Qurban Qurbanov: “Hazırlıq dönəmindən razı qaldım” İdman və Biz
Icma.az, Idman.biz saytına istinadən bildirir.
"Yaxşı oyun oldu. Demək olar ki, hər bir futbolçuya şans verdik"
İdman.biz xəbər verir ki, bunu yoxlama görüşündə keçirilən “Qarabağ” - “Zirə” oyunundan (4:2) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis oyunçularından razı qaldığını bildirib: “Yaxşı sonluq oldu. Hər iki komanda üçün faydalı görüş alındı. Sakit, intizamlı oyun sərgilədik. Hazırlıq proqramımızın son oyunu idi. Ümumi hazırlıq dönəmindən razı qaldım. Futbolçular qarşıdakı aylarda idman formasını yığdıqdan sonra onlardan maksimum iş tələb edəcəyik. Həm zədəlilərə, həm bəzilərinin hazırlıqsız olmasına nəzər yetirsək, razıyam”.
Baş məşqçi əsas komandaya cəlb edilən gənc futbolçuların hazırlıq durumundan da bəhs edib: “Gənc futbolçularımız artıq neçə müddətdir ki, bizimlə məşq edirlər. Davud Mənsumovu üç aydır məşqlərə cəlb edirik. Amin Rzayevin isə 16 yaşı var və bir ilə yaxındır əsas komanda ilə birgə hazırlaşır. Onlar fiziki durumlarını yaxşılaşdırmaq üçün əlavə məşqlər edirlər. İntizamlı uşaqlardır, kollektivin içində yavaş-yavaş böyüyürlər”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 12 Yanvar 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















