Icma.az
close
up
RU
"Qarabağı Əliyev alıb" demək satqınlıqdır?

"Qarabağı Əliyev alıb" demək satqınlıqdır?

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bir şey olmamış kimi ortaya düşüb "sən 6 il yatmısan, heyf" deyib məni öz aləmində gaqsız çıxaran adamlar var. Bunlar bir dəstədirlər. Görürsüz yazdıqlarını.

Mən 6 il həbsdə olmuşam, bu gün elədiyim heç nəyə görə də peşiman deyiləm. Eləmişəm, arxasındayam.

Həbsxanaya da necə girmişdim elə də çıxdım. Hamınız da bilirsiz bunu. Gözünüzün qarşısında oldu.

21 yaşında siyasi ambisiyasız bir uşaq həbsə girib 6 il sınmadan oradan çıxdı. Bunun qədrini bilməyib çirkab atan adam zatən eşşəkdir.

Mübarizəmdə də kişi kimi davranmışam. Hamınız da bilirsiz, elə olub.

Pul üçün, vəzifə üçün eləməmişəm. Qrant almamışam. Qürur duyuram özümlə, cəsarətimlə.

Amma 6 il içəridə yatmağın hansısa mövqeyə nə dəxli? "Qarabağı Əliyev alıb" demək satqınlıqdı? Yaxşı, demirik. Sual: Bəs kim alıb?

Çünki tarix həmişə zəfəri qazanan liderin adını yazır. İndi deyirsiz, İlham Əliyevi yazmayaq, satqınlıqdır.

Yaxşı, bəs kimi yazaq? Ciddiyəm. Kimi yazaq?

Çoxunuzun ağlında cavab yoxdu. Kilidlənib qaldınız ki, həqiqi kimi yazaq?

İndi mən bunu deyirəm, dərhal çirkab e. Adamların səhv, düz vecinə deyil.

Yəni açıq-aşkar deyirlər ki, sənin 6 ilini alıb bu hökümət. Şəxsi qəzəbin böyük olmalıdır hər şeydən. Haydı, get dırmaş barrikadaya, qisas al.

Qandıra bilmirəm ki, axı mənim mübarizəm şəxsi deyildi ki, nifrətim də şəxsi olsun.

Özü də bunu çox vaxt dubinka görməmiş adamlar deyirlər.

Deyir, bağışlamamalısan yaşadıqlarını. Hər şeyi də şəxsi nifrətinlə şərh eləməlisən. Bu dəqiqə bunu deyirlər. Açıqca.

O qədər kinlə, nifrətlə doludurlar. Sevinə bilmirlər heç nəyə. Biri ürəkdən öz ölkəsinin uğuruna sevinən kimi adını "satqın" qoyurlar. Niyə də? Xəstəsiz siz?

Mən öz ölkəmi sevirəm də, ay qardaş. Sən sevmirsən, get səni yallandıranların xarabasına. Əl çək məndən.

Vallah, bezdirmisiz e camaatı. Millətin çoxluq hissəsi iyrənir e sizdən bu dəqiqə. Diksinir.

Bir çönün özünüzə baxın, görün zəka, ağıl olaraq nə gündəsiz?

İlkin Rüstəmzadə

Redaksiyadan: İctimai-siyasi fəal, yazıçıİlkin Rüstəmzadə 2013-cü ildə 13 yanvar tarixində keçirilən "Əsgər ölümlərinə son" və 26 yanvarda keçirilən "İsmayıllı və Binəyə dəstək" aksiyalarının təşkilatçısı olun. O, NİDA Hərəkatının üzvü kimi 2014-cü ilin may ayının 6-da 8 il müddətinə zadlıqdan məhrum olunub. 2019-cu il mart ayının 17-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamıyla azadlığa çıxıb. 2020-ci ildə NİDA Hərəkatını tərk edib. 2021-2023-cü illər arasında çap olunan 4 kitabın -"Qaranlığın hekayəsi", "Quberniya", "Yoldaş" və "Bahar mehi"nin müəllifidir.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Avqust 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri