Qurban Qurbanov: Bir neçə oyunda da xal itirsək, hər şey əldən gedə bilər
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 26 yanvar, AZƏRTAC
İstəməzdik ki, məğlub olaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, futbolçuları 90 dəqiqə ərzində üstün mübarizə aparıblar: "Lakin futbolun belə acı tərəfləri olur. Daha hazırlıqlı olmaq lazımdır. Çempion olmaq çətindir. Bir neçə oyunda da xal itirsək, hər şey əldən gedə bilər. Arxayınlaşmaq olmaz. Üç xala yaxın idik, iki dəqiqə içərisində hesab dəyişdi".
Baş məşqçinin sözlərin görə, 20 gün öncə iki futbolçu ilə danışıqlar olub: "Danışıq oldu, lakin məsələ orada da qaldı. Transfer xətrinə futbolçu gətirmək istəmirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Yanvar 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















