Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qudalara Qurbanlıq payı aparmaq günahdır? İlahiyyatçıdan açıqlama

Qudalara Qurbanlıq payı aparmaq günahdır? İlahiyyatçıdan açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Qurban bayramı Azərbaycan cəmiyyətində təkcə dini ibadət deyil, həm də sosial və ailə ənənələrinin formalaşdığı mühüm mədəni hadisə kimi qəbul olunur. Xüsusilə ailə qurmağa hazırlaşan cütlüklərə qurban kəsilməsi, nişanlı qıza qurban aparılması kimi adətlər bir çox ailələrdə geniş yayılıb və nəsildən nəsilə ötürülərək bu günə qədər gəlib çatıb. Lakin bu ənənələrin dini baxımdan əsasları və İslamda tutduğu yer barədə ictimaiyyət arasında kifayət qədər dəqiq və vahid məlumatın olmaması müxtəlif yanaşmaların formalaşmasına səbəb olur. 
Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bizdə əsrlər boyu belə bir adət formalaşıb ki, nişan ərəfəsində oğlan evi qız evinə Qurban bayramında gözəl, canlı, sağlam, bəzədilmiş bir qoç aparıb qurban kəsirlər:
"Bu o mənaya gəlir ki, yeni qurulan ailənin təməli sağlam olsun, evlilikləri əbədi qalsın, həyat boyu hər iki cütlük heç bir pisliklə qarşılaşmasın. Biz də bilirik ki, islam dini Allahın sözlərinə və şəriətə zidd olmayan bütün adət-ənənələri dəstəkləyir. Həm də onsuzda bizim bütün adət-ənənələrimiz islamla birləşərək vəhdət halında yerinə yetirilir. İndi də Qurban bayramı yaxınlaşdıqca xalq arasında uzun illərdir davam edən bəzi adətlər kimi Qurban kəsmək adəti də yenidən gündəmə gəlir. Açığı, bu adəti həyata keçirməyə təkcə “olar” və ya “olmaz” deməklə yanaşmaq düzgün deyil. Burada həm dinin hökmü icra olunur, həm niyyət, həm də xalqın formalaşdırdığı mədəni ənənə birlikdə həyata keçirilir. İslam dini insanın həyatındakı bütün gözəl duyğuları tamamilə rədd edən din deyil. Əksinə, sevincin, paylaşmanın, ailə qurmağın, insanların bir-birinə dəyər verməsinin qorunmasını istəyən dindir.
Qurani Kərimdə buyurulur: “De: Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” Bu ayə göstərir ki, insanlar halal çərçivədə sevinclərini ifadə edə, ailə bağlarını gücləndirə və adət-ənənələrini yaşada bilərlər. Burada bəzi alimlər qeyd edirlər ki, əsas məsələ həmin adətin din adı ilə təqdim olunmamasıdır. Amma mənə görə əgər burada Allah yolunda qurban kəsmək varsa deməli elə burada dini məsələdə öz yerini tapır".
İlahiyyatçı deyib ki, xalqımızda nişanlı qıza qurban aparmaq daha çox sevinc, bərəkət, hörmət və xoş niyyət simvolu kimi formalaşıb:
"Xüsusilə kənd yerlərində insanlar bunu “Allah bu ocağı xeyirli etsin”, “gənclərin ruzisi bol olsun”, “ailələri möhkəm olsun” niyyəti ilə ediblər. Bu baxımdan məsələni birbaşa şirk, bidət və ya haram kimi təqdim etmək doğru yanaşma deyil. Çünki, bəzi radikal dindarlar belə hallara qarşı aqressiv yanaşırlar. Halbuki fiqh alimləri adət məsələsində mühüm bir prinsip qeyd ediblər:
“Əsl olan adətlərin mübah olmasıdır.”
Yəni açıq şəkildə haram hökmü daşımayan, dinə zidd olmayan adətlər insanların həyatında qala bilər. Bu da mədəniyyətimizin və adət-ənənələrimizin zənginliyi deməkdir. 
İmam Nəvəvi və İbn Abidin kimi alimlər də adət və örfün fiqhdə müəyyən rol oynadığını qeyd ediblər. Xüsusilə İslam hüququnda “urf” anlayışı var. Yəni cəmiyyətin qəbul etdiyi və dinə zidd olmayan ənənələr nəzərə alınır".
Onun sözlərinə görə, incə bir məsələ var ki, əgər insanlar bu qurbanı dini vacib hesab edirlərsə, “bunu etməsən evlilik uğursuz olar”, “qurban aparılmasa bərəkət olmaz”, “bu dinin əmridir” kimi inanclar formalaşdırırlarsa, artıq burada problem yaranır:
"Çünki dində olmayan bir şeyi din adına vacibləşdirmək doğru deyil. Belə inanc və əqidədə olmaq da islama ziddir. 
Məhəmməd peyğəmbər (s.ə.s) buyururdu: “Kim bizim dinimizdə olmayan bir şeyi dinə gətirərsə, o rədd olunmuşdur.” Səhih Buxari, Səhih Müslim
Bu hədisin mahiyyəti odur ki, insanlar adəti ibadət səviyyəsinə qaldırmamalıdırlar. Yəni nişanlı qıza qurban aparmaq sadəcə ailə ənənəsi, hörmət və paylaşma niyyəti ilə edilirsə, bunda ciddi problem yoxdur. Amma bunu dini hökm kimi təqdim etmək düzgün yanaşma deyil. 
Bəzi insanlar isə bu məsələdə həddən artıq sərt yanaşırlar. Xalqın bütün adətlərini bir anda “bidət”, “haram”, “şirk” adlandırırlar. Bu da cəmiyyətdə gərginlik yaradır. Halbuki İslam insanları çətinliyə salmaq üçün gəlməyib.
Quranda buyurulur: “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.” (Qurani-Kərim Bəqərə surəsi, 185)
Əlbəttə, bəzi bölgələrdə bu adət israf formasına da çevrilib. İnsanlar borca girir, imkanından artıq xərc edir, qarşı tərəflə yarışa çıxır. Artıq burada dini baxımdan başqa problem yaranır. Çünki İslam nümayişi, israfı və insanı maddi sıxıntıya salan yarış psixologiyasını bəyənmir.
Qurani Kərimdə buyurulur: “Yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz.” Qurani-Kərim Əraf surəsi, 31
Təəssüf ki, bəzi ailələrdə artıq qurban sevgi və paylaşma yox, sosial təzyiq məsələsinə çevrilib. “Filankəs apardı, biz də aparmalıyıq”, “az olsa ayıb olar” düşüncəsi formalaşır. Bu isə adətin mənəvi ruhunu
 zəiflədir.
Əslində ailə qurmaq İslamda çox müqəddəs anlayışdır. Peyğəmbərimiz (s.ə.s) evliliyi insanın dininin qorunmasına kömək edən mühüm bir yol kimi təqdim edib. Ona görə xalqımız da bu müqəddəs başlanğıcı dua, qurban, paylaşma və xeyir niyyəti ilə bəzəməyə çalışıb. Burada əsas olan niyyətin təmiz qalmasıdır. Qurban kəsməyin özü də Quranda yalnız ət paylamaq kimi təqdim edilmir. Allah buyurur:
“Onların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır.” (Qurani-Kərim Həcc surəsi, 37)
Bu ayə göstərir ki, əsas məsələ zahiri görüntü deyil. Əsas məsələ insanın qəlbindəki niyyət, səmimiyyət və mərhəmətdir.
Mənə görə, nişanlı qıza qurban aparılması dini vacib hökm kimi yox, xalqın formalaşdırdığı mədəni ənənə kimi qiymətləndirilməlidir. Əgər burada haram element yoxdursa, israf yoxdursa, insanlar bir birinə sevgi və hörmət göstərirsə, bunu tamamilə qadağan etmək də doğru olmaz. Amma eyni zamanda bunu dinin vacib əmri kimi təqdim etmək də yanlışdır.
Din insanların həyatını mənasız qorxularla ağırlaşdırmaq üçün yox, həyatın içində tarazlıq yaratmaq üçün gəlib. Ən gözəl yol da budur ki, insanlar həm dini ölçünü qorusunlar, həm də xalqın gözəl ənənələrini ifrata varmadan yaşatsınlar",- deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri