"Məhərrəmlikdə toy etməzlər" adətinə ilahiyyatçıdan REAKSİYA “Farsların ağlaşma mədəniyyətidir”
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qurani-Kərimdə və Peyğəmbər sünnəsində Məhərrəm ayının matəm ayı olması ilə bağlı heç bir əmr və ya tövsiyə yoxdur".
Bakupost.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib.
O, bu adətin fars siyasi ideologiyasının təsiri ilə formalaşdığını deyib:
“İslamda matəm üç gündür. Ondan sonra yas tutmaq haramdır. İmam Hüseynin şəhidliyi ilə bağlı keçirilən mərasimlər sonradan formalaşan siyasi addımlardır. Əslində bu, farsların Sasani dövründən qalma ağlaşma mədəniyyətinin davamıdır.”
İlahiyyatçı əlavə edib ki, bu adət Azərbaycana Səfəvilər dövründə gətirilib və zamanla dini yox, siyasi vasitəyə çevrilib:
“Bu mərasimlər məzhəbçilik və təəssübkeşlik üzərində qurulub. İmam Hüseyn üçün yas saxlamaq adı ilə insanlar aldanır, nəzir biznesi inkişaf edir, İslam isə təhrif olunur”, - deyə o bildirib.
Tural İrfanın fikrincə, əgər insanlar həqiqi İslamı yaşamaq istəyirlərsə, Qurana əsaslanmalı və xurafatdan uzaq durmalıdırlar:
“Cənnətlik şəhid üçün əsrlərlə matəm tutmaq inancımıza ziddir. Bu ayda toy, nişan, xeyir işlər dini baxımdan tamamilə icazəlidir”, - deyə ilahiyyatçı diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 26 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















