Icma.az
close
up
RU
"Koroğlu ya Xətainin özüdür, ya da onun əsgəri..." Nizami Cəfərov

"Koroğlu ya Xətainin özüdür, ya da onun əsgəri..." Nizami Cəfərov

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Tarixdə elə liderlər var ki, onların izi yalnız qılıncla qazanılan torpaqlarda deyil, xalqın yaddaşında, dilində, ruhunda əbədiləşir. Şah İsmayıl Xətai də bu cür şəxsiyyətlərdəndir. Çünki o, yalnız dövlət qurmadı, o, bir millətin özünüdərkində yeni səhifə açdı.

Aradan 5 əsr keçsə də, onun təkcə Azərbaycanın deyil, bütün regionun, türk dünyasının tarixində rolu hələ də müzakirə olunur. Zaman-zaman gündəmə gələn Şah İsmayıl irsi təqdir olunmaqla yanaşı, bəzən təndiq də olunur. Elə bu günlərdə olduğu kimi...

Amma bu bir faktdır ki, 1501-ci ildə Təbrizdə Səfəvilər dövlətinin əsasını qoyaraq taxta çıxan Şah İsmayıl, Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil, mərkəzləşdirilmiş, milli ideologiyaya əsaslanan bir dövlət qurdu. O, Azərbaycan torpaqlarını vahid idarəçilik altında birləşdirərək milli dövlətçilik ənənələrinin təməlini qoydu.

Şah İsmayılın ən mühüm qərarlarından biri də türkcə – yəni Azərbaycan türkcəsi ilə yazıb-yaratmaq idi. Onun "Xətai" təxəllüsü ilə yazdığı divan bu gün də həm poeziya, həm də dövlətçilik baxımından mühüm sənəddir. O, türkcə yazmaqla həm xalqla ünsiyyət qurdu, həm də dövlət dilini mədəniyyət dili ilə birləşdirdi.

Bu addım sadəcə ədəbi seçim deyildi – bu, dil üzərindən qurulan milli kimlik siyasəti idi. Xətai türkcə yazmaqla dövlətin əsas dayağının xalqa bağlılıq olduğunu göstərdi.

AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov Bakupost.az -a müsahibəsində bildirib ki, Şah İsmayıl Xətai ilk növbədə çox böyük bir ideoloq idi:


“Əsrlər boyu Ərdəbil şeyxləri hər zaman hakimiyyəti ələ almağa çalışıblar. Lakin müharibə ilə yox, sülhlə, ideologiya ilə, mənəviyyat ilə... Şah İsmayıl Azərbaycan xalqının yetişməsi üçün meydana çıxan ideoloqdur və öz ənənəsi olan bir ideoloqdur.

Şah İsmayıl Xətai sərkərdədir, hərbçidir. Onun apardığı böyük mübarizə Azərbaycandakı müxtəlif tayfaları birləşdirib. Bunun üçün Şah İsmayılın əlində şiəlik ideologiyası var idi, hansı ki, əslində millətçilik idi. Onun arxasında nəhəng ordu var idi – qızılbaşlar.

Şah İsmayıl Xətainin həm ideoloqluğu, sərkərdəliyi, həm də dövlət adamı olması, eyni zamanda onun yüksək mədəniyyəti ilə müşayiət olunurdu.

Qış getdi, yenə bahar gəldi,

Gül bitdi və laləzar gəldi.

Quşlar qamusu fəğanə düşdü,

Eşq odu yenə bu canə düşdü.

Şah İsmayıl Xətai bu şeirləri ilə, təmiz ana dili ilə həm də Azərbaycan intibahının banisidir. XVI əsr intibahı da onunla bağlıdır. Məhəbbət və qəhrəmanlıq dastanları Xətai dövründə başlayıb.

Məsələn, Koroğlu simvolik olaraq ya Şah İsmayıl Xətainin özüdür, ya da onun əsgəridir. Sadəcə, “Koroğlu”da dövlətçilik Çənlibelçiliklə əvəz olunur.

Xətai iki türk xalqı – Osmanlılar və özbəklərlə müharibə edib, lakin digər dövlətlərdən fərqli olaraq imperiya yaratmaq istəmirdi. Onun geniş coğrafiyada döyüşməyinin məqsədi Azərbaycan xalqının hüdudlarını müəyyənləşdirmək olub. Bəzi türk xalqlarında cahan dövləti yaratmaq iddiaları var idisə, Şah İsmayılın taleyinə bu yazılmamışdı. Xətai Azərbaycan türklərinin coğrafi, mədəni ərazilərini, eyni zamanda da dilini yaradırdı.

Ümumilikdə isə Şah İsmayıl Xətai tariximizin atasıdır.”


Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev isə Şah İsmayıl Xətai haqqında yanlış məlumatların olduğunu bildirdi.

“Şah İsmayıl Xətainin ittiham olunmasının səbəblərindən biri guya sünnilərə qarşı savaş açmasıdır. Əslində isə bu belə deyil. Bu, İran ideologiyasıdır. Səfəvilərlə Osmanlılar arasında müharibənin səbəbi Şah İsmayılın Sultan Bəyazidlə yaxın münasibətləri idi. Hətta onlar bir-birinə ata-oğul deyə xitab ediblər. Sultan Bəyazid və Şah İsmayıl Xətai Turan ideologiyası yaratmaq istəyirdilər. Lakin Sultan Səlim taxta oturduqdan sonra hər şey dəyişdi".

Z.Əliyev qeyd edib ki, Şah İsmayıl Xətainin Avropa ilə əlaqələr qurması da qınanılır:

"Lakin bunu indiki dövrlə eyniləşdirmək olar. Bizim 44 günlük müharibədə qalib gəlməyimizin səbəblərindən biri də xarici dövlətlərlə hərbi əməkdaşlığımız idi. Şah İsmayıl da Avropadan silah alırdı. Sultan Səlim də döyüşlərdə müasir silahlardan istifadə edib. Necə ola bilir ki, Sultan Səlim Fransa topları ilə döyüşə gələ bilər, lakin Şah İsmayıl Xətai öz dövlətini qorumaq üçün müasir silahlar ala bilməzdi? Şah İsmayıl Xətai heç vaxt qardaş qanı tökmək istəməyib.”

Şah İsmayıl Xətai Azərbaycan tarixində dövlətin yalnız siyasi deyil, dil, mədəniyyət və mənəviyyat üzərində qurulmasının mümkün olduğunu göstərən şəxsiyyətdir. Onun qoyduğu miras bu gün də gənc nəslin milli mənlik şüurunun formalaşmasında mühüm rol oynayır.

Bugünkü müstəqil Azərbaycan da Şah İsmayılın qurduğu dövlətin ideyalarına, onun millət və dövlətçilik anlayışına sadiqdir.


Aysel,

BakuPost

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və

mədəniyyətinin təbliği" mövzusunda hazırlanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 May 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri