Qurban Qurbanov: “Elə səviyyədə komandalar qalıb ki, onları bir birindən ayırmaq olmaz”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Elə səviyyədə komandalar qalıb ki, onları bir-birindən ayırmaq olmaz. Bəli, bu gün PSJ bizim üçün böyük ad kimi görünür, amma ümumən Premyer Liqa, ingilis klubları fərqlidir. Dünən oyunda da buna şahid olduq. Hansı xeyirlidirsə, o da olsun”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Liverpul”la oyundan sonra Bakıya qayıdan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərə açıqlamasında deyib.
“Çox sevindiricidir. İllər boyu çox əziyyət çəkmişdik. İkinci dəfə idi ÇL-in qrup mərhələsində idik. Bu il oyunların sayını çox oldu. Sonradan işimiz elə gətirdi ki, bu gün 22-ci komanda olduq. Bu, Azərbaycan futbolu üçün böyük nailiyyətdir” - deyə Q.Qurbanov potensial rəqiblərlə bağlı sualı cavablandırarkən deyib.
“Qarabağ”ın baş məşqçisi azarkeşlərə də müraciət edib:
“Onlara təşəkkür edirəm. Bizə əlavə motivasiya verirlər. Bu uğur onların haqqıdır. Bir daha göstərdilər ki, bizim yanımızdadırlar.
Qeyd edək ki, Liqa mərhələsini 10 xalla 22 sırada bitirən “Qarabağ” pley-offda İngiltərənin “Nyukasl” və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 29 Yanvar 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















