"Maaşımı istədim, müdir məni döydü" Bakıda bağçada qalmaqal VİDEO
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü iddia edir.
"Bakupost" xəbər verir ki, Tovuz rayon sakini Leyla Rəhimovanın sözlərinə görə, maaşının ödənilməsini tələb etdiyi üçün Yasamal rayonunda yerləşən "Laləli" uşaq bağçasının müdiri ona qarşı zorakılıq tətbiq edib.
"1 ay yarımdır maaşımı vermir. Ona yazırdım, cavab vermirdi. Axırda bağçaya gəldim. Bundan sonra dedi ki, ərizə yaz, işdən çıx. Dedim ki, yazaram, amma maaşımı verin. Sonra otaqdan çıxdım. Çantamı hirslə yerə çırpdım. O da otaqdan çıxıb "Burda nə hoqqa verirsən?! deyərək qolumdan tutdu və məni otağa apardı. Hamını otaqdan çıxarıb qapını bağladı. Məni 3-4 dəfə divara çırpdı, üzümə şillə vurdu. Bizi işçilər ayırdı".
Leyla Rəhimova deyir ki, bağça müdiri ona 300 manat əməkhaqqını verməməklə yanaşı, autizm sindromlu uşağını da bağçadan çıxarıb.
Daha ətraflı "Xəzər" TV-nin sujetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 27 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















