Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: “Rusiyadan hər cür təxribat gözləmək olar”

Qulamhüseyn Əlibəyli: “Rusiyadan hər cür təxribat gözləmək olar”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyada növbəti dəfə Azərbaycan əleyhinə təxribat xarakterli ifadələr səsləndirilib.

Bu dəfə də Kremlin ən məşhur təbliğatçılarından biri, aparıcı Vladimir Solovyov ölkəmizi hədəf alıb. O, öz verilişində politoloq Sergey Markovu “Azərbaycan agenti” adlandırıb. 

Onun sözlərinə görə, Markovun maliyyə mənbələri araşdırılmalı, barəsində cinayət işi açılmalı və həbs olunmalıdır:

“Orada birini, azərbaycanlını ifşa etdilər, amma hələ həbs etmək lazımdır. Orada hansı pulların gəldiyini yoxlamaq, həbsə atmaq lazımdır. Bütün təsir agentləri sona qədər məhv edilməlidir”.

Qeyd edək ki, Sergey Markov Azərbaycana münasibətdə obyektiv mövqe sərgiləməsi səbəbindən Rusiyada “xarici agentlər” reyestrinə salınıb. Görünür, ədaləti demək və Şuşa Qlobal Media Forumunda iştirak etmək Kremldə birmənalı qarşılanmayıb. Beləliklə, Rusiya öz içində də həqiqəti deyənləri hədəfə alıb.

Çünki Markov da o həqiqəti deyənlərdən biridir. Buna baxmayaraq, bütün gün yalan danışan Solovyov kimilərə isə meydan verilir. Əlbəttə ki, bu da Kremlin növbəti səhvlərindən biri kimi qiymətləndirilir. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Qulamhüseyn Əlibəyli bildirib ki, Rusiyada ədalətin və obyetivliyin tərəfdarı olan insanlara qarşı kampaniya başladılıb:

“Rusiyada hər şeyi olduğu kimi görən ekspertlər var. Onlardan biri də Sergey Makrovdur. Onun kimi ekspertlər Rusiyanın Azərbaycan və Ermənistanla arasındakı münasibətlər barədə obyektiv həqiqəti deyirlər. Lakin bu, Kremlin xoşuna gəlmir. Ona görə də bunu Moskva hakimiyyətinin ölkəmizə qarşı növbəti hücumları kimi dəyərləndirmək lazımdır. Artıq Rusiya müxtəlif bəhanələrlə Azərbaycana təzyiq göstərməyə çalışır”.

Ekspert diqqətə çatdırıb ki, Kreml Mixail Qusman və Sergey Makrov kimi haqqı deyən ekspertləri cəzalandırmağa çalışır:

“İndi də vaxtilə Azərbaycanla bağlı məsələdə obyektiv həqiqəti müdafiə edən şəxsləri “xarici agent” adlandırırlar. Bu, Rusiya siyasətinin çox iyrənc formasının təzahürüdür. Hesab edirəm ki, Kremlin bu xoşagəlməz addımları davam edəcək.

Yaxın zamanlarda başqa şəxslərə qarşı da bənzər addımlar atıla bilər. Əslində, Azərbaycanın müstəqil siyasət yürütməsi və Zəngəzur dəhlizinin açılacaq olmasını Rusiya qəbul edə bilmir. Ona görə də gələcəkdə də hər cür təxribat gözləmək olar”. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Rusiya Kreml Qulamhüseyn Əlibəyli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri