Icma.az
close
up
RU
“Qurban Qurbanov Azərbaycan futbolunda inqilab edib”

“Qurban Qurbanov Azərbaycan futbolunda inqilab edib”

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”ın qələbəsi mənim üçün heç vaxt sürpriz olmayıb. Oxşar ssenari “Ferensvaroş”la oyunda da yaşanmışdı”.

Bu sözləri QOL.az-a açıqlamasında türkiyəli mütəxəssis Naci Şensoy deyib.

O, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” üzərində qazandığı əzmkar qələbədən (3:2) danışıb: “Diqqət etsəniz, “Qarabağ” ilk 16 dəqiqədə iki qol buraxanda kameralar Qurban Qurbanovun üzünü göstərdi. O, dim-dik dayanmışdı və özünə inamını əsla itirməmişdi. Bu davranış futbolçulara da sirayət etdi.

İdmanda geri düşmək önəmli deyil — əsas məsələ necə reaksiya verməyindir. Psixologiyada buna “Mental güclülük” deyilir. “Qarabağ” futbolçuları hesabdan asılı olmayaraq, meydanda qarışqa kimi çalışdılar, üç qol vurdular və haqq etdikləri qələbəni qazandılar”.

“Turan”ın sabiq baş məşqçisi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun Azərbaycan futboluna yenilik gətirdiyini və bunun bəhrəsinin görüldüyünü bildirib: “Qurban Qurbanov Azərbaycan futboluna əslində bir inqilab edib. Ondan əvvəl ölkə futbolu rus oyun fəlsəfəsindən çox təsirlənmişdi. Amma Qurban bunu tamamilə dəyişdi və ispan futbol fəlsəfəsini gətirdi. Həmin oyun fəlsəfəsində əsas məqamlar isə bunlardır:

1.Top hava ilə deyil, yerdən oynanmalıdır.

2.Oyun qurarkən meydandakı mövqelər pozulmamalıdır.

3.Səbrli ötürmələrlə rəqibin qapısına ən qısa yolla yaxınlaşmaq və qol vurmaq.

2004/05 mövsümündə mənim çalışdırdığım “Turan” komandası da məhz bu fəlsəfə ilə oynayırdı. Buna görə həmin dövrdə “Turan”a “Azərbaycanın “Barselona”sı” deyirdilər.

Ancaq belə oyun üslubunu reallaşdırmaq üçün düzgün seçim edilməlidir. Qurbanın ən güclü cəhətlərindən biri də yaxşı seleksiyaçı olmasıdır. Məsələn, yarımmüdafiəçi Marko Yankoviçin komandaya verdiyi fayda “Fənərbaxça”nın Fredindən heç də geri qalmır, amma dəyəri təxminən 30 dəfə ucuzdur”.

“Benfika”nın UEFA Çempionlar Liqasının pley-offunda “Fənərbaxça”nı mübarizədən kənarlaşdırmasından (0:0, 1:0) danışan N.Şensoy İstanbul nəhənginin rəqibinə 1 qol belə vura bilməməsini də xatırladıb: “Fənərbaxça”da Talişka, En-Nesiri və Duran üçün 100 milyon avro ödənilib. Amma bu üçlü “Benfika” ilə hər iki oyunda 1 qol da vura bilmədi. “Qarabağ” isə iki top geridə olmasına baxmayaraq, üç qol vuraraq üç xal qazandı. Bu fakt hər şeyi açıq şəkildə göstərir. Yəni, bahalı futbolçu yaxşı futbolçudur demək deyil. “Qarabağ” bunun açıq sübutudur.

Futbol bir komanda oyunudur. “Qarabağ” artıq bir komanda halını alıb və bu şəkildə oynayır. “Fənərbaxça” isə pula və şöhrətə doymuş futbolçular qrupudur. Başqa sözlə, onlar komanda ola bilməyiblər. “Fənərbaxça”da uğur fərdi çıxışlara bağlıdır. “Qarabağ”ın isə özünəməxsus kollektiv oyunu var. “Qarabağ”da qolu fərdi oyunçu vurmur. oyun üslubları özü vurur.

“Qarabağ” 11 musiqi alətindən ibarət bir orkestrə bənzəyir. Orada hamı eyni notlarla ahəngdar musiqi çalır. “Fənərbaxça”da isə belə bir ahəng və uyğunluqdan əsər-əlamət yoxdur. Mən əminəm ki, indiki “Qarabağ” Türkiyə Superliqasında iştirak etsəydi, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”u arxada qoyar, hətta “Qalatasaray”la çempionluq uğrunda yarışardı”. 

Ramiq Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri