdən sonra şəhər sakinləri bizə yaxınlaşaraq canlı caz musiqisini dinləmək imkanı əldə etdiklərinə görə təşəkkür etdilər”.

Caz düşərgəsi gənc ifaçıların “I Am Jazzman” müsabiqəsi ilə yanaşı, həm də Azərbaycanda caz musiqisinin inkişafı proqramının tərkib hissəsi olan Bakı Caz Festivalının layihələrindən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri