Icma.az
close
up
RU
Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: ... şizofreniyanın başlanğıcıdır

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: ... şizofreniyanın başlanğıcıdır

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Son dövrlər insanlar qulaqcıqdan istifadənin baxımlısına çevriliblər desək, yəqin ki yanılmarıq.

Hər gün küçədə, avtobusda, metroda, iş yerində qulaqlarına bu vasitəni taxmış, yüksək səslə musiqi dinləyən şəxslərlə qarşılaşırıq. Ən acınacaqlısı isə bu halın uşaqlar və yeniyetmələr arasında da geniş vüsət almasıdır. Qulaqcıqdan istifadə edən həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünür, gözlərindəki ifadə isə tamamilə donuq və qeyri-müəyyəndir. Bir anlıq adama elə gəlir ki, səninlə onlar arasında sanki bir uçurum var, ya da sən başqa aləmdə yaşayırsan, onlarınsa öz dünyası var. Üstəlik musiqiyə o qədər yüksək səs verirlər ki, ətrafdakılar da eşidir. Və adamım ağlına dərhal bir sual gəlir – “Bunun qulağı batmır belə yüksək səsdən?”.

Kar ola bilərsiniz...

Bəs görəsən qulaqcıqdan istifadənin insan sağlamlığına, psixologiyasına nə kimi mənfi təsiri var? Ümumiyyətlə, qulaqcıqdan istifadə zamanı hansı detallara diqqət etməliyik? Ailem.az bu və digər suallara mütəxəssislərlə aydınlıq gətirməyə çalışıb.

Məsələ ilə bağlı Ailem.az-a danışan qulaq, burun, boğaz həkimi Cavid İsmayılov bildirdi ki, qulaqcıqda musiqi dinləyənlər diqqətli olmalıdır, çünki onlar kar ola bilərlər: “Silah səsi, ya da bir partlayış nəticəsində ani və qısa müddətli şiddətli səslərdə olduğu kimi, yüksək səslərə də uzun müddətli məruz qalmaq qalıcı eşitmə itkisinə yol açır. Yüksək səsdən sonra qulaqda olan uğultu, cingilti eşitmə sinirində hüceyrələrin zədə gördüyünə bir işarədir. Həmçinin qulaqcıq taxaraq, yüksək səslə musiqi dinlənən bu cihazlar erkən yaşlarda eşitmə itkisi üçün bir risk faktorudur”.

Qulaqcıqda səs şiddəti 70 destibel olmalıdır

C.İsmayilov deyir ki, səssiz bir otaqda qulaqcıq ilə musiqi dinlənərkən səs şiddəti əsasən normal qəbul edilə bilər bir səviyyədə, təxminən 70 destibel (db) olmalıdır: “Müqayisə üçün deyim ki, insan danışığı təxminən 40 db, küçə səsləri təxminən 70 db şiddətindədir. Ancaq səs-küylü bir mühitdə ətrafdakı səsləri basdırmaq üçün musiqinin səsi artırıldıqda dinləyicinin qulaqları üçün təhlükə yaranır. Araşdırmalar göstərir ki, 85 db şiddətindəki səslərə 8 saatdan çox məruz qalmaq olmaz. Bu müddətlər 88 db üçün 4 saat, 91 db üçün 2 saat və 100 db üçün 15 dəqiqədir. Səs şiddəti artdıqca dinləmə müddəti azalmalıdır. Qeyd edim ki, musiqi dinləmə cihazlarının səs şiddəti 125 db-ə qədər yüksələ bilir. Bundan əlavə istifadəçilərin dörddə birində yüksək səsdə dinlənən musiqi sonrası eşitmələrində keçici olaraq 5-10 db şiddətində zəiflik müşahidə edilir.

Yüksək səsə daimi məruz qalma qulaqda eşitmə sinirində ciddi problemlər yaradır və bu, geri dönüşümü olmayan eşitmə zəifliyinə gətirib çıxarır. Odur ki, çalışın qulaqcıqdan orta səs səviyyəsində, gündə 1-2 saatdan çox istifadə etməyəsiniz”.

Xəstəliyin ilk əlamətləri...

Həkimin sözlərinə görə, yüksək səs nəticəsində əmələ gələn zədə iç qulaq tipində yavaş-yavaş eşitmə itkisi yaradır: “Zaman keçdikcə problemlər ortaya çıxır və bunu bildiyiniz vaxt isə hər şey çox gec ola bilər. Uğultu və cingilti xəstəliyin ilkin əlamətlərindəndir. Bir də onu qeyd edim ki, qulaqcıqdan tək tərəfli istifadə də təhlükəlidir. Bəzən qulaqcığın bir tayı hər hansı dosta verilir, bu zaman istər-istəməz səs şiddətini də yüksəltmək məcburiyyətində olurlar və bu da hər ikisinin qulağında ciddi problemlər yaradır”.

Qulaqcıqdan istifadə insanı laqeyd edir

Məsələnin psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Narınc Rüstəmova qulaqcıqdan istifadənin hazırda bütün uşaqlar və gənclər arasında geniş yayıldığını təəssüflə qeyd etdi. Onun sözlərinə görə, qulaqcıqdan bu cür geniş istifadə etmək onların psixologiyasına mənfi təsir göstərir: “Belə uşaqlar cəmiyyətdən təcrid olunurlar. Uşaq qulağına qulaqcıq taxan zaman ətraf mühitdən təcrid olunmağa başlayır. O, kənar söhbətləri eşitmir, dinləmir. Yalnız qulaqcıqda olan musiqiyə və ya hansısa bir məlumata qulaq asır”.

Psixoloq vurğulayır ki, qulaqcıqlardan istifadə ümumiyyətlə, insanı cəmiyyətə qarşı laqeyd edir. O, ətraf hadisələrə qarşı etinasız olur. Bu zaman ailə daxilində, məktəbdə, cəmiyyətdə problemlər yaratmağa başlayır: “Biz müşahidə etmişik ki, hətta şizofren olan uşaqlar xəstəliyin ilk mərhələlərində qulaqcıqdan istifadə etməyə başlayırlar. Çünki onlar bu vasitə ilə ətrafdan uzaqlaşaraq daha rahat olurlar. Kənar səslər eşitmirlər, səs-küydən, valideynlərinin narazılığından daha uzaq olmaq istəyirlər və zaman keçdikcə daxili nitqi artırırlar. Daxili nitq isə insanın öz-özü ilə, içindəki səslə danışmasıdır. Bu zaman insanda öz-özünə danışmaq vərdişi formalaşır. Bu, adi hallarda da olur, amma qulaqcıqdan istifadə edən yeniyetmə uşaqlarda daha çox rast gəlinir. Uşaq başlayır öz-özünə danışmağa və zaman keçdikcə bu, yüksək səslə danışığa keçid edir. Hətta o, güzgü ilə, otaqda oturduğu yerdə danışmağa başlayır, hansısa bir hadisəni nəql edir, aqressiyasını bildirir, söyüş söyür və sair”.

“Valideyn bilməlidir ki, onun övladı tənhadır...”

N.Rüstəmova qeyd etdi ki, valideynlər uşaqlarda qulaqcıqdan istifadəni ciddi şəkildə nəzarətdə saxlamalıdırlar: “Ünsiyyət problemi olan uşaqlar qulaqcığa daha çox meyl edirlər. Uşaq qulaqcığı qulağına qoyduğu an valideyn bilməlidir ki, onun övladı yalnızdır, özünü tənha hiss edir, dostları yoxdur. O, özünü qulaq asdığı musiqilərlə, baxdığı hansısa video görüntülərlə ovutmağa çalışır. Bu hallarda valideynlər övladlarının sosiallaşmasına, onların özlərinə dost tapmasına kömək etməlidir”.       

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri