Qurban Qurbanov AFFA nın iclaslarına niyə qatılmır? RƏSMİ AÇIQLAMA
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ”ın baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb.
O, ötən günlərdə AFFA-nın Tovuzda keçirdiyi akademiyanın açılışına və AFFA İcraiyyə Komitəsinin iclasına da qatılmayıb. Maraqlıdır, Qurban Qurbanov nə üçün AFFA-nın iclaslarına qatılmır? Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev ilə əlaqa saxladıq.
O, “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hər iki iclas oyun gününə düşüb:
“Əslində keçən dəfəki iclas da Bakıda olmuşdu. Düzdür, əvvəlcə Tovuzda olacağı açıqlandı, lakin Bakıda oldu. Həmin gün bizim Tovuzda oyunumuz var idi. Əgər iclas Tovuzda keçirilsəydi, Qurban Qurbanov da iştirak edəcəkdi.
Lakin Qurban müəllim baş məşqçi kimi Tovuzda komandanın başında idi. Ona görə də Bakıdakı iclasa qatıla bilmədi. Bu gün isə “Səbail” ilə oyunumuz olacağı üçün səhər saatlarında məşqimiz var idi. Bu səbəbdən də Qurban Qurbanov bugünkü hesabat konfrasında da iştirak edə bilmədi. Yəni hər ikisi oyunla bağlı idi. Təbii ki, başqa hansısa səbəb yoxdur”.
Elmir Mustafa
“Cebheinfo.az”
Açar sözlər: Qurban Qurbanov Qarabağ AFFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 11 Aprel 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















